Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2508/2025 06.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı “X24 Fermer Təsərrüfatı” MMC-nin (hazırkı adı “X26-İstehsalat Kompleksi” MMC) etibarnamə üzrə nümayəndəsi X4, Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı “X24 Fermer Təsərrüfatı” MMC-nin (hazırkı adı “X26-İstehsalat Kompleksi” MMC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 Təqaüd qızı, Cavabdeh3, X10, X3 və üçüncü şəxs Salyan rayon icra və probasiya şöbəsinə qarşı “torpaq sahəsində yerləşən özbaşına inşa edilmiş fərdi yaşayış evindən çıxarılma və həmin özbaşına tikilinin sökülməsi ” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X24 Fermer Təsərrüfatı” MMC (hazırkı adı “X26-İstehsalat Kompleksi” MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 Təqaüd qızı, Cavabdeh3, X10 və üçüncü şəxs Salyan rayon icra və probasiya şöbəsinə qarşı “torpaq sahəsində yerləşən özbaşına inşa edilmiş fərdi yaşayış evindən çıxarılma və həmin özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onların azyaşlı uşaqları ilə birlikdə Salyan rayon Məhkəməsinin 2(057)-43/2015 saylı, 02 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə sökülməli olan Salyan rayonu Qaraçala qəsəbəsində “X26- İstehsalat Kompleksi” MMC-yə məxsus torpaq sahəsində yerləşən özbaşına inşa edilmiş fərdi yaşayış evindən çıxarılmalarına və həmin özbaşına tikilinin sökülməsinin təmin edilməsi məqsədilə “X26-İstehsalat Kompleksi” MMC-nin əməli istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayon Məhkəməsinin 2(057)-43/2015 saylı, 02 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı “X24 Fermer Təsərrüfatı” MMC-nin cavabdeh X11 qarşı özbaşına tikilmiş tikintinin öz hesabına sökülməsi və torpağın məhsuldar üst qatına 550.000 manat dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh R.C.Məmmədov tərəfindən “X24 Fermer Təsərrüfatı” MMC-nin mülkiyyətində olan və Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən torpaq sahəsindəqanunsuz inşa edilmiş ev və iki damın cavabdehin hesabına sökülməsi, cavabdeh R.C.Məmmədovdan “X24 Fermer Təsərrüfatı” MMC-yə məxsus 1 (bir) ha torpaq sahəsinin münbit üst qatına vurduğu ziyanın əvəzi olaraq 42350 manat məbləğində pulun alınaraq iddiaçı “X24 Fermer Təsərrüfatı”nın xeyrinə ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Salyan rayon icra və probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X5 Salyan rayon Məhkəməsinin 2(057)-43/2015 saylı 02 oktyabr 2015-ci il tarixli icra vərəqəsi üzrə 15 iyul 2021-ci il tarixdə qəbul etdiyi “icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarla “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 70.4cü və 85-ci maddələrinə istinadən Salyan Rayon Məhkəməsinin 2(057)-43/2015 saylı, 02 oktyabr 2015-ci il tarixli icra vərəqəsinin icrasının mümkün olmaması əsası ilə sözügedən icra vərəqəsinin onu qəbul etmiş məhkəməyə qaytarılması qərara alınmışdır. Hazırkı iş üzrə icra məmuru tərəfindən qəbul olunmuş 15 iyul 2021-ci il tarixli qərarın məzmunundan görünür ki, icra məmuru yuxarıda sözügedən icra sənədi üzrə borclu X7 vəfat etməsinə, “İcra haqqında” Azərbaycan Respublikası qanunun 17.1.1-ci maddəsinə əsasən icra vərəqəsi üzrə icraatın dayandırılmasına, icra vərəqəsi üzrə borclu R.C.Məmmədovun vərəsələrinin müəyyən olunması üçün Salyan rayon 2 saylı xüsusi notariat ofisinə rəsmi sorğu verilməsinə, sorğulara verilmiş cavablarla, eləcə də Salyan rayon icra və probasiya Şöbəsinin elektron icra sistemindən əldə edilmiş məlumatlara əsasən borclu R.C.Məmmədovun vərəsəsi (vərəsələri) barədə məlumatın əldə edilməsinin mümkün olmamasına əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikasının qanunun 31-ci maddəsinə istinad edərək hesab etmişdir ki, borclu R.C.Məmmədovun ölüm faktını təsdiq edən sənədin olmasına baxmayaraq, onun vərəsəsi barədə rəsmi məlumatın əldə edilməsi mümkün olmadığından borclu R.C.Məmmədovun vərəsəsi ilə əvəz olunması haqqında qərar qəbul etmək mümkün deyildir. Hazırda yuxarıda sözügedən icra sənədinə əsasən sökülməli olan evdə mərhum borclu X8 arvadı X3 və övladları,eləcə də nəvələri faktiki olaraq yaşayırlar. İcra sənədinə əsasən “X24 Fermer Təsərrüfatı” MMC-nin mülkiyyətində olan Salyan rayonu Qaraçala qəsəbəsinin ərazisində yerləşən torpaq sahəsində qanunsuz inşa edilmiş ev və iki damın sökülməsi də təmin edilməlidir. Lakin hazırkı iş üzrə cavabdehlər Salyan rayonu Çadırlı kəndində qeydiyyatda olmalarına baxmayaraq faktiki olaraq “X24 Fermer Təsərrüfatı” MMC-nin (hazırkı adı “X26-İstehsalat Kompleksi” MMC) mülkiyyətində olan Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən torpaq sahəsində məhkəməsi qətanaməsinə əsasən sökülməli olan qanunsuz inşa edilmiş evdə faktiki olaraq hazırda yaşadıqlarından hal hazırkı vaxtadək həmin qanunsuz evin sökülməsi mümkün olmamışdır. Odur ki, yuxarıda sözügedən məhkəmə qətnaməsinə əsasən sökülməli olan evin söküntüsünün təmin edilməsi üçün qanunsuz inşa edilmiş evdə faktiki olaraq heç bir hüquqi əsas olmadan yaşayan cavabdehlərin onların azyaşlı ailə üzvlərinə birlikdə həmin evdən çıxarılmalarına dair iddia ilə məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı “X26-İstehsalat Kompleksi” MMC-nin direktoru Nümayəndə “iddianın dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə cavabdehlər sırasına xx.xx.1961-ci il təvəllüdlü X2 da daxil edilməsini və mübahisələndirilən özbaşına tikilidə heç bir hüquqi əsası olmadan faktiki olaraq yaşadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X26-İstehsalat Kompleksi” MMC-nin etibarnamə üzrə nümayəndəsi X14 iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən Cavabdeh1 iddiya qarşı etiraz edərək bildirmişdir ki, 1992-ci ildə anasının adına Bələdiyyə sənədi ilə torpaq verilmiş, 1998-ci ildə ev tikilmişdir. Lakin qanunsuz olduğunu bilməmişlər. 1309 saylı akt əsasında 2006-cı ildə torpaq “X24 Fermer Təsərrüfatı” MMC-yə verilmişdir. Bu barədə 2015-ci il tarixdə məhkəmə qətnamə çıxarmışdır. Həmin evdə 8 ailə yaşayır. X12suz qətnamə çıxarmışdır. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 da iddiya qarşı etiraz edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Salyan Rayon Məhkəməsinin 2(057)-43/2015 saylı, 02 oktyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “X24 Fermer Təsərrüfatı” MMC-nin cavabdeh X11 qarşı özbaşına tikilmiş tikintinin öz hesabına sökülməsi və torpağın məhsuldar üst qatına 550.000 manat dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X15 tərəfindən “X24 Fermer Təsərrüfatı” MMC-nin mülkiyyətində olan və Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən torpaq sahəsində qanunsuz inşa edilmiş ev və iki damın cavabdehin hesabına sökülməsi, cavabdeh R.C.Məmmədovdan “X24 Fermer Təsərrüfatı” MMC-yə məxsus 1 (bir) ha torpaq sahəsinin münbit üst qatına vurduğu ziyanın əvəzi olaraq 42350 manat məbləğində pulun alınaraq iddiaçı “X24 Fermer Təsərrüfatı”nın xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-350/2016 saylı, 17 mart 2016-cı il tarixli qətnaməsindən görünür ki, cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-43/2015 saylı, 02 oktyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-350/2016 saylı, 16 iyun 2016-cı il tarixli qərardadından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-350/2016 saylı, 17 mart 2016-cı il tarixli qətnaməsindən cavabdeh X15 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X16 tərəfindən qəbul edilmiş 15 iyul 2021-ci il tarixli “icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-43/2015 saylı, 02 oktyabr 2015-ci il tarixli icra vərəqəsinin icrası mümkün olmadığından sözügedən icra vərəqəsinin onu qəbul etmiş məhkəməyə qaytarılması qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, İcra tədbirləri zamanı müəyyən olunmuşdur ki, borclu X17 ağır xəstə olduğu üçün vəfat etmişdir. Bu fakt Salyan rayon Qeydiyyat şöbəsinin müvafi məktubuna əsasən təsdiq olunmuşdur. Ona görə də, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.1-ci maddəsinə əsasən icra vərəqəsi üzrə icraat dayandırılmışdır. İcra vərəqəsi üzrə borclu X6 vərəsələrinin müəyyən olunması üçün Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinə rəsmi sorgu edilmişdir. Sorğulara verilmiş cavablara və Salyan rayon İcra və Probasiya şöbəsinin elektron icra sistemindən əldə edilmiş məlumata əsasən borclu, X6 vərəsələri barədə məlumat əldə etmək mümkün olmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçrüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquqi varisi ilə əvəz edir. İcraat zamanı icra sənədi üzrə tərəf olan fiziki şəxsin ölməsi ilə bağlı icra məmuru ölmüş şəxsin onun vərəsəsi ilə əvəz olunması haqqında qərar qəbul edərkən həmin şəxsin ölümü və vərəsəsi barədə müvafiq qaydada verilmiş şəhadətnamələrə əsaslanmalıdır. Qeyd edildiyi kimi, borclu X6 ölüm faktını təsdiq edən sənədin olmasına baxmayaraq, onun vərəsəsi barədə rəsmi məlumat əldə etmək mümkün olmamışdır. Ona görə də, borclu X6 vərəsəsi ilə əvəz olunması haqqında qərar qəbul etmək mümkün deyildir. Salyan RİHB-nın Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 29 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, mərhum X6 ailə tərkibi aşağdakılardan ibarətdir: X3 (həyət yoldaşı), övladları Cavabdeh6, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10, Cavabdeh4 (gəlini), Cavabdeh5 Təqaüd qızı (gəlini). Salyan rayonu Qaraçala qəsəbəsində yaşayanlar: X3 (həyət yoldaşı), övladları Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 Təqaüd qızı (gəlini) Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olan ailə üzvləri X3 (həyət yoldaşı), övladları Cavabdeh1 və Cavabdeh2dur. Beləliklə, tədqiq edilmiş iş materialları ilə məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, Salyan rayon Məhkəməsinin 2(057)-43/2015 saylı, 02 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı “X24 Fermer Təsərrüfatı” MMC-nin cavabdeh X11 qarşı “özbaşına tikilmiş tikintinin öz hesabına sökülməsi və torpağın məhsuldar üst qatına dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh Ramiz Məmmədov tərəfindən “X24 Fermer Təsərrüfatı” MMC-nin mülkiyyətində olan və Salyan rayonu Qaraçala qəsəbəsində yerləşən torpaq sahəsində qanunsuz inşa edilmiş ev və iki damın cavabdehin hesabına sökülməsi, cavabdeh R.C.Məmmədovdan “X24 Fermer Təsərrüfatı” MMC-yə məxsus 1 (bir) ha torpaq sahəsinin münbit üst qatına vurduğu ziyanın əvəzi olaraq 42350 manat məbləğində pulun alınaraq iddiaçı “X24 Fermer Təsərrüfatı”nın xeyrinə ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Salyan rayon icra və probasiya şöbəsinin 15 iyul 2021-ci il tarixdə qəbul etdiyi “icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarla Salyan Rayon Məhkəməsinin 2(057)-43/2015 saylı, 02 oktyabr 2015-ci il tarixli icra vərəqəsinin icrasının mümkün olmaması əsası ilə (icra sənədi üzrə tərəf olan fiziki şəxsin ölməsi ilə bağlı) sözügedən icra vərəqəsinin onu qəbul etmiş məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, mərhum Ramiz Məmmədovun ailə üzvləri hazırda “X24 Fermer Təsərrüfatı” MMC-yə məxsus torpaq sahəsində yerləşən və mərhum tərəfindən özbaşına inşa edilmiş fərdi yaşayış evində yaşayırlar. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırda Salyan rayon Məhkəməsinin 2(057)-43/2015 saylı, 02 oktyabr 2015-ci il tarixli qətnaməsi preyudisial əhəmiyyətə malik olmaqla, həmin tikili əvvəlki qətnamə ilə qanunsuz inşa kimi tanındığından və onun sökülməsi barədə qətnamə artıq qanuni qüvvəyə mindiyindən, mərhumun ailə üzvlərinin, yəni cavabdehlərin orada yaşaması hüquqi əsasdan məhrumdur. Bu səbəbdən onların həmin evdən çıxarılması tələbini məhkəmə əsaslı sayır və təmin olunmalı hesab edir. Bununla belə, məhkəmə hesab edir ki, torpaq sahəsinin MMC-nin istifadəsinə verilməsi tələbi əsassızdır, çünki torpaq üzərində mülkiyyət hüququ MMC-nin xeyrinə artıq əvvəlki qətnamə ilə müəyyən edilib və həmin hüquq qüvvədədir. Belə olan halda, torpağın yenidən MMC-nin istifadəsinə verilməsi barədə tələbin təmin olunmasını məhkəmə məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 Təqaüd qızı, Cavabdeh3, X10 və X1 rayonu Qaraçala qəsəbəsində yerləşən iddiaçı “Salyan Agro “ MMC-yə məxsus torpaq sahəsində yerləşən özbaşına inşa edilmiş fərdi yaşayış evindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4, Cavabdeh5 Təqaüd qızı, Cavabdeh3, X10 və X1 rayonu Qaraçala qəsəbəsində yerləşən iddiaçı “salyan Agro “ MMC-yə məxsus torpaq sahəsində yerləşən özbaşına inşa edilmiş fərdi yaşayış evindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-2508/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2508/2025
06.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver