Məhkəmə qərarları › İş №e-2(056)-788/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-788/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-788/2025 19.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Liqorin” cinsinə mənsub 40 ədəd toyuğun alqı-satqısına dair razılaşma şərtlərinin icra edilməməsi nəticəsində ona dəymiş 120 manat zərər məbləğinin, habelə məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. TƏRƏFİN İZAHATİ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında “Liqorin” cinsinə mənsub 40 ədəd toyuğun alqı-satqısı barədə şifahi razılaşma əldə olunmuş, bu məqsədlə tərəfindən Orxanın "xxxx" KB ASC-yə məxsus 5411 24980249 0677 nömrəli kart hesabına əvvəlcə 20, sonra 100 manat olmaqla, ünmumilikdə 120 manat məbləğində pul mədaxil etmişdir. Lakin razılaşma şərtləri cavabdehə münasibətdə heç bir həcmdə icra edilməmiş, nəticədə ödənilməmiş pul məbləğində ona maddi ziyan dəymişdir. İddiaçı məhkəməyə elektron ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb iddiasını təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı bildirmişdi ki, arvadı Nərcis “lalafo”da qeyd etdiyi toyuqların alqı-stqısını görmüş, toyuqları satan hazırki cavabdehlə danışıqlar aparmış, bundan sonra ona bildirmiş və o, toyuqların alqı-satqısı ilə bağlı cavabdehlə danışmış, danışıqdan sonra razılaşaraq arvadının mobil telefonunda olan onun kartına məxsus mobil tətbiqdən cavabdehə tələb etdiyi məbləğdə pul vəsaitini göndərmişdir. Lakin cavabdeh üzərinə düşən vəzifəni icra etməmiş, hər dəfə yalan vədlər verərək, toyuqları göndərəcəyini bildirmiş, lakin göndərməmişdir. O, aldadılmasını başa düşərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdi ki, İddiaçı onun əridir. O, “lalafo”da ucuz toyuq satılmasıanı görmüş və oradan Orxanın telefon nömrəsini götürmüşdür. O, məlumat xarakterli Orxanla telefonla danışmış, Orxan beh tələb etmişdir. O, ərinə bu barədə bildirmiş, əri razılaşdıqdan sonra ərinin göstərişi ilə onun telefonunda olan ərinə məxsus kartın mobil tətbiqindən Orxana 20 manat beh göndərmişdir. Daha sonra Orxan zəng edərək pulun tam ödəniləcəyi təqdirdə 2 ədəd də əlavə toyuq veriləcəyini bildirmiş, o, razılaşmamış, bundan sonra Orxan ondan ərinin telefon nömrəsini istəmiş, o, ərinin telefon nömrəsini Orxana vermişdir. Onlar danışıb razılaşdıqdan sonra yenə də ərinin göstərişi ilə 100 manat pulu da mobil tətbiqdən Orxana göndərmişdir. Razılaşmaya görə pul ödənilən günü səhərisi toyuqlar göndərilməli idi. Bundan sonra hər gün telefonla danışdıqda Orxan ərinə hər gün səhər göndərəcəyini bildirmiş, daha sonra havalar soyuq olduğu üçün toyuqları göndərsə yolda xəstələnəcəyini, bir müddət sonra gətirəcəyini bildirmiş, son danışıqlarda isə Orxan onların göndərdiyi pulun başqa şəxsə göndərilməsini, onları bir-birləri ilə danışdıracağını bildirmiş, bundan sonra isə telefonlara cavab verməmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSÜF: Məhkəmə, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Vatsap yazışmalarının və səs yazılarının məzmunundan da görünür ki, həqiqətən də tərəflər arasında toyuq alqı-satqısı barədə şifahi razılaşma olmuş, cavabdehə 120 manat məbləğində pul vəsaiti göndərilmiş, cavabdeh səs yazılarında hər dəfə sabah ödəyəcəyini, bir səs yazısında isə 120 manatın böyük məbləğ olmadığını, onu sıxışdırmamasını, gözləməsini bildirmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə aralarında olan şifahi toyuq alqı-satıqı müqaviləsi üzrə öhdəliklərini icra etmiş, satın alacağı toyuqların dəyərini təşkil edən pul vəsaitini cavabdehin krt hesabına göndərmiş, lakin cavabdeh satıcı olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və həmin toyuqları iddiaçıya təhvil verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri nisyə alqı-satqı müqaviləsindən yaranmışdır. Odur ki, mübahisə Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə bağlı normaları kontekstində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən, satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. . “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına görə, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” İşin hallarına və sadalanan qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə iddia tələbini 120 manat zərərin əvəzinin ödənilməsi hissəsində tam əsaslı hesab edir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, əsas iddia tələbi tam təmin edildiyindən, iddia tələbi bu hissədə də tələb tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Liqorin” cinsinə mənsub 40 ədəd toyuğun alqı-satqısına dair razılaşma şərtlərinin icra edilməməsi nəticəsində iddiaçıya dəymiş 120 manat zərər məbləği və ödənilmiş dövlət rüsumu 30 manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar