Məhkəmə qərarları › İş №e-2(057)-1298/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1298/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1298/2023 12.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı nümayəndəsi Nümayəndə rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh İddiaçı xeyrinə 720 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi X3 rayon məhkəməsinə verdiyi iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı vergi orqanında fiziki şəxs kimi qeydiyyatdan keçərək (VÖEN 200538 4382) fəailiyyət göstərir. Sonuncu avtomaşın təkərlərinin satışını həyata keçirir. Müraciət edən müştəri avtomobil təkərlərini nağd şəkildə almaqda çətinlik çəkdikdə, malın nisyə olaraq alqı-satqısı həyata keçirilir.Həmin alqı-satqı onunla müştəri arasında bağlanmış *Nisyə alqı-satqı müqaviləsi" əsasında reallaşır. Müqaviləyə əlavə 1-də alınmış malın adı, qiyməti, dəyəri, qeyd olunur, tərtib olunmuş, təhvil təslim aktına əsasən mal müştəriyə təqdim edilir. FERRUM KAPİTAL QSC-lə ( Bundan sonra *FAKTOR QSC* adlanacaq) zaminlik müqaviləsi bağlanır, müştəri öhdəliyi yerinə yetirmədikdə tərəfindən həmin ödəniş banka edilir və bunun əsasında reqress qaydasında məhkəməyə müraciət etmək hüququ yaranır. Sənədlər imzalanmaqla, alıcıya ( müştəriyə) müqavilənin şərtləri izah olunmaqla yanaşı, ödənişin hansı formada həyata keçirilməsi də izah edilir və ödənişin aparılması qaydası göstərən nümuna onlara təqdim edilir. Onunla müştəri Cavabdeh arasına bağlanmış xx.xx.2022-ci il tarixli *Nisyə alqı-satqı müqaviləsi AKL 001573* nömrəli müqaviləyə əsasən, satıcı qismində çıxış edərək, alıcıya Cavabdeh 4 ədəd, 225/45R/18 watervell markalı, hər birinin dəyəri 180 manat, cəmi dəyəri 720 manat olan mal verilmişdir. Müqavilənin şərtlərinə əsasən alıcı xx.xx.2023-cü ildən başlayaraq 6 ay 120 manat ödəniş etməklə malın dəyərini tam ödəməli idi. Lakin alıcı Cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etməyərək ödənişi tam etməmiş 720 manat borclu qalmış, onunla aparılan danışıqlar bir fayda verməmişdir. Müqavilənin 5-ci maddəsində mübahisələrin həllindən bəhs edilir və qeyd olunur ki, tərəflər meydana gələn mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr qanunvericiliyə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Cavabdeh İddiaçı xeyrinə 720 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış iddiaçı və onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Nümayəndə 26 iyul 2023-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq işə saələşdirilmiş icraat qaydasında iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaçının və nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdehə məhkəmə bildirişi sonuncunun qeydiyyatda olduğu ünvanda olmadığından məhkəmə sənədinin ona təqdim olunması mümkün olmamışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş 03 dekabr 2022-ci il tarixli № AKL 001573 nömrəli Bakı şəhərində bağlanılmış nisyə alqı-satqı müqaviləsinə və ona əlavə edilmiş 1 saylı əlavədən görünür ki, həqiqətən də, cavabdeh iddiaçıdan 720 manat dəyərində olan malı 03 yanvar 2023-cü il tarixindən başlayaraq 03 iyun 2023-cü il tarixinədək hər ay 120 manat olmaqla ilkin ödəniş etmədən nisyə şəkildə almışdır. İddia ərizəsinə əlavə edilmiş 03 dekabr 2022 saylı təhvil-təslim aktından görünür ki, iddiaçı 03 dekabr 2022-ci il tarixli № AKL 001573 nömrəli Bakı şəhərində bağlanılmış nisyə alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmişdir. Məhkəmə hər iki tərəfi dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 dekabr 2022-ci il tarixli № AKL 001573 nömrəli Bakı şəhərində bağlanılmış nisyə alqı-satqı müqaviləsi, 1 saylı əlavəsi və təhvil-təslim aktından göründüyü kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarına əsasən tərəflərdən biri həqiqətən də, əqd əsasında üzərinə düşən öhədlikləri icra etmiş, lakin qarşı tərəf öhədliklərini icra etməyərək əqdi pozmuşdur. Belə olduğu halda iddiaçını hüquqları pozulmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh 03 dekabr 2022-ci il tarixli № AKL 001573 nömrəli Bakı şəhərində bağlanılmış nisyə alqı-satqı müqaviləsinə əsasən 720 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınıb İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 720 manat, ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar