Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-424/2025 19.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 439,8 ( dörd yüz otuz doqquz manat 80 qəpik) manat ödənilməmiş əsas borc, X2 ödənilmiş 23,6 ( iyirmi üç manat, 60 qəpik) manat rüsum, 131,94 ( bir yüz otuz bir manat 94 qəpik) manat cərimə borcu, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 396,90( üç yüz doxsan altı manat, 90 qəpik) manat ödənilməmiş əsas borc və 119,07 ( bir yüz on doqquz manat , 7 qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 54 (əlli dörd) manat ödənilməmiş əsas borc , 16,20 (on altı manat, 20 qəpik) manat cərimə borcu olmaqla ümumilkdə 1181,51 ( bir min yüz səksən bir manat, 51 qəpik) manat borc pul və 31,82 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 13686666 saylı müqaviləyə əsasən cavabdeh satış qiyməti ümumilikdə 494,13 manat olan 1 ədəd MYCHOİCE CASE ( yüz altımış), İMEİ kodu **********43209 olan SAMSUNG GALAXY A15 markalı telefon üçün 28,5 manat ilkin ödəniş etmək şərti ilə 18 ay müddətə hər ay 25,87 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən satış qiyməti 468,08 manat olan 1 ədəd İMEİ kodu **********14844 HONOR X6A markalı telefon üçün ilkin olaraq 35 manat ödəmək şərti ilə 12 ay müddətə hər ay 36,09 manat və xx.xx.2024-cü il tarixli, 13686672 saylı müqaviləyə əsasən isə satış qiyməti 69,98 manat olan 2 ədəd VİNİL MAT, SAMSUNG COMPACT CHARGER üçün ilkin olaraq 5 manat ödəmək şərti ilə, 6 ay müddətə 10,83 manat ödəniş etməyi üzərinə götürmüşdür. Bundan əlavə, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilməlidir. Ona görə də, cavabdehin hər üç müqaviləyə əsasən ümumilikdə 267,21 manat cərimə borcu yaranmışdır. . Bundan başqa müqavilənin 3,5-ci bəndinə əsasən iddiaçı İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu cavabdehdən tələb etmək hüququna malikdir. Cavabdehlə məhkəməyə qədər qaydada məsələnin həll edilməsi mümkün olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğunu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə kiçik iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli, 13686666 saylı, xx.xx.2024-cü il tarixli, 13686672 saylı və xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilələrə əsasən cavabdeh satış qiyməti ümumilikdə 494,13 manat olan 1 ədəd MYCHOİCE CASE ( yüz altımış), İMEİ kodu **********43209 olan SAMSUNG GALAXY A15 markalı telefon üçün 28,5 manat ilkin ödəniş etmək şərti ilə 18 ay müddətə hər ay 25,87 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən satış qiyməti 468,08 manat olan 1 ədəd İMEİ kodu **********14844 HONOR X6A markalı telefon üçün ilkin olaraq 35 manat ödəmək şərti ilə 12 ay müddətə hər ay 36,09 manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən isə satış qiyməti 69,98 manat olan 2 ədəd VİNİL MAT, SAMSUNG COMPACT CHARGER üçün ilkin olaraq 5 manat ödəmək şərti ilə, 6 ay müddətə 10,83 manat ödəməklə öhdəlik götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən borcluya xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə hər üç müqavilə üzrə ümumilikdə 890,70 manat ödənilməmiş əsas borc, 267,21 manat cərimə və X2 ödənilmiş 23,6 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC məhkəmədə iddia qaldırılması üçün 31,82 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilələr bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı "xxxx" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, Cavabdeh isə üzərinə düşən öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməyərək müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə "xxxx" MMC-yə borcunu tam qaytarmamışdır. Müqavilə üzrə öhdəliyini icra etmədiyinə görə cavabdehə qanunla müəyyən edilmiş qaydada pretenziya (öhdəliyin icra etməməsi üçün məhkəməyə müraciət olunacağı barədə) məktubu göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İddiaçı əsas borc və əsas borca hesablanmış faiz borcu ilə bərabər 267,21 manat məbləğində dəbbə pulunun tutulmasını da xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göründüyü kimi tənasübsüz surətdə yüksək dəbbə pulunu məhkəmə tərəfindən azaldıla bilinməsi müqavilə üzrə müəyyən edilmiş dəbbə pulunun miqdarına və qanunla müəyyən edilmiş dəbbə pulunun miqdarının tərəflərin razılaşması ilə artırıldığı hallara aiddir. Belə ki, bu hallarda dəbbə pulunun miqdarı öhdəliyin əhəmiyyəti və onun pozulduğu hallarda dəyə biləcək mümkün zərərin miqdarını nəzərə almaqla tərəflərin razılaşmaları əsasında müəyyən edilir. Belə razılaşma zamanı mümkün pozuntuya mütənasib olmayan dəbbə pulunun müəyyən edilməsi istisna olunmur. Buna görə də mülki qanunvericilik tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldıla bilməsi nəzərdə tutmuşdur. Məhkəmə işin hallarını və eyni zamanda kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən həmin məbləğin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir və cəriməni 89,70 manat həddinədək azaltmağı ədalətli hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və iddiaçı ilə bağladığı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir və bununla da cavabdeh tələb olunan borcunu iddiaçı təşkilata ödəməlidir. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün 31,82 manat ödənilmiş dövlət rüsumu və xidmət haqqının əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda məhkəmə xərclərinə aid edilən ödənilmiş 31,82 manat dövlət rüsumunun 27,05 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 13686666 saylı, xx.xx.2024-cü il tarixli, 13686672 saylı və xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilələr üzrə ümumilikdə 890,70 manat ödənilməmiş əsas borc, 89,70 manat cərimə və X2 ödənilmiş 23,6 manat olmaqla cəmi 1004 manat borc pul alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPMnin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 13686666 saylı, xx.xx.2024-cü il tarixli, 13686672 saylı və xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilələr üzrə ümumilikdə 890,70 (səkkiz yüz doxsan manat, 70 qəpik) manat ödənilməmiş əsas borc, 89,70 ( səksən doqquz manat, 70 qəpik) manat cərimə və X2 ödənilmiş 23,60 ( iyirmi üç manat, 60 qəpik) manat olmaqla cəmi 1004( bir min dörd manat) manat borc pul və 27,05 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №e-2(056)-424/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-424/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver