Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1241/2024 20.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil Suliddin oğlunun, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Salyan Regional “ASAN Xidmət Mərkəzi”nin Notariat ofisinə, Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızı, Rəhimova (Tağıyeva) Süsən Yusif qızı, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı “miras əmlak” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən miras əmlakı (fərdi yaşayış evi) X22 qəbul etməsi və tam payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mərhum qaynatası Cavabdeh3 Kərim oğlunun mülkiyyətindədir. Cavabdeh3 Kərim oğlu 1975-ci il tarixdə vəfat etmişdir. Cavabdeh3 Kərim oğlu vəfat etdikdən sonra miras əmlakı faktiki olaraq onun həyat yoldaşı X16 idarə etmişdir. Mirası öz adına rəsmiləşdirmədən 2004-cü il tarixdə vəfat etmişdir. Banu Rəhimova vəfat etdikdən sonra miras əmlakı faktiki olaraq onun oğlu X33 qəbul etmiş və faktiki olaraq mübahisəsiz şəkildə öldüyü günədək idarə etmişdir. Mirası öz adına rəsmiləşdirmədən Vaqif Rəhimov xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra əmlakı onun həyat yoldaşı İddiaçı qəbul etmiş, iki övladı ilə birlikdə idarə etməyə başlamışdır. Cavabdeh3 Kərim oğlunun X7 birgə nikahlarından 5 övladı olmuşdur: X33, X28, X29, X12 və X30 adlı övladları olmuşdur. Adları çəkilən övladların heç biri miras əmlakı qəbul etməmişdir. X28 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. (övladı X9 notarial ərizə ilə miras əmlakdan imtina etmişdir, iddia ərizəsinə əlavə olunur). X29 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. (anasının sağlığında köçüb getmişdir). X33 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X12 2013-cü il tarixdə vəfat etmişdir. Lakin ölümü qeydə alınmamışdır. Şəxsin faktiki olaraq məzarı və məzar daşı var. 1980-ci illərdə Süsən Rəhimova, Fatmaxanım Rəhimova və Leyla Rəhimova sözügedən evdən köçüb getmişlər. Miras əmlaka daxil olan evdən qeydiyyatdan çıxmışlar. X16 vəfat etdikdən sonra miras əmlakı mərhum oğlu X33 faktiki qəbul etmiş və maneəsiz istifadə etmişdir. Digər övladlar miras əmlakı faktiki olaraq idarə etməmiş və mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişdir. Hazırda faktiki olaraq miras əmlaka daxil olan evdə İddiaçı və onun övladları yaşayır. Miras əmlakın saxlanması, kommunal xərclərinin ödənilməsi, təmiri, yaxşılaşdırılmasına xərcləri X33 çəkmiş, digər vərəsələrin əmlakın taleyi barədə məlumatı olmamışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin “abunə haqqı” cədvəlindən görünür ki, abunə müqaviləsi X22 adına olmuş, ödənişlər onun tərəfindən edilmişdir. Eyni qaydada qaz sayğacıda onun, sonuncunun adına olmuşdur. Miras əmlakın rəsmiləşdirilməsi üçün iddiaçı Salyan Regional “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi izah edilmişdir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu müddətdə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. 1975-ci il tarixdə vəfat edən Cavabdeh3 Kərim oğlunun qanun üzrə birinci növbə vərəsələri arvadı X10muşdur. Cavabdeh3 vəfatından sonra miras əmlakı o, qəbul etmiş və faktiki olaraq idarə etmişdir. X7 ölümündən sonra miras əmlakı faktiki olaraq onun oğlu X33 qəbul edib idarə etmişdir. X34 həyat yoldaşı (iddiaçı) və övladları əmlakı idarə edir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətlər adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Daha sonra iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanda yerləşən miras əmlakı qəbul etməsi faktının və ünvan 1 ünvanda yerləşən miras əmlak üzərində (fərdi yaşayış evi) X22 tam payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddia ərizəsində və digər bir sıra sənədlərdə miras əmlak ünvan 1 ünvanda yerləşdiyi qeyd olunsa da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” arayışdan görünür ki, miras əmlak ünvan 2 ünvanında yerləşir. İddiaçının nümayəndəsi Vəkil elektron kabinet vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il təvəllüdlü Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızının, xx.xx.1962-ci il təvəllüdlü Rəhimova (Tağıyeva) Süsən Yusif qızının, Cavabdeh2, Cavabdeh3 və X2 iş üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin e-2(057)-1241/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatətin təmin edilməsi Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızı, Rəhimova (Tağıyeva) Süsən Yusif qızı, Cavabdeh2, Cavabdeh3 və X2 mülki iş üzrə cavabdeh kimi işdə iştiraka cəlb edilmələri qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək bildirmişdir ki, o 1990-cı ildə X33 ilə evlənərək sözügedən evə gəlin köçmüş, həmin evdə o, əri və qaynanası yaşamışdır. Sonradan əri Vaqif Rəhimov bacısı Fatmaxanımın həyat yoldaşı rəhmətə getdiyinə görə tək yaşamasın deyə Fatmaxanımı onlarla birlikdə yaşaması üçün evə gətirmişdir. Fatmaxanımın yanında həmin vaxt qızı Xəyalə də olmuşdur. Birinci uşaqları anadan olmamış Rusiyaya getsələr də, tez qayıtmışlar. Sonradan yenidən müvəqqəti olaraq Rusiyaya getmişlər, həmin vaxt qaynanası Banu da onlarla birilikdə Rusiyaya getmişdir. Qaynanası Rusiyada vəfat etdikdən sonra əri onun nəşini Azərbaycana gətirərək dəfn etmişdir. Fatmaxanım anası Banu hələ rəhmətə getməmiş ikinci dəfə evlənərək ailə qurmuş və Salyan rayonunun Arbatan kəndinə gəlin köçərək orada yaşamağa başlamışdır. Onlar evdən qeydiyyatdan çıxmışdır. Bir il yoldaşının xəstəliyi ilə əlaqədar müalicəsi üçün Rusiyaya getdikləri müddətdə evi kirayə vermişlər. Vaqif 2022-ci ildə vəfat etmişdir. Fərdi yaşayış evinə dair bütün idarəçilik onlara aid olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, iddia ərizəsinə əlavə etdilkəri sübutlarla müəyyən olunur ki, cavabdehlərdən Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızı vəfat etsə də X20 mövcud deyildir. Müvəkkili və həyat yoldaşı evə xeyli vəsait xərcləmişlər. Fərdi yaşayış evi iki otaqdan ibarət olsa da hazırda xeyli genişləndirilmişdir. Kommunal xərcləri və vergiləri onlar ödəmişdir. 2004-cü ildən evin restavrasiya olunması xərcləri, yenidən qurma işləri müvəkkili tərəfindən aparılmışdır. Eyni zamanda müvəkkili Vinera xanımın çıxışını təsdiq edici hallardan biridə budur ki, onlar məhkəməyə müraciət etməmişdən öncə sənədlər toplayarkən Salyan Rayon İcra Hakimiyyətinə müraciət etdikləri zaman araşdırma aparılmış və məlum olmuşdur ki, Süsən və Fatmaxanım həqiqətəndə Banu xanımın sağlığında həmin evdən köçüb gediblər. Banu xanımın vəfatından sonra həmin evdə Vinera xanım və onun övladları yaşamışlar. Bu halda evdən ümümiyyətlə xəbəri olmayan vərəsələrin bu evdən pay tələb etmələri onu təəccübləndirir. Bunları nəzərə alaraq hesab edir ki, iddia tam əsaslıdır və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı və yoldaşı göstərilən evdə yaşamayıblar, onlar Rusiyada yaşayıblar. O evdən atasının payına düşən hissəni tələb edir. Suallara cavab olaraq Cavabdeh2 bildirmişdir ki, iddianı qəbul etmir. Vinera özü ona zəng edərək demişdir ki, xəstədir və evi oğlunun adına keçirmək istəyir. Onlar atası ilə uzun illər həmin evdə yaşamışlar. Atası o, 9-cu sinifdə oxuyarkən onu məktəbdən çıxartmışdır. Dayısıgil onlara Salyan şəhərində başqa bir ünvanda “Plastmas” adlanan qəsəbədə ev almışlar və onlar həmin evə köçüb yaşamışlar. Onun 10 (on) yaşı olanda əmisi Vaqif Vinera ilə evlənmiş və onlar Rusiyaya getmişlər. Hətta nənəsi də, Rusiya Federasiyasında vəfat etmişdir. Sonradan nəşi gətirilərək Azərbaycanda dəfn olunmuşdur. O həmin evdə mirası qəbul etsə də, etməsə də vərəsədir. İş üzrə cavabdeh X9 məhkəməyə dəftərxana vasitəsi ilə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Salyan Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu N.H.Orucov xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində məhkəməyə yazılı qaydada müraciət edərək, məhkəmə iclasını notariat kontorunun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə baxılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh3, Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızı (rəhmətə gedib qeydi ilə geri qaytarılmışdır) və Rəhimova (Tağıyeva) Süsən Yusif qızına (ünvanda yaşamır qeydi ilə geri qaytarılmışdır) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə və “AZEMİS” vasitəsi ilə “SMS” bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq iddiaçını, onun nümayəndəsini və Cavabdeh2 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mübahisələndirilməyən hal ondan ibarətdir ki, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********07-10301 və qeydiyyat tarixi xx.xx.2023-cü il olan “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən sahəsi 121.3 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh3 Kərim oğlunun adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə qeyd edir ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, miras qoyan Cavabdeh3 Kərim oğlu xx.xx.1975-ci ildə vəfat etmişdir. Buna görə də hazırki iş üzrə vərəsəlik hüquq münasibətləri Azərbaycan Respublikasının hazırda qüvvədə olan Mülki Məcəlləsi qüvvəyə minməmişdən əvvəl yaranmışdır. Odur ki, hazırki işin hallarına həmin vaxt, yəni 1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən müddəalar tətbiq olunmalıdır. Azərbaycan SSR-nin 1964-cü il Mülki Məcəlləsinin 87-ci maddəsinə əsasən mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir. Azərbaycan SSR-nin Mülki Məcəllənin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir Azərbaycan SSR-nin Mülki Məcəllənin 552-ci maddəsinə görə, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan SSR-nin Mülki Məcəllənin 554-cü maddəsinə görə, qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Qanunvericilik müəyyən etmişdir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, mirasın qəbul edilməsinin iki üsulu vardır: birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət ərzində qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir...Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X33 və X25 miras qoyan Cavabdeh3 Kərim oğlu vəfat etdikdən sonra ona məxsus olan ünvan 2 ünvanında yerləşən sahəsi 121.3 kv.m. olan fərdi yaşayış evini faktiki olaraq qəbul etməklə ona yiyələnmişlər, miras əmlakı idarə etmişlər, kommunalları və vergiləri ödəmişlər. Miras qoyan Cavabdeh3 Kərim oğlunun digər vərəsələri X28, X29, X12 və X30 isə həmin mirasa faktiki yiyələnməmişlər, o cümlədən notariat orqanına ərizə verməklə onu qəbul etmək barədə iradə ifadəsi bildirməmişlər. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh3 Kərim oğlunun vərəsəsi olan arvadı X25 29 yanvar 2004-cü ildə vəfat etmişdir. X13 vəfat etdiyi zaman qüvvədə olmuş və xx.xx.2000-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar, vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar vərəsə ola bilərlər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X29 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Rəfail Rəhimov mirasqoyan Cavabdeh3 ölümündən sonra miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməklə, onu idarə etməklə faktiki olaraq mirası qəbul etməmişdir. O, anası X13 sağlığında daimi olaraq başqa ünvana köçərək yaşamış və X13 sağlığında vəfat etmişdir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. İddiaçının iddia tələbinin mahiyyətində görünür ki, 1975-ci ildə vəfat etmiş Cavabdeh3 Kərim oğlundan miras qalmış əmlakın mərhum X33 tərəfindən qəbul edilməsi barədə ərizəsini və notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubunu nəzərdən keçirdikdə müəyyən olunur ki, ünvan 4 ünvanda yerləşən miras əmlakın mərhum X33 tərəfindən qəbul edilməsi və tam payının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli məktubun ksero surətindən görünür ki, X25 xx.xx.2004-cü il tarixdə vəfat etdikdən sonra Salyan şəhəri, M.Rəsulzadə küçəsi 53 ünvanda onun oğlu mərhum X33 və onun ailə üzvləri yaşamışdır. Təsərrüfatı mərhum X33 idarə etmişdir. X13 sağlığında sözügedən evdən onun qızları və oğlu X6 getmişdir. Hazırda faktiki olaraq həmin ünvanda mərhum X22 arvadı İddiaçı və övladları yaşayır. X13 övladı xx.xx.1957-ci il təvəllüdlü xx.xx.1996-cı il tarixdə vəfat etmiş X18 vəfat edən zaman hansı ünvanda yaşaması barədə nümayəndəlikdə məlumat yoxdur. Cavabdeh3 Kərim oğlunun və X13 xx.xx.1962-ci il təvəllüdlü Rəhimova (Tağıyeva) Süsən Yusif qızı, xx.xx.1964-cü il təvəllüdlü Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızı və xx.xx.1953-cü il təvəllüdlü Rəhimova (Seyidova) Leyla Yusif qızı 1980-ci illərdə ünvan 2 ünvanından köçmüşlər. xx.xx.1964-cü il təvəllüdlü Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızının vəfat etməsi barədə nümayəndəlikdə hər hansı məlumat yoxdur. İş materiallarında olan Salyan Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun ksero surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən miras əmlakın mərhum X33 tərəfindən qəbul edilməsi və tam payının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməsi izah olunmuşdur. İş materiallarında olan X9 tərəfindən Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.1975-ci il tarixdə vəfat etmiş babası Cavabdeh3 Kərim oğlunun ölümündən sonra qalmış miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir. Qəbul etmək niyyəti yoxdur və gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaqdır. Mirası faktiki olaraq idarə etməmiş və mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişdir. Ona məlumdur ki, əgər o miras paydan imtina edirsə (vəsiyyət, qanun üzrə) bütün miras əmlakdan imtina etmiş sayılır. Notarius tərəfindən ona izah olunmuşdur ki, ərizəni ləğv edə və geri götürə bilməz. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan "xxxx" ASC-nin “abunə haqqı” cədvəlindən görünür ki, abunə müqaviləsi xx.xx.2008-ci il tarixdən X22 adına olmuş, ödənişlər onun tərəfindən edilmişdir. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, X4 2013-cü ildə öldüyü qeyd olunmuşdur. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli arayışın ksero surətindən görünür ki, X33 xx.xx.1960-cı ildə Salyan şəhərində anadan olmuş, atası Cavabdeh3 Kərim oğlu, anası X14. İş materiallarında olan X17 ksero surətindən görünür ki, X33 xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarında X15 ksero surətindən görünür ki, X9 xx.xx.1974-cü ildə doğulmuş, atası X1, anası X23r. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 iyun 2023-cü il tarixdə verilmiş arayışın ksero surətindən görünür ki, X1 ilə X28 arasında nikah 16 mart 1973-cü il tarixdə Salyan rayon Qeydiyyat Şöbəsində bağlanmış, həmin tarixdən X21 akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmişdir. Həmin nikah Salyan Rayon Məhkəməsinin xx.xx.1984-cü il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.1984-cü ildə 03 nömrəli akt qeydi ilə Salyan rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan X17 ksero surətindən görünür ki, X35 29 yanvar 2004-cü ildə ölmüşdür. İş materiallarında olan X21 Şəhadətnamənin ksero surətindən görünür ki, X33 ilə X26 arasında nikah 04 may 1990-cı il tarixdə Salyan rayon VVAQ Şöbəsində bağlanmışdır. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışın ksero surətindən görünür ki, X29 29 iyun 1996-cı ildə ölmüşdür. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışın ksero surətindən görünür ki, xx.xx.1964-cü ildə Salyan rayonunda anadan olmuş Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızının ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışın ksero surətindən görünür ki, xx.xx.1962-ci ildə Salyan rayonunda anadan olmuş Rəhimova (Tağıyeva) Süsən Yusif qızının ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışın ksero surətindən görünür ki, X28 17 noyabr 1953-cü ildə Salyan şəhərində doğulmuş, atası Cavabdeh3 Kərim oğlu, anası X11r. 19 noyabr 2021-ci ildə vəfat etmiş X19 ölümü 24 noyabr 2021-ci il tarixdə 1343 №-li akt qeydi ilə Nərimanov rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarının əsaslandırıcı hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Qərarın nəticə hissəsində isə göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, X5 Yusif Kərim oğlundan miras qalmış ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evini miras əmlak kimi qəbul edilmişdir. Miras əmlak üzərində tam payının müəyyən olunmasına münasibətdə isə məhkəmə hesab edir ki, notarial qaydada müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Salyan Regional “ASAN Xidmət Mərkəzi”nin Notariat ofisinə, Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızı, Rəhimova (Tağıyeva) Süsən Yusif qızı, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı ünvan 5 ünvanda yerləşən miras əmlakı qəbul etməsi faktının və ünvan 5 ünvanda yerləşən miras əmlak üzərində (fərdi yaşayış evi) X22 tam payının müəyyən olunması barədə iddiası qismən təmin edilsin. Cavabdeh3 Kərim oğlundan miras qalmış ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi miras əmlak kimi X33 tərəfindən qəbul edilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsümu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-1241/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1241/2024
20.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver