Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1633/2025 18.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, DEFUNC qulaqlıq üçün, 86.8 (səksən altı manat, 80 qəpik) manat ödənilməmiş hissə, 8.68 (səkkiz manat, 68 qəpik) manat cərimə pulu; xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, İmei kod **********89553 SAMSUNG GALAXY A24, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti üçün, 335.3 (üç yüz otuz beş manat, 30 qəpik) manat ödənilməmiş hissə, 33.53 (otuz üç manat, 53 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, VELOSİPED VİSTA üçün 375.88 (üç yüz yetmiş beş manat, 88 qəpik) manat ödənilməmiş hissə, 37.59 (otuz yeddi manat, 59 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********50522 XİAOMİ REDMİ NOTE 13, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 531.2 (beş yüz otuz bir manat, 20 qəpik) manat ödənilməmiş hissə, 53.12 (əlli üç manat, 12 qəpik) manat cərimə, ümumilikdə 1462.10 manat borc və 34.63 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixlərindəki müqavilələrinə əsasən, DEFUNC qulaqlıq, İmei kod **********89553 SAMSUNG GALAXY A24, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti, VELOSİPED VİSTA, İmei kod **********50522 XİAOMİ REDMİ NOTE 13, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti almış və nəticədə 1462.10 (bir min dörd yüz altmış iki manat, 10 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 130.8 (yüz otuz manat, 80 qəpik) manat (12 ay x 10.9 manat + 0 manat ilkin ödəniş) olan DEFUNC qulaqlıqüçün 95.48 (doxsan beş manat, 48 qəpik) manat olmaqla ondan, 86.8 (səksən altı manat, 80 qəpik) manat ödənilməmiş hissə, 8.68 (səkkiz manat, 68 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 575.04 (beş yüz yetmiş beş manat, 4 qəpik) manat (12 ay x 47.92 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********89553 SAMSUNG GALAXY A24, QİZİL ZƏMANƏT ULTRA1 İL xidmüəçtüi n 368.83 (üç yüz altmış səkkiz manat, 83 qəpik) manat olmaqla ondan, 335.3 (üç yüz otuz beş manat, 30 qəpik) manat ödənilməmiş hissə, 33.53 (otuz üç manat, 53 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 398.88 (üç yüz doxsan səkkiz manat, 88 qəpik) manat (18 ay x 22.16 manat + 0 manat ilkin ödəniş) olan VELOSİPED VİSTAüçün 413.47 (dörd yüz on üç manat, 47 qəpik) manat olmaqla ondan 375.88 (üç yüz yetmiş beş manat, 88 qəpik) manat ödənilməmiş hissə, 37.59 (otuz yeddi manat, 59 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 768.24 (yeddi yüz altmış səkkiz manat 24 qəpik) manat (18 ay x 42.68 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********50522 XİAOMİ REDMİ NOTE 13, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidmətiüçün 584.32 (beş yüz səksən dörd manat 32 qəpik) manat olmaqla ondan 531.2 (beş yüz otuz bir manat, 20 qəpik) manat ödənilməmiş hissə, 53.12 (əlli üç manat, 12 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 543.78 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralaraıanda olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən DEFUNC qulaqlıq cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən İmei kod **********89553 SAMSUNG GALAXY A24, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən VELOSİPED VİSTA cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən İmei kod **********50522 XİAOMİ REDMİ NOTE 13, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçının maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehin xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 86.8 (səksən altı manat, 80 qəpik) manat ödənilməmiş hissə, 8.68 (səkkiz manat, 68 qəpik) manat cərimə pulu; xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, 335.3 (üç yüz otuz beş manat, 30 qəpik) manat ödənilməmiş hissə, 33.53 (otuz üç manat, 53 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 375.88 (üç yüz yetmiş beş manat, 88 qəpik) manat ödənilməmiş hissə, 37.59 (otuz yeddi manat, 59 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 531.2 (beş yüz otuz bir manat, 20 qəpik) manat ödənilməmiş hissə, 53.12 (əlli üç manat, 12 qəpik) manat cərimə, ümumilikdə 1462.10 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 34.63 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli kredit borcu 86.8 manata mütənasib olmadığından 8.68 manat məbləğində cərimə pulunun 02 manat, xx.xx.2024-cü il tarixli müqavilə üçün kredit borcu 335.3 manata mütənasib olmadığından 33.53 manat məbləğində cərimə pulunun 10 manat, xx.xx.2024-cü il tarixli kredit borcu 375.88 manata mütənasib olmadığından 37.59 manat məbləğində cərimə pulunun 12 manat, xx.xx.2024-cü il tarixli kredit borcu 531.2 manata mütənasib olmadığından 53.12 manat məbləğində cərimə pulunun 15 manat məbləğinə azaldılması məqsədə uyğundur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2024-cü tarixli müqaviləyə əsasən 86.8 manat ödənilməmiş hissə, 02 manat cərimə borcu, xx.xx.2024-cü tarixli müqaviləyə əsasən 335.3 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 375.88 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 531.2 manat ödənilməmiş hissə, 15 manat cərimə, cəmi 1368.18 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib 33.69 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü tarixli müqaviləyə əsasən 86.8 manat ödənilməmiş hissə, 02 manat cərimə borcu, xx.xx.2024-cü tarixli müqaviləyə əsasən 335.3 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 375.88 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 531.2 manat ödənilməmiş hissə, 15 manat cərimə, cəmi 1368.18 manat borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib 33.69 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №e-2(057)-1633/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1633/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver