Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-54/2025 02.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında müvafiq olaraq xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci İİ tarixlərdə ümumi 1560 (mln beş yüz altmış) manat dəyərində “Redmi” markalı, “M 3” modelli, “Redmi” markalı, “Note 7" modelli və “Redmi” markalı, “Poco M3” modelli mobil telefon cihazlarının alqı-satqısına dair müqavilələr üzrə götürülmüş pul öhdəliyinin 862 (səkkiz yüz altmış iki) manat həcmində icra edilməyən hissəsi və tərəfindən ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATİ: İddiaçı məhkəmə iclasına iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdehlə arasında şifahi formada bağlanılmış nisyə alqı-satqı müqavilələri əsasında ardıcıl olaraq xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ümumi 1560 (min beş yüz altmış) manat dəyərində “Redmi” markalı, “M 3” modelli, “Redmi" markalı, “Note 7” modelli və “Redmı” markalı, “M 3” modelli mobil telefon cihazlarının alqı-satqısı həyata keçirilmiş, sonuncu razılaşdırılan məbləğin aylıq ödəniş qrafikinə imza atmaqla diktə olunan şərtləri qəbul etmişdir. Lakin cavabdeh tərəfindən götürülən pul öhdəliyi üzrsüz səbəblərdən lazımınca icra edilməməklə müqavilə şərtlərinin pozulmasına səbəb olmuşdur. Satılmış malın dəyərinin alıcı tərəfindən ödənilməsinə və ödənilmədiyi təqdirdə onun məsuliyyət məsələsinin izahına dair göndərilmiş xəbərdarlıq məktubuna isə cavabdeh tərəfindən reaksiya verilməmiş, beləcə, mübahisənin məhkəməyədək həll yolları effektsiz qalmış və tərəfindən müqavilədən imtina edilmişdir. Belə olduğu halda, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırda cavabdehin qeyd etdiyi telefonlara görə ödənilməmiş 862 manat borcu qalmışdır. Bundan əlavə, işə daha əvvəl baxan hakim tərəfindən xəttşünaslıq ekspertizası təyin edilmiş, cavabdehdən imza nümunələri onun yanında götürülməmişdir. Ona görə də o, ekspert rəyi ilə də razı deyildir. Həmçinin onunla cavabdeh arasında bağlanmış müqavilələr şifahi formada bağlanmışdır. Ona görə də cavabdeh tərəfindən müqavilənin imzalanmamasından söhbət gedə bilməz. Digər tərəfdən keçən məhkəmə iclasında cavabdeh ondan qeyd etdiyi telefonları satın aldığını etiraf etsə də, işə daha əvvəl baxmış hakimə 1 ədəd telefon almasını bildirirdi. Yəni göründüyü kimi, cavabdeh yalan ifadələr verməklə borcunu ödəməkdən yayınmağa çalışır. Cavabdeh ekranının söndüyünün bildirdiyi telefona gəldikdə, cavabdeh bu barədə ona bildirmiş, o, telefonu servisə göndərmiş, servisdən telefonun ekranında zədə olmasını bildirilmişdir. Bu barədə sənədlər də vardır. Servisin bu fikrindən sonra o, həmin telefonu cavabdehə qaytarmışdır ki, zədə onun ucbatından yaranmışdır, qarantiyaya daxil edilmir. Hazırda o, iddiasının tam təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bundan əvvəlki məhkəmə iclası zamanında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia ərizəsində göstərilmiş telefon nömrəsi ona məxsusdur. Həmçinin o, iddia ərizəsində göstərilən telefonları iddiaçıdan ilkin ödəniş etməklə nisyə satın almış, onların da pulunu ödəmişdir. Ödənişlərin çox hissəsini əlbəəl vermiş, çox hissəsini də iddiaçının kartına atmışdır. Satın aldığı telefonlardan birinin ekranı satın aldıqdan 10-15 gün sonra telefon işləyə-işləyə sönmüş, təmiri üçün 180 manat pul vermişdir. Həmin pulu da borcdan silmişdir. Hazırda borcu yoxdur. Onun telefon nömrəsi sındığı üçün etdiyi ödənişlər barədə qəbzlərin surətini təqdim edə bilməmişdir. Lakin həmin qəbzlərin surəti iddiaçıya göndərilmişdir. Hazırda da o, məhkəmədən etdiyi ödənişlərilə bağlı sübutların təqdim edilə bilinməsinə şərait yaradılmasını xahiş edir. Məhkəməyə həmçinin iddiaçı tərəfindən cavabdehlə aralarında olan “Vatsapp” yazışmaları və səs yazısını özündə əks etdirən Disk əlavə edilmiş, səs yazılarından və yazışmalardan görünmüşdür ki, cavabdeh iddiaçıdan ilkin ödənişləri aşağı olan telefonlar təşkil etməsini xahiş etmiş, səs yazılarının birində sarı Pocodan nə qədər ödənişi qalmasını soruşmuş, 50 manat etdiyi ödənişini göy rəngli Pocodan çıxılmasını bildirmiş, bir səs yazısında o biri borcların ödəniləcəyindən narahat olmamasını, arvad üçün aldığı sarı Poconu ona göndərəcəyini, ekranının nəsə donduğunu, onu həll etməsini, gecikməsi də nədirsə atılacağını bildirmiş, bir səs yazısında Note 7-nin hansı olduğunu, Leyla üçün götürdüyü telefon olub-olmadığını soruşmuş, bir səs yazısında Qalibə götürdüyü telefonu bildiyini, ev üçün götürdüyü telefonu bildiyini qeyd etmiş, Heydərə götürdüyü telefonun aylığını soruşmuş, bir səs yazısında alverin aşağı düşdüyünü, əmanətini 2-3 günə tam həll edəcəyini bildirmiş, bir səs yazısında Orxanın xeyir işinə gələcəyini, o zaman borcunu sıfırlacağını, narahat olmamasını bildirmiş, bir səs yazısında ayın 17-si Heydəri də kəndə gətirəcəyini, 17-si və ya 18-i ödəniş olacağını, narahat olmamasını bildirmiş, aralarında olan Vatsapp yazışmalarında isə maşın bazarını gözlədiyini, satıb tam bağlayacağını, ev üçün götürdüyü Note 7-ni özünün ödəyəcəyini, toya görə gecikdiyini, toydan sonra atılacağını bildirmişdir. İş materiallarına həmçinin xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli kredit cədvəlləri əlavə edilmiş, məhkəmə həmin sənədi də tədqiq etmişdir. Əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 4/1747 saylı ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş, İddiaçı ilə Cavabdeh arasında olan “Redmi Roco M3” markalı telefonun alqısatqısına dair xx.xx.2021-ci il tarixli, “Redmi Not 7” markalı telefonun alqı-satqısına dair xx.xx.2021-ci il tarixli və “Redmi Roco M3” markalı telefonun alqı-satqısına dair xx.xx.2021-ci il tarixli kredit cədvəllərində “təsdiq edirəm” qrafadalarındakı imzalar – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, məhkəmə-xəttəşünaslıq ekspertizası tədqiqatının dəyəri 127 manat təşkil edir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSÜF: Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında nisyə alqısatqı münasibətləri mövcud olmuş, İddiaçı ilə Cavabdeh arasında şifahi formada bağlanılmaqla nisyə alqı-satqı müqaviləsi əsasında ardıcıl olaraq xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ümumi 1560 (min beş yüz altmış) manat dəyərində “Redmi” markalı, “M 3” modelli, “Redmi" markalı, “Note 7” modelli və “Redmı” markalı, “M 3” modelli mobil telefon cihazlarının alqı-satqısı həyata keçirilmiş, sonuncu razılaşdırılan məbləği aylıq ödəniş şəklində iddiaçıya qaytarılmasını razılaşdırmışdır. Qeyd edilən hallar iddiaçının izahatı, həmçinin məhkəməyə təqdim edilmiş Vatsapp yazışmaları və səs yazıları ilə də öz təsdiqini tapmaqdadır. Yazışmalardan da aydın olur ki, tərəflər arasında danışıqlar getdiyi ərəfələrdə cavabdeh heç bir vaxt nə telefonlar, nə də borc məbləği barədə mübahisələndirmə aparmış, əksinə, ona olan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən, həmçinin məhkəməyə təqdim edilmiş Vatsapp və səs yazılarında əksini tapan halları və aşağıda sadalanmış qanunvericilk normalarını və səs yazısının sübut kimi nəzərə alınması ilə əlaqədar Plenum Qərarında əks olunmuş mövqeni nəzərə alaraq hesab edir ki, iddia tələbi tam əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına görə, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Cavabdehin iddiaçıya borcunun olmaması, borcunu tam ödəməsi barədə bildirdiklərinə gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazının əsaslarını sübut etməli olduğundan, cavabdeh daha əvvəlki məhkəmə iclasında sübutlar təqdim edəcəyini bildirdiyi halda, hazırki məhkəmə iclasında iştirak etməməklə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, onun etirazının əsasları sübut edilməmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında öhdəlik münasibətləri nisyə alqı-satqı müqaviləsindən yaranmışdır. Odur ki, mübahisə Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə bağlı normaları kontekstində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğısatqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materialları ilə iddiaçının hazırki tələblə müraciət etməsi üçün 30 manat dövlət rüsumu ödəməsi müəyyən edildiyindən, həmçinin əsas iddia tələbi tam təmin edildiyindən bu hissədə də tələb tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun olaraq məhkəmə həyata keçirilmiş ekspertiza tədqiqatının dəyərinin tərəflərin hansından və hansı miqdarda tutulmalı olmasına münasibətdə qeyd edir ki, iddianın tam təmin edilməsi nəzərə alınaraq ekspertiza tədqiqatının dəyəri də tam olaraq cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh nisyə satılmış mallara görə ödənilməli olan 862 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 892 (səkkiz yüz doxsan iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 4/1747№-li məhkəmə-xəttşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 127 manat pul vəsaiti Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-54/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-54/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver