Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-3084/2024 23.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlu sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «nisyə alqı-satqı üzrə yaranmış borc tələbi» barədə kiçik iddiaya dair işə Sabirabad şəhərində sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, C9790188/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 162 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, cəmi 172 manat borcun, C9790194/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 395 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi 425 manat borcun, C9790218/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 550 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 600 manat borcun, C9790211/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 484 manat əsas borc, 40 manat cərimə borcu olmaqla, cəmi 524 manat borcun, C9790222/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 1769 manat əsas borc, 170 manat cərimə borcu olmaqla, cəmi 1939 manat borcun və C9790233/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 90 manat əsas borc, 9 manat cərimə borcu olmaqla, cəmi 99 manat borcun, ümumilikdə 3759 manat borcun və ödənilmiş 58,05 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış C9790188/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən 387 manat dəyərində ilkin ödənişsiz 1 ədəd “Samsung A12 32 GB” məhsulu 12 ay müddətinə hər ay 43 manat ödənilməklə cavabdehə nisyə satılmış, həmin müqavilənin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyərək nəticədə həmin müqavilə üzrə 162 manat əsas borcu yaranmışdır. Bundan başqa, Cavabdeh ilə aralarında bağlanmış C9790194/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən 680 manat dəyərində 150 manat ilkin ödəniş olmaqla 1 ədəd “Samsung A32 64 GB” məhsulu 12 ay müddətinə hər ay 44,17 manat ödənilməklə cavabdehə nisyə satılmış, həmin müqavilənin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyərək nəticədə həmin müqavilə üzrə 395 manat əsas borcu yaranmışdır. Bundan başqa, Cavabdeh ilə aralarında bağlanmış C9790211/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən 680 manat dəyərində 100 manat ilkin ödəniş olmaqla 1 ədəd “Samsung A32 64 GB” məhsulu 12 ay müddətinə hər ay 48,33 manat ödənilməklə cavabdehə nisyə satılmış, həmin müqavilənin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyərək nəticədə həmin müqavilə üzrə 484 manat əsas borcu yaranmışdır. Bundan başqa, Cavabdeh ilə aralarında bağlanmış C9790218/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən 680 manat dəyərində 80 manat ilkin ödəniş olmaqla 1 ədəd “Apple 11 128 GB purple” məhsulu 12 ay müddətinə hər ay 50 manat ödənilməklə cavabdehə nisyə satılmış, həmin müqavilənin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyərək nəticədə həmin müqavilə üzrə 550 manat əsas borcu yaranmışdır. Bundan başqa, Cavabdeh ilə aralarında bağlanmış C9790222/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən 2220 manat dəyərində 300 manat ilkin ödəniş olmaqla 1 ədəd “Apple 11 128 GB purple” məhsulu 12 ay müddətinə hər ay 160 manat ödənilməklə cavabdehə nisyə satılmış, həmin müqavilənin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyərək nəticədə həmin müqavilə üzrə 1769 manat əsas borcu yaranmışdır. Bundan başqa, Cavabdeh ilə aralarında bağlanmış C9790233/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən 436 manat dəyərində 76 manat ilkin ödəniş olmaqla 1 ədəd “Samsung A12 32 GB black” məhsulu 12 ay müddətinə hər ay 30 manat ödənilməklə cavabdehə nisyə satılmış, həmin müqavilənin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyərək nəticədə həmin müqavilə üzrə 90 manat əsas borcu yaranmışdır. Qeyd edilən müqavilələrin 2.4.4-cü bəndinə müvafiq olaraq alıcı razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyə məbləğə günlük 1% cərimə ödəyəcəyini üzərinə götürmüşdür. Hər müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq hazırda ağlabatan məbləğ müəyyən edilmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış C9790188/21 nömrəli, xx.xx.2021-ci tarixli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı 387 manat dəyərində ilkin ödənişsiz 1 ədəd “Samsung A12 32 GB” məhsulu 12 ay müddətinə hər ay 43 manat ödənilməklə alıcı Cavabdeh satmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış C9790194/21 nömrəli, xx.xx.2021-ci il tarixli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı 680 manat dəyərində 150 manat ilkin ödəniş olmaqla 1 ədəd “Samsung A32 64 GB” məhsulu 12 ay müddətinə hər ay 44,17 manat ödənilməklə alıcı Cavabdeh satmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış C9790211/21 nömrəli, xx.xx.2021-ci il tarixli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı 680 manat dəyərində 100 manat ilkin ödəniş olmaqla 1 ədəd “Samsung A32 64 GB” məhsulu 12 ay müddətinə hər ay 48,33 manat ödənilməklə alıcı Cavabdeh satmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış C9790218/21 nömrəli, xx.xx.2021-ci il tarixli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı 680 manat dəyərində 80 manat ilkin ödəniş olmaqla 1 ədəd “Apple 11 128 GB purple” məhsulu 12 ay müddətinə hər ay 50 manat ödənilməklə alıcı Cavabdeh satmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış C9790222/21 nömrəli, xx.xx.2021-ci il tarixli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı 2220 manat dəyərində 300 manat ilkin ödəniş olmaqla 1 ədəd “Apple 11 128 GB purple” məhsulu 12 ay müddətinə hər ay 160 manat ödənilməklə alıcı Cavabdeh satmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış C9790233/21 nömrəli, xx.xx.2021-ci il tarixli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı 436 manat dəyərində 76 manat ilkin ödəniş olmaqla 1 ədəd “Samsung A12 32 GB black” məhsulu 12 ay müddətinə hər ay 30 manat ödənilməklə alıcı Cavabdeh satmışdır. İddiaçı təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh C9790188/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 162 manat əsas və 10 manat cərimə borcu olmaqla, cəmi 172 manat, C9790194/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 395 manat əsas və 30 manat cərimə borcu olmaqla, cəmi 425 manat, C9790218/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 550 manat əsas və 50 manat cərimə borcu olmaqla, cəmi 600 manat, C9790211/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 484 manat əsas və 40 manat cərimə borcu olmaqla, cəmi 524 manat, C9790222/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 1769 manat əsas və 170 manat cərimə borcu olmaqla, cəmi 1939 manat və C9790233/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 90 manat əsas və 9 manat cərimə borcu olmaqla, cəmi 99 manat borcu vardır. Sözügedən müqavilələrin mahiyyəti və müqavilələr əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış Müqavilələri ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təsfir edir və cavabdehin həmin müqavilələr əsasında yaranmış öhdəliyini bu kontekstdə müəyyənləşdirir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən Nisyə Alqı- Satqı Müqavilələrindən əmələ gəlmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Beləliklə məhkəmə işin araşdırılmış hallarına və qanunvericiliyin istinad edilən müddəalarına əsaslanıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh yuxarıda nömrə və tarixləri göstərilmiş nisyə alqı-satqı müqavilələri əsasında İddiaçı aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olsa da, lakin müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Bu baxımdan iddiaçı təşkilat İddiaçı həmin müqavilələr üzrə öhdəliklərin icra edilməsini və yaranmış borcun ödənilməsini cavabdehdən tələb etməkdə tam haqlı olmuşdur. Ona görə də İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilələr üzrə əsas və cərimə borcları cavabdehdən tutulub iddiaçı təşkilatın xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 58,05 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 31,57 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış C9790188/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 162 manat əsas və 10 manat cərimə borcu olmaqla, cəmi 172 manat borc, C9790194/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 395 manat əsas və 30 manat cərimə borcu olmaqla, cəmi 425 manat borc, C9790218/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 550 manat əsas və 50 manat cərimə borcu olmaqla, cəmi 600 manat borc, C9790211/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 484 manat əsas və 40 manat cərimə borcu olmaqla, cəmi 524 manat borc, C9790222/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 1769 manat əsas və 170 manat cərimə borcu olmaqla, cəmi 1939 manat borc və C9790233/21 nömrəli, xx.xx.2021-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 90 manat əsas və 9 manat cərimə borcu olmaqla, cəmi 99 manat borc, ümumilikdə 3759 manat borc və ödənilmiş 58,05 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-3084/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-3084/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver