Məhkəmə qərarları › İş №e-2(057)-2069/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2069/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2069/2024 28.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçın Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 268.67 manat əsas borc və 268.57 manat cərimə borcu olmaqla ümumilikdə 537.34 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Fərdi sahibkar “X1” arasında bağlanmış xx.xx.2020-cü il tarixli, ********** nömrəli Nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh Fərdi sahibkar “X1”dan 555 manat dəyərində olan 1 (bir) ədəd SAMSUNG GALAXY A21S 2019 32GB BLUE model məhsul almışdır. Cavabdeh borclu olduğu 555 manat məbləğdən 75 manat ilkin ödəniş etmiş və onun xx.xx.2020-cü il tarixli, ********** nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 480 manat borcu qalmışdır. xx.xx.2020cü il tarixli, ********** nömrəli Nisyə alğı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2020-cü il tarixdən xx.xx.2021-ci il tarixə kimi hər ay 40 manat olmaqla Fərdi sahibkar “X1”na olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Fərdi sahibkar “X1” ilə İddiaçı MMC arasında imzalanan faktorinq müqaviləsinə əsasən Fərdi sahibkar “X1”nun cavabdehə qarşı olan 268,67 manat tələb hüququ İddiaçı MMC-ə keçmişdir. Bu barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nisyə alğı-satqı müqaviləsinin 6.1.1-ci bəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə Satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etməkdə haqlıdır. Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-ə xx.xx.2020-cü il tarixli ********** nömrəli Nisyə alğı-satqı müqaviləsi üzrə 268,67 manat əsas borcu və 268,67 manat cərimə borcu olmaqla ümumilikdə 537,34 manat borcu vardır. Cavabdehə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərsək də, cavabdeh müqavilə ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Odur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 268.67 manat əsas borc və 268.57 manat cərimə borcu olmaqla ümumilikdə 537.34 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış .09.2020-ci il tarixli, ********** saylı müqavilə və müqaviləyə 1 saylı əlavədən görünür ki, “Nur Telekom” mağazasının fərdi sahibkarı X1 tərəfindən cavabdehə 1 ədəd qiyməti 555 manat dəyərində olan Samsung A217 A21s markalı telefon satılmışdır. Cavabdeh borclu olduğu 555 manat məbləğdən 75 manat ilkin ödəniş etmiş və onun xx.xx.2020-cü il tarixli, ********** nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 480 manat borcu qalmışdır. xx.xx.2020cü il tarixli, ********** nömrəli Nisyə alğı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2020-cü il tarixdən xx.xx.2021-ci il tarixə kimi hər ay 40 manat olmaqla Fərdi sahibkar “X1”na olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin 20 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə 268.67 manat əsas borc və 268.67 manat cərimə borcu olmaqla, ümumilikdə 537.34 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh onunla ilə fərdi sahibkar “X2” arasında bağlanan xx.xx.2020-ci il tarixli, ********** nömrəli niyə alğı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısının İddiaçı MMC-yə güzəşt edildiyi bildirilmişdir. İş materiallarında olan pretenziyadan (xəbərdarlıq) görünür ki, Cavabdeh İddiaçı MMC-yə gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, Q-06/22 saylı Faktorinq müqaviləsindən görünür ki, fərdi sahibkar “X1”nun cavabdehə qarşı olan 268,67 manat tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 268.67 manat cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 05 manat məbləğində pul tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 268.67 (iki yüz altmış səkkiz manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 268.67 (iki yüz altmış səkkiz manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı MMCnin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar