Məhkəmə qərarları › İş №e-2(057)-1956/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1956/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1956/2025 17.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlu, İddiaçın Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 84.9 AZN əsas 12.7 manat cərimə, cəmi 97.6 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqımüqaviləsi üzrə 146.3 manat əsas 21.9 manat cərimə, cəmi 168.2 manat borc, ümumilikdə iki müqavilə üzrə 231.2 manat əsas, 34.6 manat cərimə olmaqla, 265.8 manat cəmi borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2023-cü il tarixli № ********* saylı “Müddətli (nisyə) Alğı-satqı” müqaviləsi üzrə TAUBE markalı televizora görə 579.90 manat pulu 18 ay ödəniş cədvəli üzrə hər ay 33 manat və xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (nisyə) Alğısatqı” müqaviləsi üzrə TAUBE markalı televizora görə 549.90 manat pulu 18 ay ödəniş cədvəli üzrə hər ay 31 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ********* saylı “Müddətli (nisyə) Alqı-satqı” müqaviləsinin şərtlərini pozaraq nəticədə İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi üzrə 84,90 manat ödənilməmiş əsas borc, gecikdirilmiş günlərə görə hesablanan 12.7 manat cərimə, cəmi 97.6 manat və № ********* saylı “Müddətli (nisyə) Alqı-satqı” müqaviləsi üzrə 146.6 manat əsas borc, manat gecikdirilmiş günlərə görə 21.9 manat borc, cəmi 168.2 manat borcu yaranmışdır. Nisyə Alqı-satqı” müqaviləsinin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır. Qeyd olunan tərəflər arasında bağlanmış “Müdətli (nisyə) Alqı-satqı” müqavilələri üzrə yaranmış 231.2 manat əsas, 34.6 manat cərimə borcu olmaqla, ümumilikdə 265.8 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Həmin Məcəllənin) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İrşad Electronics” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № ********* saylı “Müddətli (nisyə) Alqı-satqı” müqaviləsinə əsasən, aldığı “TAUBE markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 33 manat, cəmi 579.90 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İrşad Electronics” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № ********* saylı “Müddətli (nisyə) Alqı-satqı” müqaviləsinə əsasən, aldığı “TAUBE markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 33 manat, cəmi 549.90 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə həmin tarixə 211.90 manat borc manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 365.30 manat borc manat təşkil edir. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə 577.20 manat yaranmış borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət nəfinə 30 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllənin) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.3-ci maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci madəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı xx.xx.2024-cü il tarixə yaranmış № ********* saylı, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 87.9 manat əsas borca mütənasib olmadığından 12.7 məbləğində cərimə pulunun 05 manat, № ********* saylı, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən kredit borcu 146.3 manata mütənasib olmadığından 21.9 manat məbləğində cərimə pulunun 10 manat məbləğinə azaldılması məqsədəuyğundur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023cü il tarixinə yaranmış xx.xx.2023-cü tarixli, № ********* saylı “Müddətli (nisyə) Alqı-satqı” müqaviləsi üzrə 84.9 (səksən dörd manat doxsan qəpik) manat əsas, 05 (beş) manat cərimə, xx.xx.2025-ci il tarixli, № ********* saylı müqaviləsi üzrə 146.3 (bir yüz qırx altı manat otuz qəpik) manat əsas, 10 (on) manat cərimə, ümumilikdə iki müqavilə üzrə 231.20 (iki yüz otuz bir manat iyirmi qəpik) manat əsas, 15 (on beş) manat cərimə, cəmi 246.20 (iki yüz qırx altı manat iyirmi qəpik) manat borcun və 30 (otuz) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 284-1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2023-cü tarixli, № ********* saylı “Müddətli (nisyə) Alqı-satqı” müqaviləsi üzrə 84.9 (səksən dörd manat doxsan qəpik) manat əsas, 05 (beş) manat cərimə, xx.xx.2025-ci il tarixli, № ********* saylı müqaviləsi üzrə 146.30 (bir yüz qırx altı manat otuz qəpik) manat əsas, 10 (on) manat cərimə, ümumilikdə iki müqavilə üzrə 231.20 (iki yüz otuz bir manat iyirmi qəpik) manat əsas, 15 (on beş) manat cərimə, cəmi 246.20 (iki yüz qırx altı manat iyirmi qəpik) manat borcun və 30 (otuz) manat pul İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar