Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-3217/2025 16.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi X4 Azər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad şəhərində Sabirabad rayon Məhkəməsinin inzibati binasında iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı «nisyə alqı-satqı üzrə yaranmış borc tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə İmei kod **********22031 olan Samsung S24 Ultra, Samsung Charger üçün 1364,64 manat ödənilməmiş hissə, 136,46 manat cərimə borcu, İnnovativ Layihələr Mərkəzi rüsumu 23,6 manat olmaqla, ümumilikdə 1524,70 manat borcun və 35,25 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********22031 olan Samsung S24 Ultra və Samsung Charger almış və nəticədə 1524,70 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2776,6 manat (yəni 18 ay x 128,7 manat + 460 manat ilkin ödəniş) İmei kod **********22031 olan Samsung S24 Ultra və Samsung Charger üçün ümumilikdə 1524,70 manat olmaqla, ondan 1364,64 manat ödənilməmiş hissə, 136,46 manat cərimə borcu, İnnovativ Layihələr Mərkəzi rüsumu 23,6 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1411,96 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, o, “Kontakt Home” mağazasında 2776 manat dəyərində mobil telefonu kredit yolu ilə əldə etmiş, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, bu günə qədər 2578 manat ödəmişdir. Ödənişlərində müəyyən gecikmələr olduğu üçün iddiaçı tərəfindən ona qarşı məhkəmə iddiası qaldırılmışdır. İddia ərizəsində göstərilən 1411 manat borc məbləği ilə razı deyildir. Çünki əsas borcun böyük hissəsini ödəmiş, real qalan əsas borcu cəmi 198 manat təşkil etmişdir. İddiaçının tələb etdiyi məbləğin böyük hissəsi əsassız yüksək hesablanmış cərimə və faizlərdən ibarətdir. Məhkəmə təcrübəsində belə hallarda cərimələrin azaldılması və ya ləğv edilməsi tətbiq olunur. O, iddiaçının təqdim etdiyi hesablamalarla razı deyildir və borcun yenidən hesablanmasını xahiş edir. O, ödənişdən yayınmamış, müntəzəm şəkildə ödəmiş və hazırda da qalan real borcu ödəməyə hazırdır. Ona görə də o, iddiaçının tələb etdiyi 1411 manat borc məbləğinin əsassız hesablanmış hissəsinin ləğv edilməsini, əsas borcun yenidən hesablanmasını, cərimə və dəbbə pulu məbləğlərinin azaldılmasını, onun maliyyə vəziyyətinin nəzərə alınaraq tələb olunarsa ödəmə qrafikinin yumşaldılmasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsinə etmiş olduğu ödəniş qəbzlərini əlavə etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə elektron ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsaslanaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC, İmei kod **********22031 olan Samsung S24 Ultra və Samsung Chargeri alqı-satqı qiyməti 2776,6 manat olmaqla, hissə-hissə ödənilməsi şərtilə alıcı Cavabdeh satmış, “Müştəri” Cavabdeh isə qəbul etdiyi “Mal”ın pulunu müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin təqdim etdiyi maliyyə arayışına əsasən, Cavabdeh tərəfindən xx.xx.2024cü il tarixli müqavilə üzrə 1411,96 manat ödəniş edilmiş, hazırda cavabdehin MMC-yə 1364,64 manat ödənilməmiş hissə, 136,46 manat cərimə borcu, İnnovativ Layihələr Mərkəzi rüsumu 23,6 manat olmaqla, ümumilikdə 1524,70 manat borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdıraraq və iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı iş üzrə iddiaçı "xxxx" MMC Cavabdeh 18 ay müddətinə 2776,6 manat dəyərində mobil telefon və avadanlığı nisyə olaraq satmış, cavabeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Cavabdeh iddiaya etiraz ərizəsində 2578 manat ödəniş etdiyini, qalıq borcunun 198 manat təşkil etdiyini göstərmiş olsa da, özünün etiraz ərizəsinə əlavə etdiyi xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, cavabdeh tərəfindən 400 manat ödəniş həyata keçirilmiş, həmin məbləğdən 295,84 manat cərimə məbləğinə silinmiş, ödəniş məbləği olaraq 104,16 borc vəsaitindən silinmiş, cavabdeh tərəfindən toplam ödənilən məbləğin 1411,96 manat, qalan borcun isə 1364,64 manat təşkil etdiyi öz əksini tapmışdır. Cavabdehin təqdim etdiyi ödəniş qəbzlərinin tarixlərinə nəzər yetirildikdə sonuncu ödənişin onun tərəfindən elə xx.xx.2025-ci il tarixində göstərilən həcmdə həyata keçirilməsi müəyyən edilməkdədir. Cavabdehin təqdim etdiyi ödəniş qəbzlərindən sonuncu ödəniş tarixi üzrə yuxarıda qeyd edilmiş qəbzlə iddia ərizəsi qarşılıqlı müqayisə edildikdə məlum olan hal odur ki, iddia ərizəsində də cavabdehin cəmi ödədiyi məbləğin 1411,96 manat, qalıq əsas borcunun isə 1364,64 manat təşkil etməsi öz əksini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin etiraz ərizəsində göstərmiş olduğu borc məbləğinin düzgün hesablanmaması barədə arqumenti əsassız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu kontekstdə müəyyənləşdirir. Məhkəmə Mülki Məcəllənin 386-cı maddəsinə əsaslanaraq hesab edir ki, tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmaqla, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə işin araşdırılmış hallarına və sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, cavabdeh X1 Satış Müqaviləsi əsasında satın aldığı avadanlıqların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini tam yerinə yetirməmiş, nəticədə cavabdehin ödənilməmiş 1364,64 manat əsas borcu yaranmışdır. Ona görə də, iddiaçı təşkilatın cavabdehdən öhdəliyinin icra edilməsini, yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 136,46 manat cərimə pulunun tutulması hissəsi qismən təmin edilərək, həmin məbləğ azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Kredit Müqaviləsindən irəli gələn əsas borcun 1364,64 manat məbləğində olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 45 manat cərimə (dəbbə) məbləği tənasübsüz surətdə yüksəkdir və həmin dəbbə pulunun azaldılaraq 50 manat müəyyən edilməsi tərəflərin mənafeyi baxımından daha məqsədəuyğundur. Məhkəmə eyni zamanda tələbin İnnovativ Layihələr Mərkəzi rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materialları tədqiq edilərkən tərəflər arasında öhdəliklərin icra edilməyəcəyi təqdirdə qeyd edilən formada rüsumun tutulması müqavilədə öhdəlik olaraq müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia qismən təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 35,25 manat dövlət rüsumunun əvəzi qismində cəmi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1364,64 manat əsas borc, 50 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 1444,64 (bir min dörd yüz qırx dörd manat altmış dörd qəpiki) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-3217/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-3217/2025
16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver