Məhkəmə qərarları › İş №e-2(057)-2553/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-2553/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-2553/2024 26.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “alğı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh qarşı “alğı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Samsung 45W Charger+Cable, İMEİ KODU **********09485 Samsung Galaxy S23 markalı telefon üçün 643.37 manat ödənilməmiş hissə, 64.63 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********41914 Samsung Galaxy S23 FE markalı telefon üçün 631.37 manat ödənilməmiş hissə, 63.63 manat cərimə, ümumilikdə 1403 manat borc, 34.03 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq göstərmişdir ki, borclu müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyi üçün, işin baxılmamış saxlanılması, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun birlikdə geri qaytarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını araşdıraraq hesab edirəm ki, ərizə təmin edilməlidir. Belə ki, iddiaçının nümayəndəsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması ilə bağlı ərizəsini nəzərə alaraq hesab edirəm ki, "xxxx" MMC-nin Cavabdeh qarşı “alğı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmaqla iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 13.4.-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizəsi və ona əlavə olunmalı sənədlərin qaytarılmaqla baxılmamış saxlanılmasını nəzərdə tutan hüquqi norma olmadığından, analoji münasibətləri tənzimləyən MPM-in 259.0.11-ci maddəsinə müraciət edilməlidir. Belə ki, MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. MPM-in 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 34.03 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən “"xxxx" MMC-yə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 13.4, 114, 259, 260, 263, 264 və 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alğı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 34.03 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar