Məhkəmə qərarları › İş №e-2(057)-1644/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1644/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1644/2025 18.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra – Cavabdeh və ya cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Samsung TV üçün 1283.2 manat ödənilməmiş hissə, 128.32 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********79824 X1 12 markalı telefon üçün 206.1 manat ödənilməmiş hissə, 20.61 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Pıonner maqnitofon üçün 203.6 manat ödənilməmiş hissə, 20.36 manat cərimə, ümumilikdə 1862.19 manat borc, 38.63 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, Samsung TV, İmei kod **********79824 X1 12 markalı telefon, Pıoneer maqnitofon almış və nəticədə 1862.19 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1650.6 manat (18 ay x 91.7 manat + 0 manat ilkin ödəniş) olan Samsung TV üçün ümumilikdə, 1411.52 manat olmaqla ondan, 1283.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 128.32 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 572.04 manat (18 ay x 31.78 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********79824 X1 12 markalı telefon üçün ümumilikdə, 226.71 olmaqla ondan, 206.1 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20.61 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 457.92 manat (18 ay x 25.44 manat + 0 manat ilkin ödəniş) olan Pıoneer maqnitofon üçün ümumilikdə, 223.96 manat olmaqla ondan, 203.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20.36 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 987.66 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 09543902 saylı, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən İmei kod **********79824 X1 12 markalı telefon cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 03665667 saylı, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən Pıoneer maqnitofon cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 15654210 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən Samsung Tv cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçının 21 aprel 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehin İddiaçıya 1692.9 manat əsas, 169.29 manat cərimə, cəmi 1862.19 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 38.63 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, № 09543902 saylı, xx.xx.2023cü il tarixli kredit borcu 206.1 manata mütənasib olmadığından 20.61 manat məbləğində cərimə pulunun 05 manat, № 03665667 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üçün kredit borcu 203.6 manata mütənasib olmadığından 20.36 manat məbləğində cərimə pulunun 05 manat, № 15654210 saylı, xx.xx.2024-cü il tarixli kredit borcu 1283.2 manata mütənasib olmadığından 128.32 manat məbləğində cərimə pulunun 50 manat məbləğinə azaldılması məqsədə uyğundur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən № 09543902 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 206.1 (iki yüz altı manat on qəpik) manat ödənilməmiş hissə, 05 (beş) manat cərimə borcu, № № 03665667 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 203.6 (iki yüz üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 05 (beş) manat cərimə borcu, № 15654210 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1283.2 (bir min iki yüz səksən üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, cəmi 1752.90 (bir min yeddi yüz əlli iki manat doxsan qəpik) manat və 37.52 (otuz yeddi manat əlli iki qəpik) manat iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh № 09543902 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 206.1 (iki yüz altı manat on qəpik) manat ödənilməmiş hissə, 05 (beş) manat cərimə borcu, № 03665667 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 203.6 (iki yüz üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 05 (beş) manat cərimə borcu, № 15654210 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1283.2 (bir min iki yüz səksən üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, cəmi 1752.90 (bir min yeddi yüz əlli iki manat doxsan qəpik) manat və 37.52 (otuz yeddi manat əlli iki qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar