Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-3518/2025 26.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı «nisyə alqı-satqı üzrə yaranmış borc tələbi» barədə kiçik iddiaya dair işə 26 yanvar 2026-cı il tarixdə Sabirabad şəhərində sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı «nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli Müqaviləyə əsasən, 3 ədəd zəmanət + 1 il xidməti, soyuducu beko, hoffmann paltaryuyan üçün 1110.52 manat ödənilməmiş hissə, 111.05 manat cərimə; xx.xx.2024-cü il tarixli Müqaviləyə əsasən, Hoffmann tozsoran üçün 48.78 manat ödənilməmiş hissə, 4.88 manat cərimə; ümumilikdə 1275.23 manat borc və məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 32.76 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, ‘‘ABC TELECOM" MMC ilə bağladığı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Müqaviləyə əsasən, 3 ədəd zəmanət + 1 il xidməti, soyuducu beko, hoffmann paltaryuyan, Hoffmann tozsoran almış və nəticədə 1275.23 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1816.02 manat (18 ay x 100.89 manat + 0 manat ilkin ödəniş) olan 3 ədəd zəmanət + 1 il xidməti, soyuducu beko, hoffmann paltaryuyan üçün ümumilikdə 1221.57 manat olmaqla ondan, 1110.52 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 111.05 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 118.98 manat (18 ay 6.61 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann tozsoran üçün ümumilikdə 53.66 manat olmaqla ondan, 48.78 manat ödənilməmiş hissə, güzəşt olunaraq 4.88 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixində TOZSORAN HOFFMANN-dan imtina etmiş və məhsul 216 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 489.5 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 216 manat, digər müqavilə üzrə ödənilən məbləğ 70.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 039210321№-li Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 18 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə 3 ədəd zəmanət + 1 il xidmətini, soyuducu bekonu, hoffmann paltaryuyanı alıcı Cavabdeh satmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 039210326№-li Müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC dəyəri 18 ay müddət ərzində hissə-hissə ödənilməsi şərti ilə Hoffmann tozsoraı alıcı Cavabdeh satmışdır. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışı və ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 039210321№-li müqavilə üzrə 705.50 manat ödəniş etmiş, hazırda onun 1110.52 manat ödənilməmiş hissə və 111.05 manat dəbbə pulu, cəmi İddiaçı MMC-yə 1221.57 manat borcu mövcuddur. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışı və ödəniş cədvəlindən aydın olur ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 039210326№-li müqavilə üzrə 70.20 ödəniş etmiş, hazırda onun 48.78 manat ödənilməmiş hissə və 4.88 manat dəbbə pulu cəmi İddiaçı MMC-yə 53.66 manat borcu mövcuddur. Sözügedən müqavilələrin mahiyyəti və müqavilə əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 039210321№li və xx.xx.2024-cü il tarixli 039210326№-li Müqavilənin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təsfir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 039210321№li və xx.xx.2024-cü il tarixli 039210326№li Nisyə Alqı-Satqı Müqaviləsindən əmələ gəlmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Beləliklə məhkəmə işin araşdırılmış hallarına və qanunvericiliyin istinad edilən müddəalarına əsaslanıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 039210321№li və xx.xx.2024-cü il tarixli 039210326№-li (nisyə alqı-satqı) Müqavilə əsasında İddiaçı MMC-dən aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olsa da, lakin müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Bu baxımdan iddiaçı təşkilat İddiaçı MMC həmin müqavilələr üzrə öhdəliklərin icra edilməsini və yaranmış borcun ödənilməsini cavabdehdən tələb etməkdə tam haqlı olmuşdur. Ona görə də İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 039210321№li №-li (nisyə alqı-satqı) Müqavilə üzrə yaranmış 1110.52 AZN əsas borc və 111.05 AZN cərimə (dəbbə) borcu; ABC-Telecom» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 039210326№li №-li (nisyə alqı-satqı) Müqavilə üzrə yaranmış 48.78 AZN əsas borc və 4.88 AZN cərimə (dəbbə) borcu ümumilikdə, 1275.23 manat cavabdehdən tutulub iddiaçı təşkilatın xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia tələbi təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 32.76 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 039210321№-li (nisyə alqı-satqı) Müqavilə üzrə yaranmış 1110.52 AZN əsas borc və 111.05 AZN cərimə (dəbbə) borcu; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 039210326№-li (nisyə alqı-satqı) Müqavilə üzrə yaranmış 48.78 AZN əsas borc və 4.88 AZN cərimə (dəbbə) borcu olmaqla, ümumilikdə 1275.23 (bir min iki yüz yetmiş beş manat iyirmi üç qəpik) AZN məbləğində pul vəsaiti və məhkəmə iddiası ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 32.76 (otuz iki manat yetmiş altı qəpik) AZN Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-3518/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-3518/2025
26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver