Məhkəmə qərarları › İş №e-2(057)-247/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-247/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-247/2025 14.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON 5 SLİM üçün 1223.04 (bir min iki yüz iyirmi üç manat dörd qəpik) manat ödənilməmiş hissə, 122.96 (bir yüz iyirmi iki manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, SEDEF - YUMSAQ - KUNC - MARİYA markalı mebel əşyası üçün 523.67 (beş yüz iyirmi üç manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, 52.33 (əlli iki manat otuz üç qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, KİESLECT CALLİNG WATCH KS PRO qol saatı üçün, 214.68 (iki yüz on dörd manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 21.32 (iyirmi bir manat otuz iki qəpik) manat cərimə, ümumilikdə 2158 manat borc, 41.58 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-ci il və xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, PLAYSTATİON 5 SLİM , SEDEF - YUMSAQ - KUNC - MARİYA markalı mebel əşyası , KİESLECT CALLİNG WATCH KSPRO qol saatı almış və nəticədə 2158 (iki min yüz əlli səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1435.2 (min dörd yüz otuz beş manat iyirmi qəp) manat (12 ay 112.1 manat + 90 manat ilkin ödəniş) PLAYSTATİON 5 SLİMüçün ümumilikdə, 1346 (min üç yüz qırx altı) manat olmaqla ondan, 1223.04 (min iki yüz iyirmi üç manat dörd qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 122.96 (yüz iyirmi iki manat doxsan altı qəp) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 840 (səkkiz yüz qırx) manat (24 ay x 35 manat + 0 manat ilkin ödəniş) SEDEF - YUMSAQ - KUNC – MARİYA markalı mebel əşyası üçün ümumilikdə, 576 (beş yüz yetmiş altı) manat olmaqla ondan, 523.67 (beş yüz iyirmi üç manat altmış yeddi qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 52.33 (əlli iki manat otuz üç qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 352.08 (üç yüz əlli iki manat səkkiz qəp) manat (18 ay x 19.56 manat + 0 manat ilkin ödəniş) KİESLECT CALLİNG WATCH KS PRO qol saüaçtıün ümumilikdə, 236 (iki yüz otuz altı) manat olmaqla ondan, 214.68 (iki yüz on dörd manat altmış səkkiz qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 21.32 (iyirmi bir manat otuz iki qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, ZƏMANƏT + 3 İL xidmətindən xx.xx.2023-ci il tarixində imtina etmiş və məhsul 90manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 226.33 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 90 manat, ümumilikdə, 316.33 manat təşkil edir. Digər müqavilələr üçün cəmi ödədiyi məbləğ 349.56 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-ci il, xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sadə məhkəmə bildirişi “köçüb” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 02676228 saylı, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı SEDEF - YUMSAQ - KUNC – MARİYA markalı mebel cavabdehə satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 16653965 saylı, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən KİESLECT CALLİNG WATCH KS PRO qol saatı cavabdehə satılmışdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış № 03248229 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı tərəfindən PLAYSTATİON 5 SLİM cavabdehə satılmışdır. İş materiallarında olan iddiaçının 15 noyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 1961.39 manat ödənilməmiş hissə, 196.61 manat cərimə borcu olmaqla, cəmi 2158 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 41.58 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üçün kredit borcu 523.67 manata mütənasib olmadığından 52.33 manat məbləğində cərimə pulunun 10 manat, xx.xx.2023-cü il tarixli kredit borcu 214.68 manata mütənasib olmadığından 21.32 manat məbləğində cərimə pulunun 2 manat, xx.xx.2024-cü il tarixli kredit borcu 1223.04 manata mütənasib olmadığından 122.96 manat məbləğində cərimə pulunun 30 manat məbləğinə azaldılması məqsədə uyğundur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən № 02676228 saylı, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 523.67 (beş yüz iyirmi üç manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, № 16653965 saylı, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 214.68 (iki yüz on dörd manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 02 (iki) manat cərimə, № 03248229 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1223.04 (bir min iki yüz iyirmi üç manat dörd qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, ümumilikdə 2.003,39 (iki min üç manat otuz doqquz qəpik) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 40.03 (qırx manat üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh № 02676228 saylı, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 523.67 (beş yüz iyirmi üç manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, № 16653965 saylı, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 214.68 (iki yüz on dörd manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 02 (iki) manat cərimə, № 03248229 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1223.04 (bir min iki yüz iyirmi üç manat dörd qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, ümumilikdə 2.003,39 (iki min üç manat otuz doqquz qəpik) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 40.03 (qırx manat üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar