Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2491/2024 20.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva X3 Elvin Elton oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan şəhəri N.Babayev küçəsi ev 2, m 2-də yaşayan Cavabdeh2 iki nəfər ona zaminlik edən Salyan şəhəri N.Babayev küçəsi ev 2 m 3-də yaşayan Cavabdeh1 və Salyan şəhəri T.Xəlilbəyli küçəsi ev 3-də yaşayan Cavabdeh4 ilə birlikdə işlədiyi mağazaya gəlmiş, kreditə dəyər qiyməti 660 manat olan 1 ədəd Midea MDRT294FGF01 markalı soyuducunu zaminləri vasitəsilə alqı-satqı müqaviləsi bağladıqdan sonra 12 ay müddətinə kreditə götürmüşdür. Aralarında “bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mağazadan götürdüyü soyuducuya görə mağazanın xəzinəsinə 70 nanat ilkin ödəniş etməli və hər ay mağazaya 50 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 70 manat ilkin ödəniş etmiş, 1 il 3 ay müddət ərzində 50 manat əsas borcdan ödəmiş və 1 il 3 ay müddət ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 50 manat ödəniş etmişdir. Bununlada Cavabdeh2 hal-hazırda xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən mağazanın xəzinəsinə 540 manat əsas borcu yaranmışdır.Növbəti dəfə 24 noyabr 2023-cü il tarixdə Salyan şəhəri N.Babayev küçəsi ev 2 m 2-də yaşayan Cavabdeh2 soğlu işlədiyi mağazaya gəlmiş, kreditə dəyər qiyməti 273 manat olan 1 ədəd Bekaran İran markalı peçi alqı-satqı müqaviləsi bağladıqdan sonra 6 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mağazadan götürdüyü peçə görə mağazanın xəzinəsinə 30 manat ilkin ödəniş etməli və hər ay mağazaya 41 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 30 manat ilkin ödəniş etmiş, 1 il 1 ay müddət ərzində mağazanın xəzinəsinə heç bir ödəniş etməmişdir. Bununlada Cavabdeh2 halhazırda xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən mağazanın xəzinəsinə 243 manat əsas borcu yaranmışdır.Növbəti dəfə 13 sentyabr 2023-cü il tarixdə Salyan şəhəri N.Babayev küçəsi ev 2 m 2-də yaşayan Cavabdeh3 bir nəfər ona zaminlik edən Salyan şəhəri N.Babayev küçəsi ev 2 m 2-də yaşayan Cavabdeh5 ilə birlikdə işlədiyi mağazaya gəlmiş, kreditə dəyər qiyməti 581 manat olan 1 ədəd Honor X8 a (6/128) markalı telefonu zamini vasitəsilə alqı-satqı müqaviləsi bağladıqdan sonra 6 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 mağazadan götürdüyü telefona görə mağazanın xəzinəsinə 50 manat ilkin ödəniş etməli və hər ay mağazaya 89 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 50 manat ilkin ödəniş etmiş,1 il 3 ay müddət ərzində 90 manat əsas borcdan ödəmiş və 1 il 3 ay müddət ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 90 manat ödəniş etmişdir. Bununlada Cavabdeh3 hal-hazırda xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən mağazanın xəzinəsinə 441 manat əsas borcu yaranmışdır.Müqavilənin icrasından irəli gələn mübahisələri danışıq yolları ilə həll etmək mümkün olmadığı üçün o, Salyan şəhəri N.Babayev küçəsi ev 2 m 2 ünvanında yaşayan Cavabdeh2, ünvan 1da yaşayan Cavabdeh1, ünvan 2ında yaşayan Cavabdeh4, Salyan şəhəri N.Babayev küçəsi ev 2 m 2 ünvanında yaşayan Cavabdeh3 və Salyan şəhəri N.Babayev küçəsi ev 2 m 2 ünvanında yaşayan Cavabdeh5 ünvanına məktublar göndərərək mağazaya vurduğu ziyanı ödəməsini tələb edilsədə Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 bundan qəsdən imtina etmiş mübahisənin danışıq yolu ilə nizama salınmasını istəməmiş və onunla heç bir əlaqə saxlamamışlar. Odur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 Mahir qızı və Cavabdeh5 ilə aralarında bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərini pozduqları üçün o, məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X6 540 manat əsas borc, X2 243 manat əsas borc, Cavabdeh3 və X1 441 manat əsas borc və dövlət rüsumu kimi ödədiyi 32,24 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, borcluya 06 ay müddətinə hissə-hissə ödəmək şərtilə dəyəri 581 manat olan 1 ədəd Honor X8 a (6/128) markalı telefonu satmışdır. xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, zamin Cavabdeh5 kreditor qarşısında alqı-satqı müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin ödənilməsi öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ilə X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, borclu Cavabdeh2 06 ay müddətinə hissə-hissə ödəmək şərtilə dəyəri 273 manat olan 1 ədəd Bekaran İran peçi satmışdır. xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, zamin Cavabdeh1 kreditor qarşısında alqı-satqı müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin ödənilməsi öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, borcluya 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə dəyəri 660 manat olan 1 ədəd Midea MDRT294FGF01 markalı soyducu satmışdır. xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh1 və Cavabdeh4 kreditor qarşısında alqı-satqı müqaviləsi və onlara ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin ödənilməsi öhdəliyini tamamilə icra etmələri üçün məsuliyyəti öz üzərinə götürmüşdülər. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan və bildirişin surətindən görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. Ödənilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 55,83 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh Həmidov X5 Elvin Elton oğlu ilə aralarında bağlanmış xx.xx.2023, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, cavabdehə verilmiş alqı-satqı qiyməti 660 manat olan 1 ədəd Midea MDRT294FGF01 markalı soyuducunu 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə, 273 manat olan 1 ədəd Bekaran İran peçi 6 ay müddətinə hissə-hissə ödəmək şərtilə, cavabdeh Həmidova X7 Elvin Elton oğlu ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 581 manat olan 1 ədəd Honor X8 a (6/128) markalı telefonu 6 ay müddətinə hissə-hissə ödəmək şərtilə almışdır. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh4 ilə kreditor arasında zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə İddiaçı qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bundan başqa, cavabdeh Həmidova X4 Elvin Elton oğlu ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, cavabdehə verilmiş alqı-satqı qiyməti 660 manat olan 1 ədəd Midea MDRT294FGF01 markalı soyducunu 12 ay müddətinə hissəhissə ödəmək şərti ilə, 273 manat olan 1 ədəd Bekaran İran peçini 6 ay müddətinə hissəhissə ödəmək şərtilə almışdır. Cavabdeh3 Əliqulu qızına kredit verilərkən Cavabdeh5 ilə kreditor arasında zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə İddiaçı qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, lakin həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər cavabdehlərin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehlər müqavilə üzrə alınmış öhdəliyə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 32,24 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X6 540 manat əsas borc, X2 243 manat əsas borc, Cavabdeh3 və X1 441 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 32,24 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227,233,284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X6 540 manat əsas borc, X2 243 manat əsas borc, Cavabdeh3 və X1 441 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 32,24 manat məbləğində pul müştərək manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-2491/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2491/2024
20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver