Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2338/2025 22.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra – Cavabdeh və ya cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, HİSENSE TV üçün 926.86 (doqquz yüz iyirmi altı manat, 86 qəp) manat ödənilməmiş hissə, 92.69 (doxsan iki manat, 69 qəp) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, HİSENSE TV üçün 741.06(yeddi yüz qırx bir manat, 06 qəp) manat ödənilməmiş hissə, 74.11 (yetmiş dörd manat, 11 qəp) manat cərimə miqdarında borc, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, HİSENSE TV üçün 718(yeddi yüz on səkkiz) manat ödənilməmiş hissə, 71.80 (yetmiş bir manat, 80 qəpik) manat cərimə ümumilikdə 2624.51 manat borc, 46.25 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, İMEİ KODU **********19677 OPPO A40M markalı telefon, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, İmei kod **********43605 XİAOMİ REDMİ 14C markalı telefon, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, İmei kod **********05144 XİAOMİ REDMİ 14C markalı telefon, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, İMEİ KODU **********68629XİAOMİ REDMİ A3 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, XİAOMİ SMART BAND 9 PRO qol saatı almış və nəticədə 2125.92(iki min yüz iyirmi beş manat, 92 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 540 (beş yüz qırx) manat (18 ay x 30 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, İMEİ KODU **********19677 OPPO A40M markalı telefon üçün ümumilikdə, 617.60 (altı yüz on yeddi manat, 60 qəpik) manat olmaqla ondan, 540 (beş yüz qırx) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 54 (əlli dörd) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 514.44 (beş yüz on dörd manat 44 qəpik) manat (18 ay x 28.58 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, İmei kod **********43605 XİAOMİ REDMİ 14C markalı telefon üçün ümumilikdə 558.05(beş yüz əlli səkkiz manat, 05 qəpik) manat olmaqla ondan 485.86(dörd yüz səksən beş manat, 86 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 48.59 (qırx səkkiz manat, 59 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 340.02(üç yüz qırx manat, 0 qəpik) manat (18 ay x 18.89 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, İmei kod **********05144 XİAOMİ REDMİ 14C markalı telefon, üçün ümumilikdə, 397.62 (üç yüz doxsan yeddi manat, 62 qəpik) manat olmaqla ondan, 340.02(üç yüz qırx manat, 0 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 34 (otuz dörd) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 264.96(iki yüz altmış dörd manat, 96 qəpik) manat (18 ay x 14.72 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, İMEİ KODU **********68629XİAOMİ REDMİ A3 markalı telefon üçün ümumilikdə, 315.06 (üç üyz on beş manat, 06 qəpik) manat olmaqla ondan, 264.96(iki yüz altmış dörd manat, 96 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 26.50 (iyirmi altı manat, 50 qəpik) manat cərimə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 216(iki yüz on altı) manat (18 ay x 12 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, XİAOMİ SMART BAND 9 PRO qol saatı ümumilikdə, 237.60 (iki üyz otuz yeddi manat, 60 qəpik) manat olmaqla ondan, 216(iki yüz on altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.60 (iyirmi bir manat, 60 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 28.58 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildiriş "bu ünvanda yaşamır" qeydli poçt xəbərnaməsi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli müqavilələrdən görünür ki, iddiaçı tərəfindən QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, İMEİ KODU **********19677 OPPO A40M markalı telefon, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, İmei kod **********43605 XİAOMİ REDMİ 14C markalı telefon, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, İmei kod **********05144 XİAOMİ REDMİ 14C markalı telefon, QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ, İMEİ KODU **********68629XİAOMİ REDMİ A3 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, XİAOMİ SMART BAND 9 PRO qol saatı cavabdehə satılmışdır. İş materiallarında olan iddiaçının 07 iyul 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 540 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 54 manat cərimə, ümumilikdə 617,60 manat borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 485.86 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 48.59 manat cərimə, ümumilikdə 558,05 manat borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 340.02 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 34 manat cərimə, ümumilikdə 397,62 manat borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 264.96 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 26.50 manat cərimə, ümumilikdə 315,06 manat borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 216 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.60 manat cərimə, ümumilikdə 237,60 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdeh iddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 41,26 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə hesab edir ki, cihazın İMEİ kodunun deaktiv olunması üsuli ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsumun ödənilməsi barədə heç bir sübut iddia ərizəsinə əlavə edilmədiyi üçün həmin hissədə iddia təmin edilməməlidir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 54 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 27 manat məbləğində pul tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 48,59 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 24 manat məbləğində pul tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 34 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 17 manat məbləğində pul tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 26,50 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 13 manat məbləğində pul tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 21,60 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 1,80 manat məbləğində pul tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 540 (beş yüz qırx) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən 485.86 (dörd yüz səksən beş manat, səksən altı qəpik) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 340.02 (üç yüz qırx manat, iki qəpik) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 264.96 (iki yüz altmış dörd manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən 216 (iki yüz on altı qəpik) manat ödənilməmiş hissə, 1,80 (bir manat səksən qəpik) manat cərimə, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 39.30 (otuz doqquz manat otuz qəpik) manat olmaqla, cəmi 1968.94 (bir min doqquz yüz altmış səkkiz manat doxsan dörd qəpik) manat iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 540 (beş yüz qırx) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən 485.86 (dörd yüz səksən beş manat, səksən altı qəpik) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 340.02 (üç yüz qırx manat, iki qəpik) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, 264.96 (iki yüz altmış dörd manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən 216 (iki yüz on altı qəpik) manat ödənilməmiş hissə, 1,80 (bir manat səksən qəpik) manat cərimə, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 39.30 (otuz doqquz manat otuz qəpik) manat olmaqla, cəmi 1968.94 (bir min doqquz yüz altmış səkkiz manat doxsan dörd qəpik) manat tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №e-2(057)-2338/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2338/2025
22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver