Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-256/2024 18.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********29822 “XİAOMİ REDMİ NOTE 10” markalı telefon üçün 580.86 (beş yüz səksən manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 58.14 (əlli səkkiz manat on dörd qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********28241 “XİAOMİ REDMİ NOTE 10” markalı telefon üçün 385.86 (üç yüz səksən beş manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 38.14 (otuz səkkiz manat on dörd qəpik) manat cərimə ümumilikdə 1063 manat borc və 30.63 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********29822 “XİAOMİ REDMİ NOTE 10S” markalı telefon, İMEİ KODU **********28241 “XİAOMİ REDMİ NOTE 10S” markalı telefon almış və nəticədə 1063 (bir min altmış üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 805.86 manat (yəni 18 ay x 44.77 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********29822, **********29830 “XİAOMİ REDMİ NOTE 10S” markalı telefon üçün ümumilikdə 639 manat olmaqla, ondan, 580.86 manat ödənilməmiş hissə, 58.14 manat cərimə borcu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 805.86 manat (yəni 18 ay x 44.77 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********28241, **********28258 “XİAOMİ REDMİ NOTE 10S” markalı telefon üçün ümumilikdə 424 manat olmaqla, ondan, 385.86 manat ödənilməmiş hissə, 38.14 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 645 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Odur ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********29822 “XİAOMİ REDMİ NOTE 10” markalı telefon üçün 580.86 (beş yüz səksən manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 58.14 (əlli səkkiz manat on dörd qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********28241 “XİAOMİ REDMİ NOTE 10” markalı telefon üçün 385.86 (üç yüz səksən beş manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 38.14 (otuz səkkiz manat on dörd qəpik) manat cərimə ümumilikdə 1063 manat borc və 30.63 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnmə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış № 03952191 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********28241, **********28258 “XİAOMİ REDMİ NOTE 10S” markalı telefon satılmışdır. İş materiallarında olan, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış № 03952192 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********29822, **********29830 “XİAOMİ REDMİ NOTE 10S” markalı telefon satılmışdır. İddiaçı "xxxx" MMC-yə məxsus 27 noyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh, ümumilikdə 1063 manat olmaqla, əsas borca görə 966.72 manat ödənilməmiş və 96.28 manat cərimə pulu borc yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-nə gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 30.63 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci madəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, № 03952191 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üçün tələb edilən 58.14 manat cərimə pulunun miqdarı yaranmış müqaviləsi üzrə kredit borcu 580.86 manata mütənasib olmadığından 58.14 manat məbləğində cərimə pulunun 06 manat və № 03952192 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üçün tələb edilən 38.14 manat cərimə pulunun miqdarı yaranmış üzrə kredit borcu 385.86 manata mütənasib olmadığından 38.14 manat məbləğində cərimə pulunun 04 manat məbləğinə azaldılması məqsədə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh № 03952191 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********28241 “XİAOMİ REDMİ NOTE 10S” markalı telefon üçün 385.86 (üç yüz səksən beş manat səksən altı) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə və № 03952192 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********29822 “XİAOMİ REDMİ NOTE 10S” markalı telefon üçün 580.86 (beş yüz səksən manat səksən altı) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə borcu və 30.63 (otuz manat altmış üç qəpik) manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh № 03952191 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********28241 “XİAOMİ REDMİ NOTE 10S” markalı telefon üçün əsas borca görə 385.86 (üç yüz səksən beş manat səksən altı) manat ödənilməmiş, 4 (dörd) manat cərimə və № 03952192 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********29822 “XİAOMİ REDMİ NOTE 10S” markalı telefon üçün əsas borca görə 580.86 (beş yüz səksən manat səksən altı) manat ödənilməmiş, 6 (altı) manat cərimə borcu və 30.63 (otuz manat altmış üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-256/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-256/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver