Məhkəmə qərarları › İş №e-2(057)-1257/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-1257/2025

05.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-1257/2025 05.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin direktrou X1 Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh7 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “fərdi yaşayış evindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - "xxxx" MMC və ya cəmiyyət) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “fərdi yaşayış evindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onların azyaşlı uşaqları ilə birlikdə Salyan Rayon Məhkəməsinin 2(057)-43/2015 saylı, 02 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə sökülməli olan Salyan rayonu, Qaraçala qəsəbəsində "xxxx" MMC-yə məxsus torpaq sahəsində yerləşən özbaşına inşa edilmiş fərdi yaşayış evindən çıxarılmalarına və həmin özbaşına tikilinin sökülməsinin təmin edilməsi məqsədilə "xxxx" MMC-nin əməli istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin direktoru X4 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmaqla iddia ərizəsinə əlavə etdiyi sənədlərin ona geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 işə mahiyyəti üzrə baxılaraq yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər cavabdehlər Cavabdeh3 və Cavabdeh7 Cavabdeh1 dediklərini bir daha təsdiqləyərək, işə baxılmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən "xxxx" MMC-nin direktoru X3 etibarnamə, MMC-nin nizamnaməsi və iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri və ya notarial qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı vaxt verilməklə məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. Lakin iclasın təxirə salınmasına baxmyaraq "xxxx" MMC-nin direktoru yuxarıda qeyd olunan sənədləri məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-43/2015 saylı, 02 oktyabr 2015-ci il tarixli qətnaməsinin ksero surətindən görünür ki, iddia qismən təmin edilərək, cavabdeh X5 tərəfindən “Hacı Camalxan” Fermer Təsərrüfatının mülkiyyətində olan və Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən torpaq sahəsində qanunsuz inşa edilmiş ev və iki damın cavabdehin hesabına sökülməsi, cavabdeh X2 “Hacı Camalxan” Fermer Təsərrüfatına məxsus 1 ha torpaq sahəsinin münbit üst qatına vurduğu ziyanın əvəzi olaraq 42350 manat məbləğində pul alınaraq iddiaçı “Hacı Camalxan” Fermer Təsərrüfatının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Əmək Müqaviləsindən görünür ki, X4 İddiaçı direktoru vəzifəsinə təyin edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini, cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2 və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. MPM-in 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən İddiaçınə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 114, 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “fərdi yaşayış evindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən İddiaçınə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar