Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1804/2025 02.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra –Cavabdeh və ya cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Zəmanət + 3 il xidməti, TOSHİBA TV üçün 759.22 (yeddi üyz əlli doqquz manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 75.92 (yetmiş beş manat doxsan iki qəpik) manat cərimə, tərəflər arasında bağlanan xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, X1 1 il xidməti, İMEİ KODU **********7862X0İAOMİ REDMİ A3 markalı telefon üçün 206.92 (iki yüz altı manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat altmış qəpik) manat, 20.69 (iyirmi manat altmış doqquz qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X1 1 il xidməti, Ətçəkən GORENJE üçün 54.39 (əlli dörd manat otuz doqquz qəpik) manat ödənilməmiş hissə, 5.44 (beş manat qırx dörd qəpik) manat cərimə, ümumilikdə 1146.18 manat borc, 31.47 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh qzından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, Zəmanət + 3 il xidməti, TOSHİBA TV, X1 1 il xidməti, İMEİ KODU **********78X62İA0OMİ REDMİ A3 markalı telefon, X1 1 il xidməti, Ətçəkən GORENJE almış nəticədə 1146.18 (min yüz qırx altı manat on səkkiz qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 911.88 (doqquz yüz on bir manat səksən səkkiz qəpik) manat (18 ay x 50.66 manat + 0 manat ilkin ödəniş) olan Zəmanət + 3 il xidməti, TOSHİBA TV üçün ümumilikdə, 835.14 (səkkiz yüz otuz beş manat on dörd qəpik) manat olmaqla ondan, 759.22 (yeddi üyz əlli doqquz manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 75.92 (yetmiş beş manat doxsan iki qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 276 (iki yüz yetmiş altı) manat (12 ay x 23 manat + 0 manat ilkin ödəniş) olan X1 1 il xidməti, İMEİ KODU **********7862X0İAOMİ REDMİ A3 markalı telefon üçün ümumilikdə, 251.21 (iki yüz əlli bir manat iyirmi bir qəpik) manat olmaqla ondan, 206.92 (iki yüz altı manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat altmış qəpik) manat, müştəriyə güzəşt olunaraq 20.69 (iyirmi manat altmış doqquz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 114 (yüz on dörd) manat (6 ay x 18 manat + 6 manat ilkin ödəniş) olan X1 1 il xidməti, Ətçəkən GORENJE üçün ümumilikdə, 59.83 (əlli doqquz manat səksən üç qəpik) manat olmaqla ondan, 54.39 (əlli dörd manat otuz doqquz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.44 (beş manat qırx dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 281.35 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış № 03859477 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı Zəmanət 3 il xidməti, Toshiba 43V35ME markalı televizor cavabdehə satılmışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh № 03859477 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən aşağıdakı qeyd olunan məhsulları tam qüsursuz halda təhvil verilmiş və hazırki iş üzrə cavabdeh olan Cavabdeh akta imza etməklə məhsualları qəbul etmişdir. İş materiallarında olan cavabdeh arasında bağlanmış № 03859475 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı X1 1 il xidməti, XİAOMİ REDMİ A3 4/128GB Midnaight Black markalı mobil telefonu cavabdehə satılmışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh № 03859475 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən aşağıdakı qeyd olunan məhsulları tam qüsursuz halda təhvil verilmiş və hazırki iş üzrə cavabdeh olan Cavabdeh akta imza etməklə məhsualları qəbul etmişdir. İş materiallarında olan cavabdeh arasında bağlanmış № 03859478 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı X1 1 il xidməti, GORENJE MG1800BK markalı Ətçəkən maşın cavabdehə satılmışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh № 03859478 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən aşağıdakı qeyd olunan məhsulları tam qüsursuz halda təhvil verilmiş və hazırki iş üzrə cavabdeh olan Cavabdeh akta imza etməklə məhsualları qəbul etmişdir. İş materiallarında olan iddiaçının 05 may 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 18 ay müddətinə 50.66 manat aylıq ödəniş etmək şərti ilə aldığı Zəmanət + 3 il xidməti, TOSHİBA TV üçün 911.88 manat alqı-satqı qiyməti olan məhsula görə 759.22 (yeddi üyz əlli doqquz manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 75.92 (yetmiş beş manat doxsan iki qəpik) manat cərimə, alqı-satqı qiyməti 276 (iki yüz yetmiş altı) manat (12 ay x 23 manat + 0 manat ilkin ödəniş) olan X1 1 il xidməti, İMEİ KODU **********7862 X0İAOMİ REDMİ A3 markalı telefon üçün ümumilikdə, 251.21 (iki yüz əlli bir manat iyirmi bir qəpik) manat olmaqla ondan, 206.92 (iki yüz altı manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat altmış qəpik) manat, müştəriyə güzəşt olunaraq 20.69 (iyirmi manat altmış doqquz qəpik) manat cərimə, alqı-satqı qiyməti 114 (yüz on dörd) manat (6 ay x 18 manat + 6 manat ilkin ödəniş) olan X1 1 il xidməti, Ətçəkən GORENJE üçün ümumilikdə, 59.83 (əlli doqquz manat səksən üç qəpik) manat olmaqla ondan, 54.39 (əlli dörd manat otuz doqquz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.44 (beş manat qırx dörd qəpik) manat cərimə, ümumilikdə 1146.18 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən ayrı-ayrılıqda bağlanılmış müqavilələrə görə ümumilikdə 281.35 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdeh iddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 31.47 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, cihazın İMEİ kodunun deaktiv olunması üsuli ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsumun ödənilməsi barədə heç bir sübut iddia ərizəsinə əlavə edilmədiyi üçün həmin hissədə iddia təmin edilməməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 102.05 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 50 manat məbləğində pul tutulmalıdır. MPM-in 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən 1020.53 (bir min iyirmi manat əlli üç qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 30.07 (otuz manat yeddi qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 1100.60 (bir min yüz manat altmış qəpik) manat iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1020.53 (bir min iyirmi manat əlli üç qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 30.07 (otuz manat yeddi qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 1100.60 (bir min yüz manat altmış qəpik) manat tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №e-2(057)-1804/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1804/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver