Məhkəmə qərarları › İş №e-2(057)-1486/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1486/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1486/2025 30.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “Lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı “Lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 aprel 2023-cü il tarixli MAS-5858 saylı “Daxili lizinq” müqaviləsi üzrə 26 oktyabr 2024-cü il tarixə 11163.47 manat əsas, 66.98 manat gecikdirilmiş mükafat, ümumilikdə 11230.45 manat borc və ödənilmiş 123.69 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 15 aprel 2023-cü il tarixli MAS-5858 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2023-cü il buraxılışlı, “Khazar LD” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X5”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 467.06 manat, ümumilikdə isə 25619 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 25619 manatın 19100 manatı əsas məbləğ təşkil edir. 15 yanvar 2024-ci il tarixdə X6, X4 və İddiaçı MMC arasında MAS-5858 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 15 aprel 2023-cü il tarixli MAS-5858 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. 23 yanvar 2024-cü il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-5858 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 15 aprel 2023-cü il tarixli MAS-5858 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş hal-hazırda Neftçala Rayon Polis Şöbəsinin duracağında saxlanılan İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar LD” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil 26 oktyabr 2024cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. “Daxili Lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cəriməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektin tam yararsız vəziyyətə düşdüyü 26 oktyabr 2024-cü il tarixə borcu əsas məbləğ üzrə 11163.47 manat və gecikdirilmiş mükafat məbləği üzrə 66.98 manat, ümumilikdə 11230.45 manat təşkil edir. “X5” və “Ödəniş cədvəli” nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı MMC-nin nümayəndəsi X3 elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək mülki işə iştirakları olmadan baxılaraq iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsi və adına olan mobil nömrələrə AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 03 iyun 2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddianı qəbul edir, sadəcə həmin ödənişləri birdəfəlik formada ödməyə maddi vəziyyəti imkan vermədiyindən hissə-hissə olmaqla həmin məbləği ödəyə bilər. Məhkəmədən bu halın vəziyyəti nəzərə alaraq, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan məhkəmədə elan olunmuş 15 aprel 2023-cü il tarixli MAS-5858 saylı X5nin surətindən görünür ki, 2023-cü il buraxılışlı, “Khazar LD” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil X1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X5”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 467.06 manat, ümumilikdə isə 25619 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 25619 manatın 19100 manatı əsas məbləğ təşkil edir. İş materialında olan 15 aprel 2023-cü il tarixli MAS-5858 saylı X2 1 saylı əlavədən görünür ki, “Khazar LD” minik markalı, NVAW01HHFPE671092 ban nömrəli, ağ rəngli avtomobilin dəyəri 19100 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin direktoru X3 və X6, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LD” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MAS-5858 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X6, X4 və İddiaçı MMC arasında “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 15 aprel 2023-cü il tarixli MAS-5858 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MAS-5858 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X4, Cavabdeh və İddiaçı MMC arasında “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 15 aprel 2023-cü il tarixli MAS-5858 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İş materiallarında olan “X10” MMC tərfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 1812/829 nömrəli aktın surətindən görünür ki, Xəzər avtomobillərinin rəsmi servis mərkəzinin mütəxəssisləri tərəfindən Neftçala RPŞ-nin duracağında yerləşən ““Khazar LD” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumi texniki baxış zamanı həmin nəqliyyat vasitəsinin tam yararsız olduğu müəyyən edilmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh lizinq obyektinə dəymiş ziyanı ödəməsini və yerinə yetirilmədiyi təqdirdə qanuna müvafiq qaydada məsuliyyət daşıdığı bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 15 aprel 2023-cü il tarixli MAS-5858 saylı X5 üzrə 26 oktyabr 2024-cü il tarixə 11163.47 manat əsas, 66.98 manat mükafat borcu olmaqla, cəmi 11230.45 manat borcu yaranmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək qeyd edir ki, cavabdeh iddiaçı təşkilatdan lizinq müqaviləsi əsasında “Khazar LD” minik markalı, NVAW01HHFPE671092 ban nömrəli, ağ rəngli avtomobil götürmüş, lakin X5 üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan xüsusatları və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı xx.xx.2025-ci il tarixli arayışı şübhə altına alan, zərərin daha az olmasına ehtimal verən hallar aşkar edilməmişdir. Bu baxımdan avtomobilə dəymiş zərərin miqdarını təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə arayışı mötəbər sübut kimi qəbul edərək, Cavabdeh iddiaçının xeyrinə 11163.47 manat əsas, 66.98 manat gecikdirilmiş mükafat olmaqla, ümumilikdə 11230.45 manat borcun tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin “Öhdəliklərin ötürülməsi müqaviləsi”nə MAS-5858 nömrəli, xx.xx.2024-cü il tarixli “Öhdəlikləri qəbul edən şəxs” qismində Cavabdeh tərəfindən imza edilməməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan müqavilədə Əmənovun İmza qrafasında şəxsin foto şəklinin mövcudluğu öz-özlüyündə onun müqavilənin bağlanması üçün iradə ifadəsini bildirməsi kimi qiymətləndirilməməlidir. Qeyd olunan foto-şəkil həmin şəxsin həmin an orda olmasını müəyyən edən hal ola bilərdi, lakin sonradan şəxs tərərfindən müəyyən öhdəliklərin yerinə-yetirilməsi ilə bağlı hərəkətlərin edilməsi və məhkəmə araşdırması zamanı iddianı qəbul etməsi onun qeyd olunan xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərini qəbul etməsi üçün öz iradə ifadəsini bildirməsi kimi nəzərə alınmalı və iddianı qəbul etməsi isə məhkəmə tərəfindən bu halı işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 123.69 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bundan başqa, Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 123.69 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 15 aprel 2023-cü il tarixli, MAS-5858 saylı “Daxili lizinq” müqaviləsi üzrə 11163.47 manat əsas, 66.98 manat gecikdirilmiş mükafat və ödənilmiş 123.69 manat dövlət rüsumu olmaqla, cəmi 11354.14 manat alınıb İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 15 aprel 2023-cü il tarixli, MAS-5858 saylı “Daxili lizinq” müqaviləsi üzrə 11163.47 (on bir min yüz altmış üç manat qırx yeddi qəpik) manat əsas, 66.98 (altmış altı manat doxsan səkkiz qəpik) manat gecikdirilmiş mükafat və ödənilmiş 123.69 (bir yüz iyirmi üç manat altmış doqquz qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 11354.14 (on bir min üç yüz əlli dörd manat on dörd qəpik) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar