Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2310/2024 27.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra – Cavabdeh və ya cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, NEW OSMANLİ xalça, İmei kod **********41022 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 873.04 (səkkiz yüz yetmiş üç manat dörd qəpik) manat ödənilməmiş hissə, 87.96 (səksən yeddi manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********75099 OPPO A38 markalı telefon üçün 606.42 (altı yüz atı manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 60.58 (altmış manat əlli səkkiz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, ƏTÇƏKƏN HOFFMANN üçün 135 (yüz otuz beş)manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə, ümumilikdə 1776 manat borc və 37,76 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, NEW OSMANLİ xalça, İmei kod **********41022 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, İmei kod **********75099 OPPO A38 markalı telefon, ƏTÇƏKƏN HOFFMANN almış və nəticədə 1776 (min yeddi yüz yetmiş altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 923.04 (doqquz yüz iyirmi üç manat dörd qəpik) manat (18 ay x 51.28 manat + 0 manat ilkin ödəniş) olan NEW OSMANLİ xalça, İmei kod **********41022 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün ümumilikdə, 961 (doqquz yüz altmış bir) manat olmaqla ondan, 873.04 (səkkiz yüz yetmiş üç manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 87.96 (səksən yeddi manat doxsan altı manat) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 642.42 (altı hyüz qrx iki manat qırx iki qəpik) manat (18 ay x 35.69 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********75099OPPO A38 markalı telefon üçün ümumilikdə, 667 (altı yüz altmış yeddi) manat olmaqla ondan, 606.42 (altı yüz atı manat qırx iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 60.58 (altmış manat əlli səkkiz qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 135 (yüz otuz beş) manat (18 ay x 7.5 manat + 0 manat ilkin ödəniş) olan ƏTÇƏKƏN HOFFMANN üçün ümumilikdə, 148 (yüz qırx səkkiz) manat olmaqla ondan, 135 (yüz otuz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 (on üç) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 86 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 19612955 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən NEW OSMANLİ xalça, İmei kod **********41022 XİAOMİ REDMİ NOTE 12 markalı telefon cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 03785360 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən İmei kod **********75099OPPO A38 markalı telefon cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 02873332 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən ƏTÇƏKƏN HOFFMANN cavabdehə satılmışdır. İş materiallarında olan iddiaçının 26 sentyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 1614,46 manat ödənilməmiş hissə, 161,54 manat cərimə borcu olmaqla, cəmi 1776 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 37,76 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 19612955 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üçün kredit borcu 873.04 (səkkiz yüz yetmiş üç manat dörd qəpik) manata mütənasib olmadığından 87.96 (səksən yeddi manat doxsan altı qəpik) manat məbləğində cərimə pulunun 10 (on) manat, 03785360 saylı, xx.xx.2024-cü il tarixli kredit borcu 606.42 (altı yüz atı manat qırx iki qəpik) manata mütənasib olmadığından 60.58 (altmış manat əlli səkkiz qəpik) manat məbləğində cərimə pulunun 5 (beş) manat, 02873332 saylı, xx.xx.2024-cü il tarixli kredit borcu 135 (yüz otuz beş) manata mütənasib olmadığından 13 (on üç) manat məbləğində cərimə pulunun 2 (iki) manat məbləğinə azaldılması məqsədə uyğundur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən 19612955 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 873.04 (səkkiz yüz yetmiş üç manat dörd qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, 03785360 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 606.42 (altı yüz atı manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu və 02873332 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 135 (yüz otuz beş) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 1631.46 manat məbləğində borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 36.31 (otuz altı manat otuz bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19612955 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 873.04 (səkkiz yüz yetmiş üç manat dörd qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, 03785360 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 606.42 (altı yüz atı manat qırx iki qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu və 02873332 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 135 (yüz otuz beş) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 1631.46 manat məbləğində borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 36.31 (otuz altı manat otuz bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-2310/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2310/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver