Məhkəmə qərarları › İş №e-2(057)-1364/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-1364/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-1364/2024 08.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə Nazim qızının, Cavabdeh və onun nümayəndəsi vəkil Hənifəli Elman Tahir oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, mülkiyyət hüququnun tanınması, sahənin təhvil verilməsi və pul” tələbinə və iddiaçı Cavabdeh İddiaçı qarşı “Salyan şəhəri, X.R.Ulutürk küçəsi, 54 ünvanında yerləşən Ticarət və Əyləncə Mərkəzinin birinci mərtəbəsində istifadə edilən 144 kv.m sahənin boşaldılması və İİ mərtəbədə olan yer üçün bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, mülkiyyət hüququnun tanınması, sahənin təhvil verilməsi və pul” tələbinə dair ərizə ilə müraciət edərək ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 24x54m ölçüdə 3 mərtəbəli ticarət və əyləncə mərkəzi binasında 144 m2 sahənin ( qeyri- yaşayış sahəsi üzrə) mənə satılmasına dair Cavabdeh ilə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi alqısatqı müqaviləsi üzrə öhdəliyə tam icra edilməsi əsası ilə xitam verilməsi, həmin sahə üzrə iddiaçının mülkiyyətçi hüquqlarının tanınması, həmin sahənin iddiaçının adına dövlət reyestrindən çıxarış almaq üçün lazım olan sənədləri təqdim etmək, “bölgü sxemi”ni tərtib etmək öhdəliyinin Cavabdeh həvalə edilməsi, əksik verilmiş 15 kv.m sahə üzrə (hər kv.m 1000 manat olmaqla) 15.000 (on beş min) manat və müvafiq sahə üzrə müqavilədə nəzərdə tutulmuş dəyərdən artıq şəkildə ödənilmiş 16.480 (on altı min dörd yüz səksən) manat məbləğdə pul vəsaitin, ümumilikdə 31.480 (otuz bir min dörd yüz səksən) manat məbləğdə və dövlət rüsumu kimi ödənilmiş 185 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. (birinci mülki iş). İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh İddiaçı istifadə etdiyi həmin binanın İ mərtəbəsindəki 144 kv.m sahəyə verilən elektrik, qaz, su verilişi və mübahisə bitənə qədər həmin sahədə işin dayandırılması, cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsi, ünvan 2 ünvanda yerləşəm Ticarət və Əyləncə Mərkəzinin birinci mərtəbəsində istifadə edilən 144 kvm sahəyə görə bu günə qədər istifadə etdiyi üçün 74 ay x 1000 manat = 74000 manat onun verdiyi 100000 manatın çıxılaraq qalan 26000 manatın İddiaçı hesabına ödənilməsinin təmin edilməsi, ünvan 3 ünvanında yerləşən Ticarət və Əyləncə Mərkəzinin birinci mərtəbəsində istifadə edilən 144 kv.m sahədən cavabdeh İddiaçı çıxarılması və həmin sahənin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (ikinci mülki iş). Salyan Rayon məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(057)-1747/2024 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “ona məxsus ünvan 2 ünvanında yerləşən Ticarət və Əyləncə Mərkəzinin birinci mərtəbəsində istifadə edilən 144 kv.m sahənin boşaldılması və İİ mərtəbədə olan yer üçün bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsi” tələbinə dair 2(057)-1747/2024 nömrəli mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və əmlakın naturada bölünməsi” tələbinə dair 2(057)-1364/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən birinci mülki iş üzrə İddiaçı məhkəməyə ərizə təqdim edərək iddiasının baxılmadan geri qaytarılmasını; iddia ərizəsinin və ona əlavə edilmiş, məhkəmə baxışına qədər tərəfindən təqdim edilmiş sənədlərin əsillərinin geri qaytarılmasını xahiş etmiş, digər iddiaya münasibətdə isə həmin iddianın baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddianın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ikinci mülki iş üzrə iddiaçı Cavabdeh məhkəməyə ərizə təqdim edərək İddiaçı iddia tələbi üzrə mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini, cavabdeh İddiaçı qarşı verdiyi iddia ərizəsinin baxılmamış saxlanılmasını və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 iddianın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri və onların nümayəndələrini dinləyib tərəflərin ərizələrini nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, ərizələr təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, mülkiyyət hüququnun tanınması, sahənin təhvil verilməsi və pul” tələbinə və iddiaçı Cavabdeh İddiaçı qarşı “Salyan şəhəri, X.R.Ulutürk küçəsi, 54 ünvanında yerləşən Ticarət və Əyləncə Mərkəzinin birinci mərtəbəsində istifadə edilən 144 kvm sahənin boşaldılması və İİ mərtəbədə olan yer üçün bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizələri baxılmamış saxlanılsın, iddia ərizələri və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar