Məhkəmə qərarları › İş №e-2(057)-1392/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1392/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1392/2025 21.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, VELOSİPED ZİGZAG üçün 271 (iki yüz yetmiş bir) manat ödənilməmiş hissə, 27.10 (iyirmi yeddi manat on qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********67059 İPHONE 11, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti, APPLE ADAPTER üçün , 863.7 (səkkiz yüz altmış üç manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 86.37 (səksən altı manat otuz yeddi qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********18448 İPHONE 15 PRO, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti, APPLE ADAPTER üçün 2075.2 (iki min yetmiş beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 207.52 (iki yüz yeddi manat əlli iki qəpik) manat cərimə, ümumilikdə 3530.89 manat borc və 55.31 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, VELOSİPED ZİGZAG, İmei kod **********67059 İPHONE 11, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, APPLE ADAPTER, İmei kod **********18448 İPHONE 15 PRO, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, APPLE ADAPTER almış və nəticədə 3530.89 (üç min beş yüz otuz manat, 89 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 407.04 (dörd yüz yeddi manat, 4 qəpik) manat (12 ay x 33.92 manat + 0 manat ilkin ödəniş) olan VELOSİPED ZİGZAG üçün ümumilikdə, 298.10 (iki yüz doxsan səkkiz manat, 10 qəpik ) manat olmaqla ondan, 271 (iki yüz yetmiş bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.10 (iyirmi yeddi manat, 10 qəpik) manat cərimə. xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2268.18 (iki min iki yüz altnış səkkiz manat, 18 qəpik) manat (18 ay x 122.71 manat + 59.4 manat ilkin ödəniş) olan İmei kod **********67059 İPHONE 11, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, APPLE ADAPTER üçün ümumilikdə, 950.07 (doqquz yüz əlli manat, 7 qəpik) olmaqla ondan, 863.7 (səkkiz yüz altmış üç manat, 70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 86.37 (səksən altı manat, 37 qəpik) manat cərimə; xx.xx.2024ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3014.96 (üç min on dörd manat, 96 qəpik) manat (18 ay x 139.72 manat + 500 manat ilkin ödəniş) olan İmei kod **********18448 İPHONE 15 PRO, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, APPLE ADAPTER üçün ümumilikdə, 2282.72 (iki min iki yüz səksən iki manat, 72 qəpik) manat olmaqla ondan, 2075.2 (iki min yetmiş beş manat, 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 207.52 (iki yüz yeddi manat, 52 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2480.28 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarənda olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № ******* saylı, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən İmei kod **********67059 İPhone 11, Paket XL xidməti, X1 2 il xidməti, Apple adapter cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 10757655 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən velosiped Zigzag cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 03747214 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən İmei kod **********18448 İphone 15 Pro, Paket XXXL xidməti, X1 2 İL xidməti, Apple Adapter cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçının 02 aprel 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehin xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 271 (iki yüz yetmiş bir) manat ödənilməmiş hissə, 27.10 (iyirmi yeddi manat on qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 863.7 (səkkiz yüz altmış üç manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 86.37 (səksən altı manat otuz yeddi qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2075.2 (iki min yetmiş beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 207.52 (iki yüz yeddi manat əlli iki qəpik) manat cərimə, ümumilikdə 3530.89 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 44.55 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, № ******* saylı, xx.xx.2023-cü il tarixli kredit borcu 863.7 manata mütənasib olmadığından 86.37 manat məbləğində cərimə pulunun 10 manat, № 10757655 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üçün kredit borcu 271 manata mütənasib olmadığından 27.10 manat məbləğində cərimə pulunun 03 manat, № 03747214 saylı, xx.xx.2024-cü il tarixli kredit borcu 2075.2 manata mütənasib olmadığından 207.52 manat məbləğində cərimə pulunun 20 manat məbləğinə azaldılması məqsədə uyğundur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən № ******* saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 863.7 (səkkiz yüz altmış üç manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, № 10757655 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 271 (iki yüz yetmiş bir) manat ödənilməmiş hissə, 03 (üç) manat cərimə borcu, 03747214 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2075.2 (iki min yetmiş beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, cəmi 3242.9 (üç min iki yüz qırx iki manat doxsan qəpik) manat və 52.42 (əlli iki manat qırx iki qəpik) manat iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh № ******* saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 863.7 (səkkiz yüz altmış üç manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, № 10757655 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 271 (iki yüz yetmiş bir) manat ödənilməmiş hissə, 03 (üç) manat cərimə borcu, 03747214 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2075.2 (iki min yetmiş beş manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, cəmi 3242.9 (üç min iki yüz qırx iki manat doxsan qəpik) manat və 52.42 (əlli iki manat qırx iki qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar