Məhkəmə qərarları › İş №e-2(057)-1552/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1552/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1552/2025 04.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Toshiba TV, Ödənişin Təminatı Xidməti, X1 3 il (kontakt) xidməti üçün 758.41 (yeddi yüz əlli səkkiz manat qırx bir qəpik) manat ödənilməmiş hissə, 75.84 (yetmiş beş manat səksən dörd qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Zəmanət + 2 il xidməti 2 ədəd, Paket XL xidməti 2 ədəd, Borofone qulaqlıq, Case, Glass 2 ədəd, İMEİ KODU **********21079 OPPO A18 markalı telefon , İMEİ Kodu **********95615 OPPO A18 markalı telefon üçün 728.41 (yeddi yüz iyirmi səkkiz manat qırx bir qəpik) manat ödənilməmiş hissə, 72.84 (yetmiş iki manat səksən dörd qəpik) manat cərimə, ümumilikdə 1635.50 manat borc və 36.36 manat manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-nə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən Toshiba TV, Ödənişin Təminatı Xidməti, X1 3 il (kontakt) xidməti Zəmanət + 2 il xidməti 2 ədəd, Paket XL xidməti 2 ədəd, Borofone qulaqlıq, Case, Glass 2 ədəd, İMEİ KODU **********21079 OPPO A18 markalı telefon , İMEİ Kodu **********95615 OPPO A18 markalı telefon almış və nəticədə 1635.50 (min altı yüz otuz beş manat, 50 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 803.52 (səkkiz yüz üç manat, 52 qəpik) manat (18 ay x 44.64 manat + 0 manat ilkin ödəniş) olan Toshiba TV, Ödənişin Təminatı Xidməti, X1 3 il (kontakt) xidməti üçün ümumilikdə, 834.25 (səkkiz yüz otuz dörd manat, 25 qəpik) manat olmaqla ondan, 758.41 (yeddi yüz əlli səkkiz manat, 41qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 75.84 (yetmiş beş manat, 84 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1094.04 (min doxsan dörd manat, 04 qəpik) manat (18 ay x 60.78 manat + 0 manat ilkin ödəniş) olan Zəmanət + 2 il xidməti 2 ədəd, Paket XL xidməti 2 ədəd, Borofone qulaqlıq, Case, Glass 2 ədəd, İMEİ KODU **********21079 OPPO A18 markalı telefon, İMEİ Kodu **********95615 OPPO A18 markalı telefon üçün ümumilikdə, 801.25 (səkkiz yüz bir manat, 25 qəpik) manat olmaqla ondan, 728.41 (yeddi yüz iyirmi səkkiz manat, 41 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 72.84 (yetmiş iki manat, 84 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 410.74 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 03568599 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən Zəmanət + 2 il xidməti 2 ədəd, Paket XL xidməti 2 ədəd, Borofone qulaqlıq, Case, Glass 2 ədəd, İMEİ KODU **********21079 OPPO A18 markalı telefon, İMEİ Kodu **********95615 OPPO A18 markalı telefon cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 03859794 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən Toshiba TV, Ödənişin Təminatı Xidməti, X1 3 il (kontakt) xidməti cavabdehə satılmışdır. İş materiallarında olan iddiaçının 09 aprel 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehin xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 728.41 (yeddi yüz iyirmi səkkiz manat qırx bir qəpik) manat ödənilməmiş hissə, 72.84 (yetmiş iki manat səksən dörd qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 758.41 (yeddi yüz əlli səkkiz manat qırx bir qəpik) manat ödənilməmiş hissə, 75.84 (yetmiş beş manat səksən dörd qəpik) manat cərimə, ümumilikdə 1635.50 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 36.36 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi 728.41 manat borca mütənasib olmadığından 72.84 manat məbləğində cərimə pulunun 03 manat azaldılması, xx.xx.2024-cü il tarixli kredit borcu 758.41 manata mütənasib olmadığından 75.84 manat məbləğində cərimə pulunun 04 manat azaldılması məqsədə uyğundur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 728.41 (yeddi yüz iyirmi səkkiz manat qırx bir qəpik) manat ödənilməmiş hissə, 03 (üç) manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 758.41 (yeddi yüz əlli səkkiz manat qırx bir qəpik) manat ödənilməmiş hissə, 04 (dörd) manat cərimə, ümumilikdə 1493.82 (bir min dörd yüz doxsan üç manat səksən iki qəpik) manat və iddia tələbinə mütənasib olaraq 34.94 (otuz dörd manat doxsan dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 728.41 (yeddi yüz iyirmi səkkiz manat qırx bir qəpik) manat ödənilməmiş hissə, 03 (üç) manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 758.41 (yeddi yüz əlli səkkiz manat qırx bir qəpik) manat ödənilməmiş hissə, 04 (dörd) manat cərimə, ümumilikdə 1493.82 (bir min dörd yüz doxsan üç manat səksən iki qəpik) manat və iddia tələbinə mütənasib olaraq 34.94 (otuz dörd manat doxsan dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMCnin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar