Məhkəmə qərarları › İş №e-2(057)-1418/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1418/2024

30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1418/2024 30.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 3594 manat əsas borc və dövlət rüsumu kimi ödədiyi 55.94 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2-da yerləşən “Elektro Center” mağazasında sahibkar fəaliyyəti ilə məşğul olur. 27 yanvar 2024-cü il tarixdə Salyan rayonu, Qarabağlı kəndində yaşayan Cavabdeh3 işlədiyi mağazaya gələrək kreditə dəyər qiyməti 1097 manat olan 1 ədəd LG F2J3HS4L (7 kq) markalı paltaryuyanı alqı-satqı müqaviləsi bağladıqdan sonra 9 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 mağazadan götürdüyü paltaryuyana görə mağazanın xəzinəsinə 100 manat ilkin ödəniş etməli və hər ay mağazaya 111 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 100 manat ilkin ödəniş etmiş və 6 ay müddət ərzində 133 manat əsas borcdan ödəmiş və 6 ay müddət ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 128 manat ödəniş etmişdir. Bununla da, Cavabdeh3 halhazırda mağazanın xəzinəsinə 864 manat əsas borcu yaranmışdır. Növbəti dəfə 03 fevral 2024-cü il tarixdə Salyan rayonu, Qarabağlı kənd sakini Cavabdeh2 1 nəfər ona zaminlik edən Salyan rayonu, Qarabağlı kənd sakini Cavabdeh3 ilə birlikdə işlədiyi mağazaya gələrək kreditə dəyər qiyməti 1351 manat olan 1 ədəd Samsung 50 smart UE50CU7100UXRU markalı televizoru zamini vasitəsi ilə alqı-satqı müqaviləsi bağladıqdan sonra 12 ay müddətinə kreditlə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mağazadan götürdüyü televizora görə hər ay mağazaya 113 manat ödəniş etməli idi. Lakin cavabdeh 5 ay müddət ərzində mağazanın xəzinəsinə heç bir ödəniş etməmişdir. Bununla da, Cavabdeh2 hal-hazırda mağazanın xəzinəsinə 1351 manat əsas borcu yaranmışdır. Növbəti dəfə 05 fevral 2024-cü il tarixdə Salyan rayonu, Qarabağlı kənd sakini Cavabdeh1 1 nəfər ona zaminlik edən Salyan rayonu, Qarabağlı kənd sakini Cavabdeh3 ilə birlikdə işlədiyi mağazaya gələrək kreditə dəyər qiyməti 1656 manat olan 1 ədəd Shivaki 024 markalı kondisioneri zamini vasitəsi ilə alqısatqı müqaviləsi bağladıqdan sonra 12 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mağazadan götürdüyü kondisionerə görə hər ay mağazaya 126 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 150 manat ilkin ödəniş etmiş, 5 ay müddət ərzində 127 manat əsas borcdan ödəmiş və 5 ay müddət ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 125 manat ödəniş etmişdir. Bununla da, Cavabdeh1 hal-hazırda mağazanın xəzinəsinə 1379 manat əsas borcu yaranmışdır. Müqavilənin icrasından irəli gələn mübahisələri danışıq yolları ilə həll etmək mümkün olmadığı üçün o Salyan rayonu, Qarabağlı kənd ünvanında yaşayan Cavabdeh3, Salyan rayonu, Qarabağlı kənd ünvanında yaşayan Cavabdeh2 və Salyan rayonu, Qarabağlı kənd ünvanında yaşayan Cavabdeh1 ünvanına məktublar göndərərək mağazaya vurduğu ziyanı ödəməsini tələb etsə də, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 bundan qəsdən imtina etmiş və mübahisənin danışıq yolu ilə nizama salınmasını istəməmiş və onlarla heç bir əlaqə saxlamamışlar. Odur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə aralarında bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərini pozduğu üçün o məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 3594 manat əsas borc və dövlət rüsumu kimi ödədiyi 55.94 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin e-2(057)-1418/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və adında olan nömrələrə AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; 2188 saylı, xx.xx.2024-cü il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 kreditə dəyər qiyməti 1097 manat olan 1 ədəd LG F2J3HS4L (7 kq) markalı paltaryuyanı 9 ay müddətinə kreditə götürmüşdür. 2195 saylı, xx.xx.2024-cü il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 kreditə dəyər qiyməti 1351 manat olan 1 ədəd Samsung 50 smart UE50CU7100UXRU markalı televizoru zamini Cavabdeh3 vasitəsi ilə alğı-satqı müqaviləsi bağladıqdan sonra 12 ay müddətinə kreditlə götürmüşdür. 2199 saylı, xx.xx.2024-cü il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 kreditə dəyər qiyməti 1656 manat olan 1 ədəd Shivaki 024 markalı kondisioneri zamini Cavabdeh3 vasitəsi ilə alğı-satqı müqaviləsi bağladıqdan sonra 12 ay müddətinə kreditə götürmüşdür. xx.xx.2024-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh2 2195 saylı, xx.xx.2024-cü il tarixli müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 2199 saylı, xx.xx.2024-cü il tarixli müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. 08 aprel 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə İddiaçı ünvan 2 ünvanında yerləşən “Elektro Center” mağazasında fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 2188 saylı, 27 yanvar 2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən 1097 manat dəyərində 1 ədəd LG F2J3HS4L (7 kq) markalı paltaryuyan, 2195 saylı, xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 1351 manat dəyərində 1 ədəd Samsung 50 smart UE50CU7100UXRU markalı televizor və 2199 saylı, xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 1656 manat dəyərində 1 ədəd Shivaki 024 markalı kondisioner satılmışdır. İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə Zaminlik müqavilələri bağlanmaqla 2195 saylı, xx.xx.2024-cü il tarixli 2199 saylı, xx.xx.2024-cü il tarixli müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehlər götürdükləri öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdurlar. Cavabdehlərin iddiaçı qarşısında yuxarıda göstərilən məbləğlərdə icra edilməmiş pul öhdəlikləri vardır. Eyni zamanda zaminlik müqaviləsinə əsasən zamin qeyd edilən müqavilələr üzrə borcalanlar tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həmin borc cavabdehlərdən birgə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 600.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2.-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, lakin həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İşə əlavə edilmiş “Asanpay” vasitəsi ilə ödənilmiş **********81 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 55.94 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 55.94 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3594 (üç min beş yüz doxsan dörd) manat pul və dövlət rüsumu kimi ödədiyi 55.94 (əlli beş manat doxsan dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3594 (üç min beş yüz doxsan dörd) manat pul və 55.94 (əlli beş manat doxsan dörd qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3649.94 (üç min altı yüz qırx doqquz manat doxsan dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar