Məhkəmə qərarları › İş №e-2(057)-2449/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2449/2025

20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2449/2025 20.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, URMİYA - YATAQ - CARPAYİ - BAZALİ, MATRAS - BELLA , URMİYA - YATAQ - TUMBA2 ədəd, KOSOVA- YUMSAQ - KUNC mebel əşyası, URMİYA- YATAQ - TRUMO , URMİYA- YATAQ - DOLAB - 5 QAPİLİ üçün 2833.92 manat ödənilməmiş hissə, 283.39 manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, 2 ədəd ZƏMANƏT + 3 İL XİDMƏTİ , TOZSORAN SAMSUNG, HOFFMANN SOAC kondisioner üçün 1410.75 manat ödənilməmiş hissə, 141.08 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, İMEİ KODU **********72181 HONOR X8B markalı telefon üçün, 580.42 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, 58.04 manat dəbbə, ümumilikdə 5331.20 manat borc, 73.32 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, URMİYA - YATAQ - CARPAYİ - BAZALİ, MATRAS - BELLA , URMİYA - YATAQ - TUMBA 2 ədəd, KOSOVA - YUMSAQ - KUNC mebel əşyası, URMİYA- YATAQ - TRUMO , URMİYA- YATAQ - DOLAB - 5 QAPİLİ, 2 ədəd ZƏMANƏT + 3 İL XİDMƏTİ , TOZSORAN SAMSUNG, HOFFMANN SOAC kondisioner, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, İMEİ KODU **********72181HONOR X8B markalı telefon almış və nəticədə 5331.20 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3413.92 manat (18 ay x 157.44 manat + 580 manat ilkin ödəniş) olan URMİYA- YATAQ - CARPAYİ - BAZALİ, MATRAS - BELLA, URMİYA- YATAQ - TUMBA2 ədəd, KOSOVA- YUMSAQ - KUNC mebel əşyası, URMİYA- YATAQ - TRUMO , URMİYA - YATAQ - DOLAB - 5 QAPİLİ üçün ümumilikdə, 3117.31 manat olmaqla ondan, 2833.92 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 283.39 manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1782 manat (24 ay x 74.25 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd ZƏMANƏT + 3 İL XİDMƏTİ , TOZSORAN SAMSUNG, HOFFMANN SOAC kondisioner üçün ümumilikdə, 1551.83 manat olmaqla ondan, 1410.75 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 141.08 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 625.42 manat (18 ay x 34.19 manat + 10 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, İMEİ KODU **********72181 HONOR X8B markalı telefon almış üçün ümumilikdə, 662.06 manat olmaqla ondan, 580.42 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, müştəriyə güzəşt olunaraq 58.04 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 996.25 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslimaktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə “Elekteron Məhkəmə” sisteminə ərizə yerləşdirərək məhkəmə iclasında üzrlü səbəbdən iştirakı etməsinin mümkün olamamasını, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbini müdafiə etdiklərini, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli, müqavilədən görünür ki, cavabdeh iddiaçıdan URMİYA - YATAQ - CARPAYİ - BAZALİ, MATRAS - BELLA , URMİYA - YATAQ – TUMBA 2 ədəd, KOSOVA- YUMSAQ - KUNC mebel əşyası, URMİYA- YATAQ - TRUMO , URMİYA- YATAQ - DOLAB - 5 QAPİLİ almışdır. İş materiallarında olan iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, müqavilədən görünür ki, cavabdeh iddiaçıdan 2 ədəd ZƏMANƏT + 3 İL XİDMƏTİ , TOZSORAN SAMSUNG, HOFFMANN SOAC kondisioner almışdır. İş materiallarında olan iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, İMEİ KODU **********72181 HONOR X8B markalı telefon almışdır. İş materiallarında olan İddiaçının maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, URMİYA - YATAQ - CARPAYİ - BAZALİ, MATRAS - BELLA , URMİYA - YATAQ - TUMBA2 ədəd, KOSOVA- YUMSAQ - KUNC mebel əşyası, URMİYA- YATAQ - TRUMO , URMİYA- YATAQ - DOLAB - 5 QAPİLİ üçün 2833.92 manat ödənilməmiş hissə, 283.39 manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, 2 ədəd ZƏMANƏT + 3 İL XİDMƏTİ , TOZSORAN SAMSUNG, HOFFMANN SOAC kondisioner üçün 1410.75 manat ödənilməmiş hissə, 141.08 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, İMEİ KODU **********72181 HONOR X8B markalı telefon üçün, 580.42 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, 58.04 manat dəbbə, ümumilikdə 5331.20 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 73,32 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 283,39 manat cərimə borcu kredit borcuna mütənasib olmadığından 80 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 141,08 manat cərimə borcu kredit borcuna mütənasib olmadığından 50 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 58,04 manat cərimə borcu kredit borcuna mütənasib olmadığından 20 manat məbləğinə azaldılması məqsədə uyğundur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2833.92 manat ödənilməmiş hissə, 80 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1410.75 manat ödənilməmiş hissə, 50 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 580.42 manat ödənilməmiş hissə, 20 manat dəbbə, pulu, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, ümumilikdə 4998,69 manat borc və iddianın təmin edilmiş hissəsinə mütənasib 70 manat manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2833.92 manat ödənilməmiş hissə, 80 manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1410.75 manat ödənilməmiş hissə, 50 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 580.42 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 manat, 20 manat dəbbə, ümumilikdə 4998,69 manat borc və iddianın təmin edilmiş hissəsinə mütənasib 70 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar