Məhkəmə qərarları › İş №e-2(056)-508/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-508/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-508/2025 04.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair işə Sabirabad şəhərində Sabirabad rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3510,18 manat məbləğində borc və 55,11 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC-nin X2 və Emalı Fabriki və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 204 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh Sabirabad rayonu Poladtuğay kəndində yerləşən 6 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu Cəmiyyətə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh Cəmiyyətdən 8840,88 manat məbləğində vəsaiti (avans, iş və xidmət) olarq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (avans, iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq pambıq mövsümü başa çatsa da, 6663,37 kq, 5330,70 manat dəyərində xam-pambıq təhvil vermiş, çəkilmiş xərclərdən hazırki dövrə kimi 3510,18 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh Cəmiyyətə olan borcunu ödəməkdən üzrsüz səbəblərdən yayınmışdır. Hazıradək həmin məbləğ ödənilməmiş qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, borcunu qəbul edir. Lakin həmin məbləği hazırda ödəməyə imkanı yoxdur. Növbəti əkin zamanı borcunu tam bağlaya biləcəkdir. Həmin zamandək isə hər ay iddiaçı təşkilata 50 manat ödəniş edə bilər. Beləliklə o, hazırda iddianın təmin edilməsinə etiraz etmir. İş materiallarında olan "xxxx" MMC-nin X2 və Emalı Fabriki ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 204 saylı «xam-pambığın alqı-satqısına dair» müqavilədən görünür ki, tərəflər arasında bağlanmış göstərilən müqaviləyə əsasən cavabdeh 6 hektar sahədə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 8840,88 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin X2 və Emalı Fabriki ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 204 saylı «xam-pambığın alqısatqısına dair» müqavilə üzrə Cavabdeh borcu 3510,18 manat təşkil edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, izahatları dinləyib və iş materiallarını araşdırıb iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunudu ki, hazırkı iş üzrə iddiaçı "xxxx" MMC-nin X2 və Emalı Fabriki ilə hazırkı iş üzrə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 204 saylı müqaviləyə əsasən cavabdeh 6 hektar sahədə pambıq əkməyi və hər hektardan 30 senterdən az olmamaq şərti ilə pambıq məhsulu istehsal edib satmağı öhdəsinə götürmüş, lakin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş qalan 3510,18 manat pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və bu hissədə iddia tələbi tam əsaslı olduğu üçün bu hissə təmin edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınaraq iddia tələbi tam təmin edildiyi üçün tələb edilən dövlət rüsumunun əvəzi hissəsində də iddia tələbi əsaslı hesab edilməli, cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 55,11 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3510,18 manat borc pul vəsaiti və 55,11 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3565,29 (üç min beş yüz altmış beş manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar