Məhkəmə qərarları › İş №e-2(056)-553/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-553/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-553/2025 13.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC «lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, İF/05905 saylı lizinq müqaviləsinə əsasən 3959,65 (üç min doqquz yüz əlli doqquz manat, 65 qəpik) manat əsas, 464,47 ( dörd yüz altmış dörd manat, 47 qəpik) faiz borcu olmaqla ümumilikdə 4424,12 ( dörd min dörd yüz iyirmi dörd manat, 12 qəpik) manat borc və 69 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı "xxxx" MMC –nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə İF/05994 saylı saziş imzalanmış, həmin sazişə əsasən xx.xx.2022-ci il tarixli, İF/05905 saylı X1 müqaviləsinə dəyişiklik edilmişdir. Həmin sazişə əsasən X3 markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi Cavabdeh istifadəsinə verilmişdir. Artıq bir neçə müddətdir ki, cavabdeh tərəfindən heç bir ödəniş edilmir və hal-hazırda lizinq obyekti onun istifadəsindədir. Cavabdeh müqavilə müddəti ərzində 6106 manat ödəniş etmiş, qalıq borcunu ödəməyərək öhdəliyini tam yerinə yetirməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Fatimə Nuri məhkəməyə ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxılaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsaslanaraq məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdırıb və iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan: X1 müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli, İF/05994 saylı sazişdən görünür ki, Cavabdehla müqavilə bağlanmış, o, lizinq alan fiziki şəxs qismində X3 markalı **- PJ-*** dövlət nömrə nişanlı avtomobili təhvil almış, ilkin lizinq alan fiziki şəxsə aid olan bütün hüquqlara malik olmu, öhdəliklər görə eynilə məsuliyyət daşımış və lizinq məbləği 7200 manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından və iddia tələbinin dəqiqləşməsi barədə ərizədən görünür ki, Cavabdehnın xx.xx.2022-ci il tarixli, İF/05994 saylı lizinq müqaviləsi üzrə 3959,65 manat əsas borcu, 464,47 manat faiz borcu vardır. Xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə banka olan borcunu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Ödəniş tapşırığından görünür ki, ərizəçi tərəfindən 69 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İF/05994 saylı sazişə əsasən borc öhdəliyinin icra müddəti xx.xx.2022-ci il tarixli, İF/05905 saylı X1 müqaviləsinin davamı olaraq 18 ay müəyyən edilmişdir. Lakin cavabdeh müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və hazırda onun kreditora 3959,65 manat əsas və 464,47 manat faiz borcu vardır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İF/05905 saylı müqavilədən əmələ gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh iddiaçı "xxxx" MMC qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.3-ci maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 69 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia tam təmin olunduğu halda məhkəmə xərclərinə aid edilən ödənilmiş 69 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, İF/05905 saylı lizinq müqaviləsinə və xx.xx.2022-ci il tarixli, İF/05994 saylı sazişə əsasən 3959,65 (üç min doqquz yüz əlli doqquz manat, 65 qəpik) manat əsas, 464,47 ( dörd yüz altmış dörd manat, 47 qəpik) faiz borcu olmaqla ümumilikdə 4424,12 ( dörd min dörd yüz iyirmi dörd manat, 12 qəpik) manat borc pul tutularaq iddiaçı "xxxx" MMC-yə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinın 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İF/05905 saylı lizinq müqaviləsinə və xx.xx.2022-ci il tarixli, İF/05994 saylı sazişə əsasən 3959,65 (üç min doqquz yüz əlli doqquz manat, 65 qəpik) manat əsas, 464,47 ( dörd yüz altmış dörd manat, 47 qəpik) faiz borcu olmaqla ümumilikdə 4424,12 ( dörd min dörd yüz iyirmi dörd manat, 12 qəpik) manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69 manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar