Məhkəmə qərarları › İş №e-2(057)-2043/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2043/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2043/2024 23.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva X1 Elvin Elton oğlunun cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan şəhəri H.Z.Tağıyev küçəsi ev 99 A -da yerləşən “Elektro Center” mağazasında sahibkar fəaliyyəti ilə məşğul olur. 04 iyun 2023-cü il tarixdə Salyan rayonu Yenikənd. kənd sakini Cavabdeh4 2 nəfər ona zamınlik edən Salyan rayonu Yenikənd kənd sakini Cavabdeh1 və Salyan rayonu Xalac kend sakini Cavabdeh3 ilə birlikdə işlədiyim mağazaya gəlmiş, kreditə dəyər qiyməti 910 manat olan 1 ədəd Samsung A34 (6/128) markalı telefonu zaminləri vasitəsilə alqısatqı müqaviləsi bağladıqdan sonra 12 ay müddətinə kreditə götürmüşdür. Aramızda bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 mağazadan götürdüyü telefona görə mağazanın xəzinəsinə 100 manat ilkin ödəniş etməli və hər ay 68 manat ödəniş etməli idi, Lakin cavabdeh mağazanın xəzinəsinə 100 manat ilkin ödəniş etmiş , 13 ay müddət ərzində 356 manat əsas borcdan ödəmiş və 13 ay müddət ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 120 manat ödəniş etmişdir. Bununlada Cavabdeh4 halhazırda xx.xx.2023 tarixli müqaviləyə əsasən mağazanın xəzinəsinə 454 manat əsas borcu yaranmışdır.Növbəti dəfə 15 iyun 2023-cü il tarixdə Salyan rayonu Yenikənd kənd sakini Cavabdeh4 1 nəfər ona zaminlik edən Salyan rayonu Xalac kənd sakini Cavabdeh3 ilə birlikdə işlədiyim mağazaya gəlmiş, kreditə dəyər qiyməti 1143 manat olan 1 ədəd Samsung A54 (6/128) markalı telefonu zamini vasitəsilə alqı-satqı müqaviləsi bağladıqdan sonra 12 ay müddətinə kreditə götürmüşdür. Aramızda bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 mağazadan götürdüyü telefona görə mağazanın xəzinəsinə 110 manat ilkin ödəniş etməli və hər ay mağazaya 87 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 110 manat ilkin ödəniş etmiş , 13 ay müddət ərzində 119 manat əsas borcdan ödəmiş və 13 ay müddət ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 81 manat ödəniş etmişdir. Bununlada Cavabdeh4 hal-hazırda xx.xx.2023 tarödi müqaviləyə əsasən mağazanın xəzinəsinə 914 manat əsas borcu yaranmışdır.Növbəti dəfə 17 sentyabr 2023-cü il tarixdə Salyan rayonu Yenikənd kəndində yaşayan Cavabdeh4 işlədiyim mağazaya gəlmiş, kreditə dəyər qiyməti 105 manat olan 1 ədəd Smart E9 ultra markalı saatı alqı-satqı müqaviləsi bağladıqdan sonra 4 ay müddətinə kreditə götürmüşdür. Aramızda bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 mağazadan götürdüyü saata görə mağazanın xəzinəsinə 20 manat ilkin ödəniş etməli və hər ay mağazaya 22 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 20 manat ilkin ödəniş etmiş , 10 ay müddət ərzində 41 manat əsas borcdan ödəmiş və 10 ay müddət ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 13 manat ödəniş etmişdir. Bununlada Cavabdeh4 halhazırda xx.xx.2023 tarixli müqaviləyə əsasən mağazanın xəzinəsinə 44 manat əsas borcu yaranmışdır.Növbəti dəfə 06 dekabr 2023-cü il tarixdə Salyan rayonu Yenikənd kəndində yaşayan Cavabdeh4 işlədiyim mağazaya gəlmiş, kreditə dəyər qiyməti 1210 manat olan 1 ədəd Samsung A54 (6/128) markalı telefonu alqısatqı müqaviləsi bağladıqdan sonra 12 ay müddətinə kreditə götürmüşdür. Aramızda bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 mağazadan götürdüyü telefona görə mağazanın xəzinəsinə 100 manat ilkin ödəniş etməli və hər ay mağazaya 93 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 100 manat ilkin ödəniş etmiş və 7 ay müddət ərzində mağazanın xəzinəsinə heç bir ödəniş etməmişdir. Bununlada Cavabdeh4 hal-hazırda xx.xx.2023 tarixli müqaviləyə əsasən mağazanın xəzinəsinə 1110 manat əsas borcu yaranmışdır.Növbəti dəfə 02 noyabr 2023-cü il tarixdə Salyan rayonu Qırxçıraq qəsəbəsi sakini Cavabdeh2 1 nəfər ona zaminlik edən Salyan rayonu Yenikənd kənd sakini Cavabdeh4 ilə birlikdə işlədiyim mağazaya gəlmiş, kreditə dəyər qiyməti 685 manat olan 1 ədəd X9 12 Pro (8/256) markalı telefonu zamini vasitəsilə alqı-satqı müqaviləsi bağladıqdan sonra 6 ay müddətinə kreditə götürmüşdür. Aramızda bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mağazadan götürdüyü telefona görə mağazanın xəzinəsinə 130 manat ilkin ödəniş etməli və hər ay mağazaya 93 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 130 manat ilkin ödəniş etmiş , 8 ay müddət ərzində 134 manat əsas borcdan ödəmiş və 8 ay müddət ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 116 manat ödəniş etmişdir. Bununlada Cavabdeh2 halhazırda xx.xx.2023 tarixli müqaviləyə əsasən mağazanın xəzinəsinə 421 manat əsas borcu yaranmışdır.Növbəti dəfə 09 noyabr 2023-cü il tarixdə Salyan rayonu Qırxçıraq qəsəbəsi sakini Cavabdeh2 1 nəfər ona zaminlik edən Salyan rayonu Yenikənd kənd sakini Cavabdeh4 ilə birlikdə işlədiyim mağazaya gəlmiş, kreditə dəyər qiyməti 790 manat olan 1 ədəd Samsung A34 (6/128) markalı telefonu zamini vasitəsilə alqı-satqı müqaviləsi bağladıqdan sonra 6 ay müddətinə kreditə götürmüşdür. Aramızda bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mağazadan götürdüyü telefona görə mağazanın xəzinəsinə 150 manat ilkin ödəniş etməli və hər ay mağazaya 107 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 150 manat ilkin ödəniş etmiş və 8 ay müddət ərzində mağazanın xəzinəsinə heç bir ödəniş etməmişdir. Bununlada Cavabdeh2 halhazırda xx.xx.2023 tarixli müqaviləyə əsasən mağazanın xəzinəsinə 640 manat əsas borcu yaranmışdır Müqavilənin icrasından irəli gələn mübahisələri danışıq yolları ilə həll etmək mümkün olmadığı üçün mən Salyan rayonu Yenikənd kənd ünvanında yaşayan Cavabdeh4, Salyan rayonu Yenikənd kənd ünvanında yaşayan Cavabdeh1 , Salyan rayonu Xalac kənd ünvanında yaşayan Cavabdeh3 və Salyan rayonu Qırxçıraq qəsəbəsi ünvanında yaşayan Cavabdeh2 Əlipanah oğlunun ünvanna məktublar göndərərək mağazaya vurduğu ziyanı ödəməsini tələb etsəmdə Cavabdeh4 Akıf oğlu,Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Əhpənah oglu bundan qəsdən imtina” etmiş mübahisənin danışıq yolu ilə nizama salınmasını istəməmiş və bizimlə heç bir əlaqə saxlamamışlar. Odur ki, cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə aralarında bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərini pozduğu üçün o, məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 və Cavabdeh3 454 manat əsas borc, Cavabdeh4 və Cavabdeh3 914 manat əsas borc, Cavabdeh4 44 manat əsas borc , Cavabdeh4 1110 manat əsas borc , Cavabdeh2 və Cavabdeh4 421 manat əsas borc, X5 və Cavabdeh4 640 manat əsas borc və dövlət nisumu kimi ödədiyi 55.83 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini vəona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, borcluya 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə dəyəri 910 manat olan 1 ədəd Samsung A34(6/128) markalı telefonu satmışdır. xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, zamin Cavabdeh1 kreditor qarşısında alqı-satqı müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin ödənilməsi öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, borcluya 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə dəyəri 1143 manat olan 1 ədəd Samsung A54 6/128 markalı telefon satmışdır. xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, zamin Cavabdeh3 kreditor qarşısında alqı-satqı müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin ödənilməsi öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, borcluya 4 ay müddətinə hissə-hissə ödəmək şərtilə dəyəri 105 manat olan 1 ədəd Smart Saat E9 Ultra 8695 2446 markalı saat satmışdır. İddiaçı ilə Cavabdeh2 Pənah oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsindən görünür ki, borcluya 6 ay müddətinə hissə-hissə ödəmək şərtilə dəyəri 685 manat olan 1 ədəd X9 12 Pro 8/256 markalı telefonu satmışdır. xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, zamin Cavabdeh4 kreditor qarşısında alqı-satqı müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin ödənilməsi öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ilə Cavabdeh2 Pənah oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsindən görünür ki, borcluya 6 ay müddətinə hissə-hissə ödəmək şərtilə dəyəri 790 manat olan 1 ədəd Samsung A54 6/128 markalı telefonu satmışdır. xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, zamin Cavabdeh4 kreditor qarşısında alqı-satqı müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin ödənilməsi öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, borcluya 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə dəyəri 1210 manat olan 1 ədəd Samsung A54 6/128 markalı telefon satmışdır. İddiaçı cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan və bildirişin surətindən görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. Ödənilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 55,83 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh4 İddiaçı ilə aralarında bağlanmış xx.xx.2023, xx.xx.2023, 17.09.203 və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, cavabdehə verilmiş alqı-satqı qiyməti 910 manat olan 1 ədəd Samsung A34(6/128) markalı telefonu 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə, 1143 manat olan 1 ədəd Samsung A54 6/128 markalı telefonu 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə, 105 manat olan 1 ədəd Smart Saat E9 Ultra 8695 2446 markalı saatı 4 ay müddətinə hissə-hissə ödəmək şərtilə və 1210 manat olan 1 ədəd Samsung A54 6/128 markalı telefonu 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə almışdır. Cavabdeh4 kredit verilərkən X6, Cavabdeh3 ilə kreditor arasında zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə İddiaçı qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bundan başqa, cavabdeh Əmrəliyev X2 Elvin Elton oğlu ilə aralarında bağlanmış xx.xx.2023 və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, cavabdehə verilmiş alqı-satqı qiyməti 685 manat olan 1 ədəd X9 12 Pro 8/256 markalı telefonu 6 ay müddətinə hissəhissə ödəmək şərti ilə, 790 manat olan 1 ədəd Samsung A54 6/128 markalı telefonu 6 ay müddətinə hissə-hissə ödəmək şərtilə almışdır. Cavabdeh İddiaçı kredit verilərkən Cavabdeh4 ilə kreditor arasında zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə İddiaçı qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, lakin həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər cavabdehlərin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehlər müqavilə üzrə alınmış öhdəliyə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh4 ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh3 zamin olduğunu bildirsə də, həmin zaminlik müqaviləsi iş materiallarına əlavə edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh3 iddiaçı qarşısında heç bir məsuliyyəti yaranmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 55,83 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 454 manat əsas borc, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 914 manat əsas borc, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh4 44 manat əsas borc, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh4 1110 manat əsas borc, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 421 manat əsas borc, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehlər X5 və Cavabdeh4 640 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 55.83 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227,233,284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 454 manat əsas borc, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 914 manat əsas borc, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh4 44 manat əsas borc, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh4 1110 manat əsas borc, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 421 manat əsas borc, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cavabdehlər X5 və Cavabdeh4 640 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 55.83 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar