Məhkəmə qərarları › İş №e-2(056)-962/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-962/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-962/2024 16.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Novruzəli oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «Subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi haqqında» kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş zərərə görə 802 manat, iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının, cəmi 832,40 manat pulun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «BMW 523» markalı, ** HC *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış və sığorta ilə PPA********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə idarə etdiyi «BMW 523» markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad şəhəri, H.Əliyev prospekti ilə hərəkət edərkən «VAZ 21063» markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşaraq hadisə yerindən yayınmışdır. İcbari sığortalar haqqında qanunun 25-maddəsinə əsasən Cavabdeh hadisə yerindən yayındığına görə ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. "xxxx" ASC 802 manat ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən hesab etmişlər ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "xxxx"nə dəymiş 802 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İddia ərizəsinə əlavə olunmuş: 001XOH********** saylı ödəniş tapşırığına əsasən "xxxx" 802 manat sığorta ödənişi həyata keçirmişdir. Sabirabad RPŞ-nin DYPB-nin polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli, TP ******* nömrəli protokoldan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə idarə etdiyi «BMW 523» markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad şəhəri, H.Əliyev prospekti ilə hərəkət edərkən «VAZ 21063» markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşaraq hadisə yerindən yayınmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə idarə etdiyi «BMW 523» markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad şəhəri, H.Əliyev prospekti ilə hərəkət edərkən «VAZ 21063» markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşaraq hadisə yerindən yayınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Sabirabad RPŞ-nin DYPB-nin TP ******* saylı İnzibati xəta haqqında Protokolda əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, «VAZ 21063» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə 802 manat ziyan dəymişdir. Sığorta aktına və 001XOH********** saylı ödəniş tapşırığına əsasən "xxxx" ASC 802 manat siğorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi sığortalının ona vurulmuş zərərin əvəzini cavabdehdən tələb etmək hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırkı iş üzrə təsdiq edilir ki, avtomobili cavabdeh sahiblik edərək idarə etmişdir və zərər vurmuşdur. Sığortaçı dəymiş zərərə görə sığortalıya pul ödəmişdir, buna görə də həmin məbləği zərər vuran şəxsdən tələb edə bilər. Çünki sığortalı bu hüququ subroqasiya qaydasında sığortaçıya vermişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə tutulmalı zərərin miqdarı barədə qeyd edir ki, sığortaçı sığortalıya iddia tələbində göstərilən məbləği ödəmiş, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən zərər vuran vurduğu zərərin əvəzini ödəməli olduğundan və dəymiş ziyanın məbləğinin iddia tələbində göstərilən məbləğdə olması müəyyən edildiyindən, cavabdehlərdən həmin həddə vurduğu ziyanın əvəzi tutulmalıdır. Məhkəmə təqdim edilmiş sübutları bir-birilə müqaisəli təhlil etməklə və hər bir sübutu mənbəyinə və mötəbərliliyinə görə qiymətləndirərək iddia tələbini əsaslı sayır. Azərbaycan Respublikası Mülki 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Cavabdeh 802 manat sığorta ödənişi məbləği, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının əvəzi, cəmi 832,40 manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin Cavabdehlər Cavabdeh 802 manat sığorta ödənişi məbləği, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi, cəmi 832,40 (səkkiz yüz otuz iki manat qırx qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar