Məhkəmə qərarları › İş №e-2(057)-176/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-176/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-176/2025 23.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - İddiaçı MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 647 (altı yüz qırx yeddi) manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 677 (altı yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə müddəti 18 ay olmaqla 28 iyul 2020-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh iddiaçıdan dəyəri 1296 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 647 manat əsas borcu qalmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 28 iyul 2020-ci il tarixli, SLK5852779 saylı borc müqaviləsinə əsasən 647 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 677 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir. Cavabdeh 21 noyabr 2024-cü il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə ərizə ilə müraciət edərək göstərmişdir ki, iddiaçıdan heç bir məişət avadanlığı götürmədiyini, onun heç bir məlumatının olmadığını və ona görə də işə iddia icraatı qaydasında baxılmasını və onun məhkəmədə iştirakının təmin edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin e-2(057)-2474/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin e-2(057)-2474/2024 saylı, xx.xx.2024-cü il qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək, iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, məhkəmənin həmin tarixli qərardadı ilə müvafiq rəy verilənə kimi mülki işin icraatı dayandırılmışdır. Salyan Rayon Məhkəməsinin e-2(057)-176/2025 saylı, xx.xx.2025-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçıdan məişət avadanlığını o, götürməmişdir. Kimin götürməsi və pulu ödəməsi barədə məlumatı yoxdur. Ola bilər ki, şəxsiyyət vəsiqəsinin surəti iş yerindən kimsə əldə edib onun adından müqavilə bağlasın. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan SLK5852779 nömrəli, xx.xx.2020-ci il tarixli Borc müqaviləsindən görünür ki, Cavabdeh iddiaçıdan hissə-hissə ödəniş şərti ilə 1296 manat məbləğində məişət avadanlığı əldə etmiş, o, 0 manat ilkin ödəniş ödəmiş və qalan 1296 manat məbləği 18 ay müddətinə aylıq 72 manat olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan № SLK5852779 nömrəli, 28 iyul 2020-ci il tarixli Girov müqaviləsindən görünür ki, 28 iyul 2020-ci il tarixli, № SLK5852779 saylı borc müqaviləsinə əsasən verilmiş 1296 manat məbləğində borcun qaytarılmasının təminatı kimi girov qoyan girov saxlayana 1 ədəd AC RİFFEL ASW-Fj 180/181, AC PİPE MİD 180+hədiyyə (Blender Beko CHP 7600W) əmlakı girov qoymuşdur. Əmlak girov qoyanın mülkiyyətindədir və tərəflər arasında razılaşmaya əsasən 1296 manat məbləğində qiymətləndirilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, SLK5852779 saylı müqavilə üzrə 647 manat ödənilməmiş əsas borcu vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/69 nömrəli, 12 fevral 2025-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, SLK5852779 nömrəli, 28 iyul 2020-ci il tarixli borc müqaviləsində “Alıcı” hissəsində “İmza” qrafasındakı imza, SLK5852779 nömrəli, 28 iyul 2020-ci il tarixli Girov müqaviləsində “Girov qoyan” hissəsindəki imza-Cavabdeh tərəfindən icra olunmuşdur. MPM-in 101.3-cü maddəsinə əsasən “ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir”. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manatdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı ilə müddəti 18 ay olmaqla 28 iyul 2020-ci il tarixli borc müqaviləsi bağlamış,həmin müqaviləyə əsasən Cavabdeh iddiaçıdan dəyəri 1296 manat olan məişət avadanlığı əldə etmiş, cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 647 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi üçün cavabdehdən 647 manat əsas borcun tutulması tələbi barədə iddiaçının iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehə aid edilməlidir. İş üzrə ekspertiza xərci 110 (bir yüz on) manat məbləğində pul Cavabdeh tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 28 iyul 2020-ci il tarixli, SLK5852779 saylı borc müqaviləsinə əsasən 647 (altı yüz qırx yeddi) manat əsas və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 677 (altı yüz yetmiş yeddi) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə ekspertiza xərci 110 (bir yüz on) manat məbləğində pul Cavabdeh tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar