Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1141/2025 20.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmiyyətin xeyrinə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG 65W CHARGER B, İMEİ KODU **********59499 SAMSUNG GALAXY S24 markalı telefon üçün 2317.40 (iki min üç yüz on yeddi manat,40 qəp) manat ödənilməmiş hissə, 695.22 (altı yüz doxsan beş manat, 22 qəp) manat dəbbə borcu, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, BAG TRUST BOLOGNA komputer çantası, MOUSE XİAOMİ WİRELESS LİTE, WİNDOWS 11 HOME (ALL LANGUAGES), JBL TUNE qulaqlıq, ACER ASPİRE 5A515 markalı kompuütçeürn 2210 (iki min iki yüz on) manat ödənilməmiş hissə, 663 (altı yüz altmış üç) manat dəbbə borcu və xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, TTEC POWERSLİM DUO 10000MAH UNİVERSAL MOBİLE CHARGER adapter, NOKİA1** DS ***938542286201 NOKİA130 DS markalı telefon üçün, 46.90 (qırx altı manat, 90 qəpik) manat ödənilməmiş hissə, 14.07 (on dörd manat, 07 qəpik) manat dəbbə borcu olmaqla ümumilikdə cəmi 5946.59 manat məbləğində borcun və ödənilmiş 79.47 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2024-ci il, xx.xx.2024-ci il və xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, SAMSUNG 65 W CHARGER B, İMEİ KODU **********59499 SAMSUNG GALAXY S24 markalı telefon, BAG TRUSTBOLOGNA komputer çantası, MOUSE XİAOMİ WİRELESS LİTE, WİNDOWS 11 HOME (ALL LANGUAGES), JBL TUNE qulaqlıqACER ASPİRE 5 A515 markalı komputer, TTEC POWERSLİM DUO 10000MAH UNİVERSAL MOBİLE CHARGER adapter, NOKİA1** DS ***938542286201 NOKİA130 DS markalı telefon almış və nəticədə 5946.59 (beş min doqquz yüzqırx altı manat, 59 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2717.48 (iki min yeddi yüz on yeddi manat, 48 qəp) manat (18 ay 139.86 manat + 200 manat ilkin ödəniş) SAMSUNG 65WCHARGER B, İMEİ KODU **********59499 SAMSUNG GALAXY S24 markalı telefon üçün ümumilikdə, 3012.62 (üç min on iki manat, 62 qəpik) manat olmaqla ondan, 2317.40 (iki min üç yüz on yeddi manat,40 qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 695.22 (altı yüz doxsan beş manat, 22 qəp) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2508.12 (iki min beş yüz səkkzi manat, 12 qəp) manat (18 ay x 139.34 manat + 0 manat ilkin ödəniş) BAG TRUST BOLOGNA komputer çantası, MOUSE XİAOMİ WİRELESS LİTE, WİNDOWS 11HOME (ALL LANGUAGES), JBL TUNE qulaqlıq, ACER ASPİRE 5 A515 markalı kompuüteçrün ümumilikdə, 2873 (iki min səkkiz yüz yetmiş üç) manat olmaqla ondan, 2210 (iki min iki yüz on) manat ödənilməmiş hissə, güzəşt olunaraq 663 (altı yüz altmış üç) manat dəbbə miqdarında borc yaranmışdır. xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 153 (yüz əlli üç) manat (12 ay x 12.75 manat + 0 manat ilkin ödəniş) TTEC POWERSLİM DUO 10000MAH UNİVERSAL MOBİLE CHARGER adapter, NOKİA1** DS ***938542286201 NOKİA130 DSmarkalı telefon üçün ümumilikdə, 60.97 (altmış manat, 97 qəpik) manat olmaqla ondan, 46.90 (qırx altı manat, 90 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 14.07 (on dörd manat, 07 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, TTEC POWERSLİM DUO 10000MAH UNİVERSAL MOBİLE CHARGER adapter xx.xx.2024-ci il tarixində imtina etmiş və məhsul 48 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 58.10 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 48 manat, ümumilikdə, 106.10 manat təşkil edir. Digər müqavilələr üçün cəmi ödədiyi məbləğ 698.20 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-ci il, xx.xx.2024-ci il və xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirdi ki, o, Layiqin anasıdır. İddianı qismən qəbul edərək, faiz və cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il, xx.xx.2024-ci il və xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, SAMSUNG 65 W CHARGER B, İMEİ KODU **********59499 SAMSUNG GALAXY S24 markalı telefon, BAG TRUSTBOLOGNA komputer çantası, MOUSE XİAOMİ WİRELESS LİTE, WİNDOWS 11 HOME (ALL LANGUAGES), JBL TUNE qulaqlıqACER ASPİRE 5 A515 markalı komputer, TTEC POWERSLİM DUO 10000MAH UNİVERSAL MOBİLE CHARGER adapter, NOKİA1** DS ***938542286201 NOKİA130 DS markalı telefon alıcıya satılmışdır. Maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə cavabdehin iddiaçıya əsas borca görə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG 65W CHARGER B, İMEİ KODU **********59499 SAMSUNG GALAXY S24 markalı telefon üçün 2317.40 (iki min üç yüz on yeddi manat,40 qəp) manat ödənilməmiş hissə, 695.22 (altı yüz doxsan beş manat, 22 qəp) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, BAG TRUST BOLOGNA komputer çantası, MOUSE XİAOMİ WİRELESS LİTE, WİNDOWS 11 HOME (ALL LANGUAGES), JBL TUNE qulaqlıq, ACER ASPİRE 5A515 markalı kompuütçeürn 2210 (iki min iki yüz on) manat ödənilməmiş hissə, 663 (altı yüz altmış üç) manat dəbbə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, TTEC POWERSLİM DUO 10000MAH UNİVERSAL MOBİLE CHARGER adapter, NOKİA1** DS ***938542286201 NOKİA130 DS markalı telefon üçün, 46.90 (qırx altı manat, 90 qəpik) manat ödənilməmiş hissə, 14.07 (on dörd manat, 07 qəpik) manat dəbbə borcu olmaqla ümumilikdə cəmi 5946.59 manat borc manat borcu vardır. "xxxx" MMC-nin Cavabdeh ünvanladığı 14 fevral 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 79.47 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə iddiaçı "xxxx" MMC həmin malı Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, lakin həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə isə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla, məhkəmə belə qənaətə gəlir ki, əsas borca münasibətdə cavabdehdən cərimələrin tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 64.27 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC -nin xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG 65W CHARGER B, İMEİ KODU **********59499 SAMSUNG GALAXY S24 markalı telefon üçün 2317.40 (iki min üç yüz on yeddi manat,40 qəp) manat ödənilməmiş hissə, 115 (bir yüz on beş) manat dəbbə borcu, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, BAG TRUST BOLOGNA komputer çantası, MOUSE XİAOMİ WİRELESS LİTE, WİNDOWS 11 HOME (ALL LANGUAGES), JBL TUNE qulaqlıq, ACER ASPİRE 5A515 markalı kompüter üçün 2210 (iki min iki yüz on) manat ödənilməmiş hissə, 115 (bir yüz on beş) manat dəbbə borcu, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, TTEC POWERSLİM DUO 10000MAH UNİVERSAL MOBİLE CHARGER adapter, NOKİA1** DS ***938542286201 NOKİA130 DS markalı telefon üçün, 46.90 (qırx altı manat, 90 qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə borcu olmaqla ümumilikdə 4809.30 manat borc və 64.27 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG 65W CHARGER B, İMEİ KODU **********59499 SAMSUNG GALAXY S24 markalı telefon üçün 2317.40 (iki min üç yüz on yeddi manat,40 qəp) manat ödənilməmiş hissə, 115 (bir yüz on beş) manat dəbbə borcu, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, BAG TRUST BOLOGNA komputer çantası, MOUSE XİAOMİ WİRELESS LİTE, WİNDOWS 11 HOME (ALL LANGUAGES), JBL TUNE qulaqlıq, ACER ASPİRE 5A515 markalı kompüter üçün 2210 (iki min iki yüz on) manat ödənilməmiş hissə, 115 (bir yüz on beş) manat dəbbə borcu, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, TTEC POWERSLİM DUO 10000MAH UNİVERSAL MOBİLE CHARGER adapter, NOKİA1** DS ***938542286201 NOKİA130 DS markalı telefon üçün, 46.90 (qırx altı manat, 90 qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə borcu olmaqla, ümumilikdə 4809.30 manat borc və 64.27 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-1141/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1141/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver