Məhkəmə qərarları › İş №e-2(057)-1323/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1323/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1323/2024 26.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: "xxxx" MMC rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 3892.50 manat məbləğində pul vəsaiti və ödənilmiş 58,93 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı NİCE GROUP" MMC iddia tələbini onunla əsaslandırmışdı ki, Cavabdeh arasında 21 iyun 2023-si il tarixli 00203 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı "Nice” X4 Cəmiyyəti dəyəri 12000 manat olan “Nıce Lux” markalı cihazı Cavabdeh istifadəsinə verməyi öhdəsinə götürmüş, Cavabdeh isə dəyəri 12000 manat təşkil edən “Nice Lux” markalı cihazı qəbul etməyi və 1000 manat ilkin ödəniş etməklə 16 ay müddətinə aylıq 687.50 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin iş üzrə Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetiməmişdir. Tərəflər arasında müqavilə bağlandığı vaxtdan iddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş cihazı cavabdehə təhvil versə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və nəticədə 3892.5 manat borcu yaranmışdı. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair 16 yanvar 2024-cü il tarixli 123002 nömrəli xəbərdarlıq məktubu göndərilsə də, heç bir müsbət nəticə əldə olunmadığına görə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin həcmini artıraraq Cavabdeh arsında bağlanmış xx.xx.2023-cü il tarixli 00203 saylı müqavilənin ləğv olunması və 9430 manat əsas borcun və 114,30 manat dövlət rüsumu, cəmi 9544,30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. NİCE GROUP" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Cavabdeh qeydiyyatda olduğu ünvana bidiriş göndərilmiş, “bu ünvanda yaşamır” qeydli zərf məhkəməyə geri qaytarılmışdır. Ona görə də məhkəmə onun iştirakı olmadan işə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş 21 iyun 2023-si il tarixli 00203 saylı daxili lizing müqaviləsinin surətindən görünür ki, "Nice” X4 Cəmiyyəti dəyəri 12000 manat olan “Nıce Lux” markalı cihazı Cavabdeh istifadəsinə verməyi öhdəsinə götürmüş, Cavabdeh isə dəyəri 12000 manat təşkil edən “Nice Lux” markalı cihazı qəbul etməyi və 1000 manat ilkin ödəniş etməklə 16 ay müddətinə aylıq 687.50 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli 123002 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı dəyəri 12000 manat olan “Nıce Lux” markalı cihazı Cavabdeh istifadəsinə verməyi öhdəsinə götürmüş, Cavabdeh isə dəyəri 12000 manat təşkil edən “Nice Lux” markalı cihazı qəbul etməyi və 1000 manat ilkin ödəniş etməklə 16 ay müddətinə aylıq 687.50 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh götürdüyü cihazın pulunun bir qismini ödəmiş qalan hissəsini isə ödəməkdən boyun qaçırmaqla üzərinə düşən öhdəliyi icra etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh X2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 00203 saylı müqavilə ləğv edilsin, Cavabdeh 9430 manat əsas borc və 114,30 manat dövlət rüsumu, cəmi 9544,30 manat alınıb "xxxx" MMC -nin xeyrinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar