Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-3311/2025 22.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlu sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «nisyə alqı-satqı üzrə yaranmış borc tələbi» barədə kiçik iddiaya dair işə Sabirabad şəhərində sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli Müqaviləyə əsasən, Döşək-Tekstil, Zəmanət + 3 il xidməti, X3 divan üçün 901,54 manat ödənilməmiş hissə, 90,15 manat cərimə; xx.xx.2024-cü il tarixli Müqaviləyə əsasən, İmei kod **********63908 olan Samsung Galaxy A24 markalı telefon, LG TV, Zəmanət + 3 il xidməti, Paket XL xidməti, X2 3 il xidməti üçün 548,65 manat ödənilməmiş hissə və 54,87 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X1 S20+ xidməti üçün 451,48 manat ödənmiş hissə, 45,15 manat cərimə; xx.xx.2025-ci il tarixli Müqaviləyə əsasən X2 3 il xidməti, Paket XL Xidməti, İmei kod **********17439 olan Oppo A3X markalı telefon xidməti üçün 391,94 manat ödəilməmiş hissə, 39,19 manat cərimə; xx.xx.2025-ci il tarixli X2 3 il xidməti, Radiator Electrolux xidməti üçün 141,6 manat ödənilməmiş hissə, 14,16 manat cərimə borcu olmaqla, ümumilikdə 2678,73 manat borc və ödənilmiş 46,79 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, ‘‘ABC TELECOM" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqaviləyə əsasən, Döşək-Tekstil, Zəmanət + 3 il xidməti, X3 divan, İmei kod **********63908 olan Samsung Galaxy A24 markalı telefon, LG TV, Zəmanət + 3 il xidməti, Paket XL xidməti, X2 3 il xidməti, X1 S20+, X2 3 il xidməti, Paket XL Xidməti, İmei kod **********17439 olan Oppo A3X markalı telefon, X2 3 il xidməti, Radiator Electrolux almış və nəticədə 2678,73 manat borcu yaranmışdır. Cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1828,8 manat (24 ay x 73,7 manat + 60 manat ilkin ödəniş) Döşək-Tekstil, Zəmanət + 3 il xidməti, X3 divan üçün ümumilikdə 991,69 manat olmaqla, ondan 901,54 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 90,15 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2474,64 manat (18 ay x 137,48 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********63908 olan Samsung Galaxy A24 markalı telefon, LG TV, zəmanət + 3 il xidməti, Paket XL xidməti, X2 3 il xidməti üçün ümumilikdə 603,52 manat olmaqla, ondan 548,65 manat ödənilməmiş hissə və güzəşt olunaraq 54,87 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 666,92 manat (18 ay x 35,94 manat + 20 manat ilkin ödəniş) X1 S20+ üçün ümumilikdə 496,63 manat olmaqla, ondan 451,48 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45,15 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 504 manat (18 ay x 28 manat + 0 manat ilkin ödəniş) X2 3 il Xidməti, Paket XL Xidməti, İmei kod **********17439 olan Oppo A3X markalı telefon üçün ümumilikdə 431,13 manat olmaqla, ondan 391,94 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39,19 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 213,12 manat (18 ay x 11,84 manat + 0 manat ilkin ödəniş) X2 3 il xidməti, Radiator Electrolux üçün ümumilikdə 155,76 manat olmaqla, ondan 141,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14,16 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3252,27 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 24 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə Döşək-Tekstil, Zəmanət + 3 il xidməti, X3 divanı Cavabdeh satmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 18 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə İmei kod **********63908 olan Samsung Galaxy A24 markalı telefon, LG TV, Zəmanət + 3 il xidməti, Paket XL xidməti, X2 3 il xidmətini alıcı Cavabdeh satmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 18 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə X1 S20+ni alıcı Cavabdeh satmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 18 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə X2 3 il xidməti, Paket XL xidməti, İmei kod **********17439 olan Oppo A3X markalı telefonu xidmətini alıcı Cavabdeh satmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 18 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə X2 3 il xidəti, Radiator Electroluxu alıcı Cavabdeh satmışdır. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışından aydın olur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 901,54 manat ödənilməmiş hissə, 90,15 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 548,65 manat ödənilməmiş hissə və 54,87 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 451,48 manat ödənilməmiş hissə, 45,15 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 391,94 manat ödənilməmiş hissə, 39,19 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 141,6 manat ödənilməmiş hissə, 14,16 manat cərimə, borcu olmaqla, ümumilikdə 2678,73 manat borcu mövcuddur. Sözügedən müqavilələrin mahiyyəti və müqavilə əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilələri ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təsfir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu kontekstdə müəyyənləşdirir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Nisyə Alqı-Satqı Müqaviləsindən əmələ gəlmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Beləliklə məhkəmə işin araşdırılmış hallarına və qanunvericiliyin istinad edilən müddəalarına əsaslanıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC-dən aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olsa da, lakin müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Bu baxımdan iddiaçı təşkilat İddiaçı MMC həmin müqavilələr üzrə öhdəliklərin icra edilməsini, yaranmış əsas və cərimə borcunun ödənilməsini cavabdehdən tələb etməkdə tam haqlı olmuşdur. Məhkəmə eyni zamanda tələbin ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 46,79 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 31,57 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Müqavilə üzrə yaranmış 901,54 manat əsas borc və 90,15 manat cərimə borcu; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Müqavilə üzrə yaranmış 548,65 manat əsas borc, 54,87 manat cərimə borcu İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Müqavilə üzrə yaranmış 451,48 manat əsas borc, 45,15 manat cərimə borcu; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli Müqavilə üzrə yaranmış 391,94 manat əsas borc, 39,19 manat cərimə borcu; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli Müqavilə üzrə yaranmış 141,6 manat əsas borc, 14,16 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 46,79 manat olmaqla olmaqla, ümumilikdə 2725,52 (iki min yeddi yüz iyimi beş manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-3311/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-3311/2025
22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver