Məhkəmə qərarları › İş №e-2(057)-1084/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1084/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1084/2025 29.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Cavabdeh iştirakları ilə, İddiaçı “Xalq Sığorta" ASC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında "ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1700,00 (bir min yeddi yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 37,00 (otuz yeddi) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Bakıxanov qəsəbəsində Şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsiəsasında icbari qaydada sığortalanmış “Vaz 21074 minik” markalı, 77- CD-351 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən,“Chevrolet Lacetti” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş İXP6160410 №-li İnzibati xəta haqqında protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddəsi (yol hərəkəti qaydalarını pozan nəqliyyatvasitəsi sürücüsünün yol nəqliyyat hadisəsiyerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş “Qüsur aktı”nda göstərilmişdir ki, “Chevrolet Lacetti” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1700,00 (bir min yeddi yüz) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA********** saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 1700,00 (bir min yeddi yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişiməbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunanları nəzərə alaraq Cavabdeh 1700,00 (bir min yeddi yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 37,00 (otuz yeddi) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddiaya etiraz etdiyini və mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında "ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı «Xalq Sığorta” ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh iddia ərizəsinin baxılmamış saxlanmasını tələb etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininicbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərratları barədə arayışdan görünür ki, Bakı şəhər BYPİ-nin məlumatına əsasən 02 oktyabr 2023-cü il tarixdə saat 23:30-da Bakı şəhərində yol nəqliyyat hadisəi baş vermiş, hadisənin növü toqquşma olmuşdur. Həmin məlumata əsasən VAZ21074 markalı ** CD *** dövlət qeydiyyatlı nişanlı avtomobilin mülkiyyətçisi X3, hadisə baş verən zman sürücü Cavabdeh olmuşdur. Zərərçəkən şəxs "xxxx" MMC, nəqliyyat vasitəsi-Chevrolet Lacetti markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. "xxxx" tərəfindən Cavabdeh 23 sentyabr 2024-cü il tarixldə “Bildiririk ki, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Bakıxanov qəsəbəsində Şirkətimiz tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış "Vaz 21074 minik" markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Chevrolet Lacetti" markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə dəymiş zərərə görə tərəfimizdən 1700,00 (bir min yeddi yüz manat) məbləğində sığorta ödənişi verilmişdir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsində sığortaçının hüquqlarından biri kimi sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ qeyd edilir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Odur ki, yuxarıda qeyd olunanları və hadisə zamanı sizin hadisə yerindən yayındığınızı nəzərə alaraq, 1700,00 (bir min yeddi yüz manat) məbləğində pul vəsaitinin subroqasiya qaydasında "xxxx" ASC-nin aşağıda qeyd olunmuş bank hesabına və ya Milli Ön aparatlarından (Xalq Bank/Hüquqi şəxslər/ Müştəri kodu:154830/ VÖEN:**********/ Cari hesaba mədaxil/ Təyinata ad, soyad və РХA********** yazmaqla) 7 (yeddi) iş günü ərzində könüllü ödəməyinizi təklif edirik. Əks təqdirdə qeyd olunan məbləğ məhkəmə qaydasında geri tələb ediləcək və bu zaman yaranacaq əlavə məhkəmə və vəkil xərcləri də Sizdən tutulacaqdır” məzmunlu məktub ünvanlanmışdır. İş materiallarında olan sığorta aktında zərərçəkən sığortalı kimi "xxxx" MMC, nəqliyyat vasitəsi-Chevrolet Lacetti markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil göstərilmişdir. Həmin aktda zərərvuran kimi Cavabdeh, zərərvuranın nəqliyyat vasitəsi VAZ21074 markalı ** CD *** dövlət qeydiyyatlı nişanlı avtomobil göstərilmişdir. "xxxx" ASC tərəfindən verilmiş zərərdəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabtda nyekun zərər olaraq 1700 manat göstərilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsində sığorta vasitəçisi Xalq Sığorta, sığortalı kimi X3 göstərilmişdir. İnzibati xəta haqqında İXP ******* nömrəli protokolda xx.xx.2023-cü il tarixdə saat 23:30-da baş vermiş avtoqəzada Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inziabati xətaların törədilməsi qeyd olunmuşdur. X1 tərəifnən Bakı şəhər BPİ DYPİ-nin rəisiniə ünvanlanmış ərizədə xx.xx.2023-cü il tarixdə saat 23:30-da Bakı şəhəri Bakıxanov qəsəbəsi “Badi Kübə” şadlıq sarayının qarşısında dayanmış “Chevrolet Lacetti” markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin VAZ 21074 markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən arxadan vurulduğu və sürücünün hadisə yerindən qaçdığı qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən təqdim olunmuş siyahıdan görünür ki, VAZ21074 markalı ** CD *** dövlət qeydiyyatlı nişanlı avtomobil üçün etibarnamə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh idarə etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş videodan görünür ki, X2 VAZ21074 markalı ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə onunj tərəfindən qəza törədildiyini demiş, həmin hadisə Cavabdeh günahının olmadığını bildirmişdir. X2 və VAZ21074 markalı ** CD *** dövlət qeydiyyatlı nişanlı avtomobilin mülkiyyətçisi X3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində prosesə cəlb olunmuş, onlara bildiriş göndərilmiş, lakin onlar məhkəmə prosesində iştirak etməmişlər. Məhkəmə qeyd olunan videogörüntünü iş materiallarına əlavə etsə də, videogörüntüdə həmin fikirləri səsləndirən şəxsin iştirakı təmin olunmadığından məhkəmə videogörüntünü sübut kimi qiymətləndirməmişdir. Göstərilənlərdən əlavə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb olunması ilə əlaqədar Bakı şəhər BYPİ-si tərəfindən tərtiq olunmuş İXP_6160410 saylı protokolun Cavabdeh tərəfindən mübahisələndirilməsi barədə sonuncu tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. "xxxx" ASC həmin protokol əsasında tərtib qəbul olunmuş və qüvvədə olan qərara əsasən “Chevrolet Lacetti” markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri ödəmiş və həmin zərəri subroqasiya qaydasında avtoqəzanın törədilməsində təqsirli olan Cavabdeh tələb etmişdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi sığortalanmış ,“Chevrolet Lacetti” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Vaz 21074” minik markalı, ** CD *** dövlət qeydiyyatlı nişanlı avtomobil tərəfindən vurulması, həmin vaxt qüvvədə olan etibarnamə ilə avtomobilin Cavabdeh tərəfindən idarə olunması, qəza nəticəsində nəticəsində göstərilən “Chevrolet Lacetti” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi işin materialları ilə sübut olunur. Məhkəmə hesab edir ki, sığortalanmış “Chevrolet Lacetti” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Vaz 21074” minik markalı ** CD *** dövlət qeydiyyatlı nişanlı avtomobil tərəfindən vurulması nəticəsində vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, (reqres tələbi hüququ) sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1700,00 (bir min yeddi yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 37,00 (otuz yeddi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1700,00 (bir min yeddi yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 37,00 (otuz yeddi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar