Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1697/2023 03.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı əsassız hesablanmış 822,89 manat borcun silinməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması halının olması ilə əlaqədar tərtib edilmiş xx.xx.2023-ci il tarixli 031926 saylı akt əsasında hesablanmış 822,89 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə izahat verən İddiaçı nümayəndəsi Nümayəndə bildirmişdir ki, nümayəndəsi olduğu şəxsin **********01237 abonent kodu ilə elektrik enerjisindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən məlumatı olmadan, əsassız 031926 saylı akt yazılmış və buna görə 822,89 manat cərimə borcu yaranmışdır. Akta yazılmışdır ki, evin sayğacdan kənar xətt aşkar edilmişdir və akt tərtib edilir və həmin aktın tərtibində İddiaçı iştirakı təmin edilməmiş və ona rəsmi məlumat verilməmişdir Sayğaca cavabdeh tərəfindən nəzarət olunur və sayğac açıq sahədə quraşdırılmışdır, hər gündən bir nəzarətçi sayğaca baxış keçirərək bildiriş təqdim edir və İddiaçı tərəfindən mütəmadi olaraq ödənişlər edilir. Gələn bildirişlər əsasında da istifadə edilən elektrik enerjisinin dəyərini iddiaçı ödəmişdir. Aktda göstərilənlər təmamilə əsassızdır. Heç vaxt elektrik enerjisi istifadəsinə görə borc olmamış,sayğaca heç vaxt müdaxilə olunmamış və kənar xəttdən istifadə olunmamışdır. Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş abunə haqqında məlumat vərəqəsindən görünür ki, İddiaçı akt əsasında 850,86 manat borc hesablanmışdır. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı EEİQ-na uyğun el sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, abonentin evinin sayğacdan kənar xətt vasitəsi ilə qidalandırıldığı aşkarlanmış,baxış zamanı video çəkiliş aparılmışdır. Kənar xətt dayaq kabelin en kəsiyi, 4x16mm2 55x0.38x1,73=36.3. Faktiki qoyulmuş güc 36,3 kvt saatdır Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh təşkilat iddiaçının 850,86 manat akt əsasında borcu olduğunu qeyd etmiş, lakin həmin borcun yaranma səbəbləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh təşkilat iddiaçının elektrik enerjisindən kənar xəttdən istifadə etməklə elektrik enerjisinin istehlakına yol verməsini qeyd etmiş, lakin həmin halın təsdiq olunması üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir.Qarşı tərəf videoçəkilişin olduğunu qeyd etsə belə həmin çəkilişi məhkəməyə təqdim etməmişdir.Ona görə də məhkəmə iddiaçı tərəfin dedikləri ilə razılaşaraq iddianın təmin olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquq pozuntusu törətmiş şəxsin hərəkətlərində qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nomrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.33-ci maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizat muəssisənin numayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edib və aktın bir nusxəsinin məişət abonentinə verir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin 28 aprel 2023-ci il tarixli 031926 saylı akt əsasında abonent İddiaçı hesablanmış 822,89 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-1697/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1697/2023
03.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver