Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2322/2024 28.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, VİNİL MAT, İMEİ KOD **********27986 XİAOMİ REDMİ NOTE 13 MARKALİ TELEFON üçün, 601.4 manat ödənilməmiş hissə, 60.6 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HOFFMANN TV üçün 598.04 manat ödənilməmiş hissə, 59.96 manat cərimə, ümumilikdə 1320 manat borc və 33.2 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən VİNİL MAT, İmei kod **********27986 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, HOFFMANN TV almış və nəticədə 1320 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 637.2 manat (18 ay x 35.4 manat + 0 manat ilkin ödəniş) olan VİNİL MAT, İmei kod **********27986 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün ümumilikdə, 662 manat olmaqla ondan, 601.4 manat ödənilməmiş hissə, güzəşt olunaraq 60.6 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 633.24 manat (18 ay x 35.18 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN TV üçün ümumilikdə, 658 manat olmaqla ondan, 598.04 manat ödənilməmiş hissə, güzəşt olunaraq 59.96 (manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 71 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, VİNİL MAT, İMEİ KOD **********27986 XİAOMİ REDMİ NOTE 13 MARKALİ TELEFON üçün, 601.4 manat ödənilməmiş hissə, 60.6 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HOFFMANN TV üçün 598.04 manat ödənilməmiş hissə, 59.96 manat cərimə, ümumilikdə 1320 manat borc və 33.2 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMCyə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 12141395 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı VİNİL MAT, İMEİ KOD **********27986 XİAOMİ REDMİ NOTE 13 markalı telefon cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № ******* saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı HOFFMANN TV cavabdehə satılmışdır. İş materiallarında olan iddiaçının 02 oktyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 1199.44 manat ödənilməmiş hissə, 120.56 manat cərimə borcu olmaqla, cəmi 1320 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 33.20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 12141395 saylı, xx.xx.2024-cü il tarixli müqavilə üçün kredit borcu 601.4 manata mütənasib olmadığından 60.6 manat məbləğində cərimə pulunun 10 manat, ******* saylı, xx.xx.2024-cü il tarixli kredit borcu 598.04 manata mütənasib olmadığından 59.96 manat məbləğində cərimə pulunun 10 manat məbləğinə azaldılması məqsədə uyğundur. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 12141395 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 601.4 (altı yüz bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə və ******* saylı, xx.xx.2024-cü il müqaviləyə əsasən 598.04 (beş yüz doxsan səkkiz manat dörd qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, cəmi 1219.44 (bir min iki yüz on doqquz manat qırx dörd qəpik) manat məbləğində borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 32.19 (otuz iki manat on doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12141395 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 601.4 (altı yüz bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə və ******* saylı, xx.xx.2024-cü il müqaviləyə əsasən 598.04 (beş yüz doxsan səkkiz manat dörd qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, cəmi 1219.44 (bir min iki yüz on doqquz manat qırx dörd qəpik) manat məbləğində borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 32.19 (otuz iki manat on doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-2322/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2322/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver