Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-487/2025 24.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 İbrahim oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc pul tələbi» barədə kiçik iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc pul tələbi» barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 ədəd VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER, İmei kodu **********32345 SAMSUNG GALAXY A15 markalı telefon üçün 709( yeddi yüz doqquz) manat ödənilməmiş əsas borc, 212,70 ( iki yüz on iki manat, 70 qəpik) manat cərimə borcunun alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğunu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. İddiaçı "xxxx" MMC-nin numayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanmasını, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin, ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalı, iddia ərizəsi və onlayn ödəmə vasitəsi ilə 471321******6936 saylı hesabdan, xx.xx.2024 -cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc pul tələbi» barədə iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Onlayn ödəmə vasitəsi ilə 471321******6936 saylı hesabdan, xx.xx.2024 -cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu Dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №e-2(056)-487/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-487/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver