Məhkəmə qərarları › İş №e-2(057)-1215/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1215/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1215/2024 07.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “Lizinq Müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “Lizinq Müqaviləsinin üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 aprel 2023-cü il tarixli MAS-5868 saylı “Daxili Lizinq” Müqaviləsinə əsasən 08 oktyabr 2023-cü il tarixə əsas məbləğ üzrə 14722,39 manat və gecikdirilmiş mükafat məbləği üzrə 152,60 manat, ümumilikdə 14874,99 manat borc və ödənilmiş 134,62 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X5 arasında bağlarımış 18 aprel 2023-cü il tarıxlı MAS-5868 saylı “Daxili lizing” müqaviləsinə əsasən 2023-cü il buraxılışlı, "Khazar LD” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 96 hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 467.06 manat, ümumilikdə isə 25619 manat məblağində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 25619 manatın 19100 manatı əsaş məbləğ təşkil edir.23 sentyabr 2023-cü il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında MAS-5868 “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 18 aprel 2023-cü il tarixli MAS-5868 saylı “Daxıli lizinq" müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür.“Azərmaş" MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "Khazar LD” markalı, 77-AD. 673 dövlət qeydiyyat nişanlı avtomobil 18 dekabr 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyətə düşmüş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətə düşmüşdür.“Daxili Lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anma ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoii olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir.Cavabdeh “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektin tam yararsız vəziyyətə düşdüyü 08 oktyabr 2023-cü il tarixə borcu əsas məbləğ üzrə 14722.39 manat və gecikdirilmiş mükafat məbləği üzrə 152.60 manat, ümumilikdə 14874.99 manat təşkil edir.“Daxili lizinq müqaviləsi” və "Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır.“Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş izinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 96 hesanlanmaqla cərimə ödəyir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 18 aprel 2023-cü il tarixli MAS-5868 saylı “Daxili Lizinq” Müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 oktyabr 2023-cü il tarixə 14722,39 manat əsas, 152,60 manat gecikdirilmiş mükafat, ümumilikdə 14874,99 manat borc və ödənilmiş 134,62 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X4 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialında olan 18 aprel 2023-cü il tarixli MAS-5868 saylı X2 surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış X3 əsasən 2023-cü il buraxılışlı, “Khazar LD" minik markalı, 77AD673 dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili Lizinq" müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödəniməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3% hesanlanmaqla cərimə ödəyir. İş materialında olan xx.xx.2023-cü il tarixli, MAS-5868 saylı X3 1 saylı əlavədən görünür ki, “Khazar LD” minik markalı, NVAW01HHFPE671063 ban nömrəli, ağ rəngli avtomobilin dəyəri 19100 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin direktoru X4 və X5, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LD” markalı, 77AD673 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. İş materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, X5, Cavabdeh və "Azərmaş” MMC arasında 23 sentyabr 2023-cü il tarixli MAS-5868 “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 18 aprel 2023-cü il tarixli MAS-5868 saylı "Daxili lizinq” müqaviləsi üzrə pul öhdəliklərini Cavabdeh öz üzərinə götürmüşdür. İş materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, X1 istifadəsinə verilmiş saz vəziyyətdə olan və AZƏRMAŞ MMC-nin mülkiyyətində olan Khazar LD" minik markalı, 77AD673 dövlət qeydiyyat nişanlı avtomobil X5 tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materialına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 noyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, 2583 saylı matertial üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, vətəndaş Cavabdeh AR İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. İş materiallarında olan “X8” MMC (servis xidməti) tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, avtomobilə yerində ümumi texniki baxış zamanı avtomobilin tam yarasız vəziyyətdə olduğu aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 14722,39 manat gecikdirilmiş əsas, 152,60 manat gecikdirilmiş mükafat olmaqla, cəmi 14874,99 manat borcu var. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh lizinq obyektinə dəymiş ziyanı ödəməsini və yerinə yetirilmədiyi təqdirdə qanunamüvafiq qaydada məsuliyyət daşıdıqları bildirilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 134,62 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, lizinq alan 18 aprel 2023-cü il tarixli MAS-5868 saylı “Daxili Lizinq” Müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 oktyabr 2023cü il tarixə 14722,39 manat əsas, 152,60 manat gecikdirilmiş mükafat, ümumilikdə 14874,99 manat borc və ödənilmiş 134,62 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sadalanan xüsusatları və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 18 aprel 2023-cü il tarixli MAS-5868 saylı “Daxili Lizinq” Müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 oktyabr 2023-cü il tarixə 14722,39 manat əsas, 152,60 manat gecikdirilmiş mükafat pulu, ümumilikdə 14874,99 manat borc və ödənilmiş 134,62 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 18 aprel 2023-cü il tarixli MAS-5868 saylı “Daxili Lizinq” Müqaviləsi üzrə 08 oktyabr 2023-cü il tarixə 14722,39 manat əsas, 152,60 manat gecikdirilmiş mükafat, ümumilikdə 14874,99 manat borc və ödənilmiş 134,62 manat dövlət rüsumunun manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar