Məhkəmə qərarları › İş №e-2(057)-2418/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-2418/2024

05.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-2418/2024 05.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı, İddiaçı cavabdehlər Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və üçüncü şəxslər Salyan rayon notariat kontoru, Salyan rayon VVADQ Şöbəsi və Salyan rayon Daşınmaz Əmlakın Qeydiyyatı İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və üçüncü şəxslər Salyan rayon notariat kontoru, Salyan rayon VVADQ Şöbəsi və Salyan rayon Daşınmaz Əmlakın Qeydiyyatı İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 06 yanvar 1928-ci ildə X4 qızı ilə evlənməsi, onların birgə nikahından 30 iyun 1929-cu ildə övladları X3 anadan olması, X5 1939-cu ildə ölməsi faktının müəyyən edilməsi, ona İddiaçı Əlifağa qızına 15 mart 1978-ci ildə vəfat etmiş babası X1 qalmış, Salyan şəhəri, Səməd Vurğun küçəsi (yeni qaydalarla H.Əliyev küçəsi 10) 10-da kvadratmetr torpaq sahəsində yerləşən 2 otaqlı yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İddianı nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin (bundan sonra - MPM) 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, tərəfimdən iş materialları araşdırılarkən məlum olmuşdur ki, iddiaçı eyni iddia ərizəsi ilə bundan öncə də məhkəməyə müraciət etmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-2342/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmin qərardad onunla əsaslandırılmışdır ki, mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Hazırki ərizədən görünür ki, İddiaçı qismində cavabdehlər Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və üçüncü şəxslər Salyan rayon notariat kontoru, Salyan rayon VVADQ Şöbəsi və Salyan rayon Daşınmaz Əmlakın Qeydiyyatı İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək X2 06 yanvar 1928-ci ildə X4 qızı ilə evlənməsi, onların birgə nikahından 30 iyun 1929-cu ildə övladları X3 anadan olması, X5 1939-cu ildə ölməsi faktının müəyyən edilməsi, ona İddiaçı Əlifağa qızına 15 mart 1978-ci ildə vəfat etmiş babası X1 qalmış, Salyan şəhəri, Səməd Vurğun küçəsi (yeni qaydalarla H.Əliyev küçəsi 10) 10-da kvadratmetr torpaq sahəsində yerləşən 2 otaqlı yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. MPM-in 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki-prosessual qanunvericiliyə əsasən isə tərəflər (iddiaçı və cavabdeh) iddia icraatında (MPM-in 12-23-cü fəsilləri) mövcuddurlar. Xüsusi icraart qaydasında baxılan işlər (MPM-in 30-40-1-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir. Göründüyü kimi, iddiaçı X2 06 yanvar 1928-ci ildə X4 qızı ilə evlənməsi, onların birgə nikahından 30 iyun 1929-cu ildə övladları X3 anadan olması, X5 1939-cu ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə bildirir ki, İddiaçı tələbinə məhkəmədə xüsusi icraat qaydasında baxılmalı olduğundan ərizədə iş üzrə tərəflər iddiaçı deyil ərizəçi, cavabdeh deyil maraqlı şəxs olaraq göstərilməlidir. Eyni zamanda tələbin ikinci hissəsinə münasibətdə məhkəmə bildirir ki, İddiaçı tələbinə məhkəmədə iddia icraatı qaydasında baxılmalı olduğundan ərizədə iş üzrə tərəflər iddiaçı və cavabdeh olaraq göstərilməlidir. Həmçinin iddia ərizəsində cavabdeh Maraqlı şəxs4, üçüncü şəxs olaraq göstərilmiş Salyan rayon notariat kontoru, Salyan rayon VVADQ Şöbəsi və Salyan rayon Daşınmaz Əmlakın Qeydiyyatı İdarəsinin (üçüncü şəxslərin adları yanlış göstərilmiş) poçt ünvanları göstərilməmişdir. MPM-in 149.2.2-ci madəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən ərizənin forma və məzmununa riayət olunmadığından ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçıya qərardadın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunmuş, lakin buna baxmayaraq iddiaçı tərəfindən həmin nöqsanlar aradan qaldırılmamış, o, eyni iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-nin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələ də həll olunmalıdır. Belə ki, MPM-nin 114.1.3-ci maddəsinə əsasən, qüvvədə olan qanunvericilik üzrə ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericilik üzrə tələb edilən miqdarda dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və üçüncü şəxslər Salyan rayon notariat kontoru, Salyan rayon VVADQ Şöbəsi və Salyan rayon Daşınmaz Əmlakın Qeydiyyatı İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbi barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar