Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1629/2025 18.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 1 İL xidməti, SOYUDUCU SAMSUNG üçün 816.72 (səkkiz yüz on altı manat, 72 qəpik) manat ödənilməmiş hissə, 81.67 (səksən bir manat, 67 qəpik) manat cərimə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, SOYUDUCU TCL üçün 515.20 (beş yüz on beş manat,20 qəpik) manat ödənilməmiş hissə, 51.52 (əlli bir manat, 52 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLİTƏ BEKO üçün 208.80 (iki yüz səkkiz manat, 80 qəpik) manat ödənilməmiş hissə, 20.88 (İyirmi manat, 88 qəpik) manat cərimə, ümumilikdə 1694.79 manat borc, 36.95 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, ZƏMANƏT + 1 İL xidməti, SOYUDUCU SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, SOYUDUCU TCL, PLİTƏBEKO almış və nəticədə 1694.79 (min altı yüz doxsan dörd manat, 79 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1056.72 (min əlli altı manat,72 qəpik) manat (24 ay x 34.03 manat + 240 manat ilkin ödəniş) olan ZƏMANƏT + 1 İL xidməti, SOYUDUCU SAMSUNGüçün ümumilikdə, 898.39 (səkkiz yüz doxsan səkkiz manat, 39 qəpik) manat olmaqla ondan, 816.72 (səkkiz yüz on altı manat, 72qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 81.67 (səksən bir manat, 67 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 701.28 (yeddi yüz bir mant, 28 qəpik) manat (24 ay x 23.47 manat + 138 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, SOYUDUCU TüCçLün ümumilikdə, 566.72 (beş yüz altmışaltı manat,72 qəpik) manat olmaqla ondan, 515.20 (beş yüz on beş manat,20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 51.52 (əlli bir manat, 52 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 286.80 (iki yüz səksən altı manat, 80qəpik) manat (18 ay x 11.60manat + 70 manat ilkin ödəniş) olan PLİTƏ BEKO almış üçün ümumilikdə, 229.68 (iki yüz iyirmi doqquz manat, 68 qəpik) manat olmaqla ondan, 208.80 (iki yüz səkkiz manat, 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20.88 (İyirmi manat, 88 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 504.08 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən ZƏMANƏT + 1 İL xidməti, SOYUDUCU SAMSUNG cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, SOYUDUCU TCL cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən PLİTƏ BEKO cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçının maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehin xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 816.72 (səkkiz yüz on altı manat, 72 qəpik) manat ödənilməmiş hissə, 81.67 (səksən bir manat, 67 qəpik) manat cərimə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 515.20 (beş yüz on beş manat,20 qəpik) manat ödənilməmiş hissə, 51.52 (əlli bir manat, 52 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 208.80 (iki yüz səkkiz manat, 80 qəpik) manat ödənilməmiş hissə, 20.88 (İyirmi manat, 88 qəpik) manat cərimə, ümumilikdə 1694.79 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 36.95 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli kredit borcu 816.72 manata mütənasib olmadığından 81.67 manat məbləğində cərimə pulunun 15 manat, xx.xx.2024-cü il tarixli müqavilə üçün kredit borcu 515.20 manata mütənasib olmadığından 51.52 manat məbləğində cərimə pulunun 10 manat, xx.xx.2024-cü il tarixli kredit borcu 208.80 manata mütənasib olmadığından 20.88 manat məbləğində cərimə pulunun 05 manat məbləğinə azaldılması məqsədə uyğundur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 816.72 manat ödənilməmiş hissə, 15 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 515.20 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 208.80 manat ödənilməmiş hissə, 05 manat cərimə, cəmi 1570.72 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 35.70 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 816.72 manat ödənilməmiş hissə, 15 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 515.20 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 208.80 manat ödənilməmiş hissə, 05 manat cərimə, cəmi 1570.72 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 35.70 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №e-2(057)-1629/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1629/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver