Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-152/2025 07.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi iştirakı ilə İddiaçı Cavabdeh qarşı **-BH-*** dövlət qeydiyyat nişanlı “TİKO-DX” minik markalı avtomobilin dəyərinin 1/8 hissəsinin konpensasiya şəkilində verilməklə pay hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) “**- BH-*** dövlət qeydiyyat nişanlı “TİKO-DX” minik markalı avtomobilin dəyərinin 1/8 hissəsinin kompensasiya şəkilində verilməklə pay hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X3 mülkiyyətində olmuş buraxılış ili 1994-cü il, ban nömrəsi KLV3S11BDRC146307 olan **-BH-*** qeydiyyat nişanlı “TİKO-DX” minik markalı avtomobilin dəyəri olan 2200 (iki min iki yüz) manat pulun cavabdehin miras əmlaka olan 1/8 hissə payına mütənasib 275 (iki yüz yetmiş beş) manat Cavabdeh tərəfindən ödənilməklə pay hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, - “İddiaçı olaraq yazıb sizi məlum edirəm ki, atası X5 xx.xx.2022-ci ildə vəfat etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)- 2135/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsində müəyyən edilmişdir ki, X3 mülkiyyətində olmuş Salyan Rayon Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə ona satılmış 0,50 ha torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh, 7/8 hissəsinə isə İddiaçı payı müəyyən edilməklə mülkiyyət hüquqları tanınmış, 18 yanvar 2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanda həyatyanı torpaq sahəsi oradak yerləşən fərdi yaşayış evi üzrə 1/8 hissədə Cavabdeh və **-BH-*** qeydiyyat nişanlı “TİKO-DX” minik markalı avtomobil üzərində 1/8 hissəsdə Cavabdeh vərəsəlik payı müəyyən edilmişdir. ünvan 1 ünvanda yerləşən 0.02115 ha torpaq sahəsi üzərində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 233 kvm ibarət fərdi yaşayış evi, **-BH-*** qeydiyyat nişanlı “TİKO-DX” minik markalı avtomobil və mərhum X3 adına qeydə alınmış Salyan rayon Salyan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə verilmiş JN 0025 KOD ********* torpağa mülkiyyət hüququna dair Dövlət Aktında 0.50 ha torpaq sahəsi üzərində qanun üzrə vərəsə kimi 7/8 hissədə mülkiyyət hüququm tanınmışdır. Cavabdehə rəsmi poçt vasitəsilə razılıq əsasında bazar qiyməti ilə Salyan şəhəri, 20 yanvar küçəsiev 3 ünvanda yerləşən 0.02115 ha torpaq sahəsi üzərində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 233 kvm ibarət fərdi yaşayış evi, buraxılış ili 1994-cü il, ban nömrəsi KLV3S11BDRC146307 olan **- BH-*** qeydiyyat nişanlı “TİKO-DX” minik markalı avtomobil və mərhum X3 adına qeydə alınmış Salyan rayon Salyan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə verilmiş JN 0025 KOD ********* torpağa mülkiyyət hüququna dair Dövlət Aktında 0.50 ha torpaq sahəsinə dair mənə 7\8 hissədə payıma naturada bölgü və birgə mülkiyyətə alınmış əmlakın istifadəsi mümkün olmadığından müvafiq kompensasiya verilməsi yolu ilə payının alınmasını, **-BH-*** qeydiyyat nişanlı “TİKO-DX” minik markalı avtomobilin natura bölgüsü mümkün olmadığından 7\8 hissədə onun payı çıxılmaqla 1/8 hissədə cavabdehə ödənilməsi təklif olunmuşdur. Amma aralarında razılıq əldə edilməmişdir. Hazırda yalnız avtomobil bazar qiyməti olan 2200 (iki min iki yüz) manat müəyyən edilməklə 1/8 hissədə cavabdehə düşən paya uyğun pul ödənilməlidir. Bununlada onun pay hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən paylımülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pulməbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylımülkiyyətin mülkiyyıtçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun özrazılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, realsurətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Hazırda maşın istifadə olunmur, sürülmədiyindən qaldıqca dəyərini itirir, buna görədə ilk növbədə maşın satılmalıdır. Eyni zamanda mərhum atasının baş daşı üçün verilmiş sirafin pulunu satılan maşından ödəniləcəkdir deyə bu günə qədər cavabdeh razılıq vermədiyindən həmin borcun ödənilməsi də gecikir. Ona görədə dərhal maşının bazar qiymətinə uyğun pulun miras paya müvafiq 275 (iki yüz yetmiş beş) manat ödəməyini istəyir. Qeyd olunlara əsasən MPM-nin 35,146 və 150-ci maddələrinin tələblərinə uyğun olaraq, miras qoyan X3 mülkiyyətində olmuş buraxılış ili 1994-cü il, ban nömrəsi KLV3S11BDRC146307 olan **-BH-*** qeydiyyat nişanlı “TİKO-DX” minik markalı avtomobilin dəyəri olan 2200 (iki min iki yüz) manat pulun cavabdehin miras əmlaka olan 1/8 hissə payına mütənasib 275 (iki yüz yetmiş beş) manat Cavabdeh tərəfindən ödənilməklə pay hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini, iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, mərhum Ramiz Əliyev 16 fevral 2020-ci ildə vəsiyyətnamə yazaraq ünvan 1-də yerləşən evi, 0,02115 ha torpaq sahəsini və bütün əmlakını iddiaçıya vəsiyyət etmişdir. Mərhumdan miras qalmış 1994-cü il buraxılışlı, **-BH-*** dövlət qeydiyyat nişanlı “TİKO-DX” minik markalı avtomobilin naturada bölgüsü mümkün olmadığından, həmçinin avtomobil istifadə olunmadığı üçün dəyərini itirməkdədir. Bir müdddət sonra tam yararsız vəziyyətə düşəcəkdir. Vəsiyyətnaməyə uyğun olaraq avtomobil sataraq baş daşının pulunu vermək lazımdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə Azəbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.4-cü maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, hazırda Bakı şəhəri, Hövsan qəsəbəsində yaşayır. Atasının məzar daşı üçün 500 manat pul vermişdir. İddia ərizəsində göstərilən məbləğ onun üçün heç nəyi dəyişmir. 1000 manat vermək istəsələr də o, razı olmayacaqdır. Ona görə ki, onun “Avtotəmir” emalatxanasını onun adına sənədləşdirilməsinə razılıq vermirlər. Məhkəmə işdə iştirak edən şəxslərin əvvəlki məhkəmə iclaslarında verdikləri izahatları nəzərə alıb, iş materiallarını araşdırıb, araşdırılmış bütün sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AC № 124237 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 1994-cü il, ban nömrəsi KLV3S11BDRC146307 olan **-BH-*** dövlət qeydiyyat nişanlı “TİKO-DX” minik markalı avtomobil mərhum X4 məxsusdr. İş materiallarında olan əmlakın naturada bölgüsü mümkün olmadığı halda açıq hərracda satılması barədə Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, cavabdehə rəsmi poçt vasitəsilə razılıq əsasında bazar qiyməti ilə ünvan 1 ünvanda yerləşən 0.02115 ha torpaq sahəsi üzərində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 233 kvm ibarət fərdi yaşayış evi, buraxılış ili 1994-cü il, ban nömrəsi KLV3S11BDRC146307 olan **-BH-*** dövlət qeydiyyat nişanlı “TİKO-DX” minik markalı avtomobil və mərhum X3 adına qeydə alınmış Salyan rayon Salyan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə verilmiş JN 0025 KOD ********* torpağa mülkiyyət hüququna dair Dövlət Aktında 0.50 ha torpaq sahəsinə dair ona 7/8 hissədə payına naturada bölgü və birgə mülkiyyətə alınmış əmlakın istifadəsi mümkün olmadığından müvafiq kompensasiya verilməsi yolu ilə payının alınmasını, **-BH-*** dövlət qeydiyyat nişanlı “TİKO-DX” minik markalı avtomobilin natura bölgüsü mümkün olmadığından 7/8 hissədə onun payı çıxılmaqla 1/8 hissədə cavabdehə ödənilməsi təklif olunmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)- 2135/2022 saylı qətnaməsinin surətindən görünür ki, miras qoyan X3 mülkiyyətində olmuş Salyan Rayon Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə ona satılmış 0,50 ha torpaq sahəsinin 1/8 hissəsinə cavabdehin, 7/8 hissəsinə isə iddiaçının payı müəyyən edilməklə mülkiyyət hüquqları tanınması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-395/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Salyan Rayon Məhkəməsinin 02.2.2022-ci il tarixli, 2(057)-2135/2022 saylı qətnaməsi - yaşayış evi və avtomobildə miras payının müəyyən edilməsinə dair hissədə ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsi, 18 yanvar 2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanda həyatyanı torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi üzrə - 5/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh vərəsəlik paylarının müəyyən edilməsi və 52BH018 qeydiyyat nişanlı “TİKO-DX” minik markalı avtomobil üzərində - 5/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh vərəsəlik payı müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2812/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-395/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən - 18 yanvar 2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanda həyatyanı torpaq sahəsi, orada yerləşən fərdi yaşayış evi, habelə “TİKO-DX” minik markalı avtomobil üzərində İddiaçı vərəsəlik payının 5/8 hissəsində ləğv edilməsi, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan “Turbo.az” saytından əldə edilmiş məlumatdan görünür ki, saytda yerləşdirilmiş 1993-cü il buraxılışlı, TİKO-DX” minik markalı avtomobilin satış qiyməti 2200 manat olaraq qeyd edilmişdir. Hər iki avtomobilin parametrləri oxşardır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, atası X4 yəni satışda olan avtomobilin satılmasına etiraz etməz o halda ki, avto təmir sexi onun adına yəni mülkiyyətinə keçsin. Ondan sonra avtomobilin satılmasına etiraz etməz və satış qiymətinə maneə törətməz. İddiaçının iddiasının rədd olunması barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 18 yanvar 2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış **-BH-*** dövlət qeydiyyat nişanlı “TİKO-DX” minik markalı avtomobil üzərində 5/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh vərəsəlik payı müəyyən edilmişdir. Həmin avtomobil istifadə olunmur. İddiaçı nə də ki, Cavabdeh avtomobili istifadə etmək istəmirlər. İddiaçının nümayəndəsi məhkəmədən avtomobilin qiyməti ilə bağlı narazılıq olacağı halda başqa qaydada qiymətinin müəyyən edilməsini və bu qiymətə uyğun paylara mütənasib kompensasiya verilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən cavabdeh avtomobilin qiymətini mübahisələdirmədiyini, özünün avtomobili istifadə etmək istəmədiyini, sadəcə etiraz etdiyini bildirmişdir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Nəzərə alınmalıdır ki, paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 220.1ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülki Məcəllənin 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Mülki Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Ümumi paylı mülkiyyətdə olan payın ayrılmasının birinci formasının (naturada ayrılma) mümkün olmadığını müəyyən etdikdən sonra məhkəmə ikinci formanın (pul kompensasiyasının ödənilməsi) mümkünlüyünü yoxlayır. Bununla bağlı, ilk növbədə, qeyd edilməlidir ki, məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh avtomobilin bazar qiymətinə heç bir etirazının olmadığını qeyd edərək İddiaçı ilə aralarında başqa əmlakla bağlı mübahisələrinin olduğunu bildirməklə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı avtomobilin bazar qiymətinə uyğun cavabdehin payına mütənasib kompensasiya ödəməyə hazır olduqlarını bildirmişdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinad etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, buraxılış ili 1994-cü il, ban nömrəsi KLV3S11BDRC146307 olan, **-BH-*** qeydiyyat nişanlı “TİKO-DX” minik markalı avtomobilin dəyəri olan 2200 (iki min iki yüz) manat pulun cavabdehin miras əmlaka olan 1/8 hissə payına mütənasib 275 (iki yüz yetmiş beş) manat İddiaçı tərəfindən Cavabdeh ödənilməklə onun pay hüququna xitam verilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Miras qoyan X3 mülkiyyətində olmuş buraxılış ili 1994-cü il, ban nömrəsi KLV3S11BDRC146307 olan, **-BH-*** qeydiyyat nişanlı “TİKO-DX” minik markalı avtomobilin dəyəri olan 2200 (iki min iki yüz) manat pulun cavabdehin miras əmlaka olan 1/8 hissə payına mütənasib 275 (iki yüz yetmiş beş) manat İddiaçı tərəfindən Cavabdeh ödənilməklə onun pay hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-152/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-152/2025
07.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver