Məhkəmə qərarları › İş №e-2(057)-2653/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2653/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2653/2025 23.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh (bundan sonra –Cavabdeh və ya cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4609,92 (dörd min altı yüz doqquz manat, 92 qəpik) manat (18 ay x 229,44 manat + 480 manat ilkin ödəniş) olan İMEİ KODU **********53146 İPHONE 15 PRO MAX markalı telefon, APPLE ADAPTER, PLYONKA İSTEHSALİ XİDMƏTİ, PAKET XXXL XİDMƏTİ, ZƏMANƏT +3İL XİDMƏTİ üçün ümumilikdə, 3051,74 (üç min əlli bir manat, 74 qəpik) manat olmaqla ondan, 2752,85 (iki min yeddi yüz əlli iki manat, 85 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 275,29 (iki yüz yetmiş beş manat, 29 qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2562,04 (iki min beş yüz altmış iki manat, 04 qəpik) manat (18 ay x 86,78 manat + 1000 manat ilkin ödəniş) olan İMEİ KODU **********99120 İPHONE 16 markalı telefon üçün ümumilikdə, 1550,89 (min beş yüz əlli manat, 89 qəpik) manat olmaqla ondan, 1409,9 (min dörd yüz doqquz manat, 90 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 140,99 (yüz qırx manat, 99 qəpik) manat cərimə miqdarında borc yaranmışdır, ümumilikdə 4602.63 manat borc, 66.03 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********53146 İPHONE 15 PRO MAX markalı telefon, APPLE ADAPTER, PLYONKA İSTEHSALİ XİDMƏTİ, PAKETXXXL XİDMƏTİ, ZƏMANƏT + 3 İL XİDMƏTİ, İMEİ KODU **********99120 İPHONE 16 markalı telefon alınmış və nəticədə 4602,63 (dörd min altı yüz iki manat, 63 qəpik) manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat altmış qəpik) manat, müştəriyə güzəşt olunan 275,29 (iki yüz yetmiş beş manat, 29 qəpik) cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2562,04 (iki min beş yüz altmış iki manat, 04 qəpik) manat (18 ay x 86,78 manat + 1000 manat ilkin ödəniş) olan İMEİ KODU **********99120 İPHONE 16 markalı telefon üçün ümumilikdə, 1550,89 (min beş yüz əlli manat, 89 qəpik) manat olmaqla ondan, 1409,9 (min dörd yüz doqquz manat, 90 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 140,99 (yüz qırx manat, 99 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3009.21 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış № 09484420 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı Zəmanət 3 il xidməti, İPHONE 15 PRO MAX 256GB NATURAL mobil telefonu cavabdehə satılmışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh № 09484420 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən aşağıdakı qeyd olunan məhsulları tam qüsursuz halda təhvil verilmiş və hazırki iş üzrə cavabdeh olan Cavabdeh akta imza etməklə məhsualları qəbul etmişdir. İş materiallarında olan cavabdeh arasında bağlanmış № 09484420 saylı, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı, İPHONE 16 128GB Black markalı mobil telefonu cavabdehə satılmışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh № 17772623 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən aşağıdakı qeyd olunan məhsulları tam qüsursuz halda təhvil verilmiş və hazırki iş üzrə cavabdeh olan Cavabdeh akta imza etməklə məhsualları qəbul etmişdir. İş materiallarında olan iddiaçının 07 avqust 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 18 ay müddətinə 229.44 manat aylıq ödəniş etmək şərti ilə aldığı Zəmanət + 3 il xidməti, İPHONE 15 PRO MAX 256GB NATURAL mobil telefonu üçün 4609,92 manat alqı-satqı qiyməti olan məhsula görə 2752.85 (iki min yeddi yüz əlli iki manat səksən beş qəpik) manat ödənilməmiş hissə, 275.92 (iki yüz yetmiş beş manat doxsan iki qəpik) manat cərimə, alqı-satqı qiyməti 2562,04 (iki min beş yüz altmış iki manat dörd qəpik) manat , ödənilməmiş hissə , 1409,9 ( mindörd yüz doqquz manat doqquz qəpik) , 140.99 ( yüz qırx manat doxsan doqqun qəpik) cərimə, ümumilikdə, 4602,63 (dörd min altı yüz iki manat altmış üç qəpik) manat olmaqla, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat altmış qəpik) manat borcu yaranmışdır. Cavabdeh tərəfindən ayrı-ayrılıqda bağlanılmış müqavilələrə görə ümumilikdə 3009,21 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdeh iddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 66,03 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 601.1ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə hesab edir ki, cihazın İMEİ kodunun deaktiv olunması üsuli ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 (iyirmi üç manat altmış qəpik) manat rüsumun ödənilməsi barədə heç bir sübut iddia ərizəsinə əlavə edilmədiyi üçün həmin hissədə iddia təmin edilməməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 416,28 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 208 manat məbləğində pul tutulmalıdır. MPM-in 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən 4162,25 (dörd min altı yüz altmış iki manat iyirmi beş qəpik) manat ödənilməmiş hissə, 208 (iki yüz səkkiz) manat cərimə və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 66,03 (altmış altı manat üç qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 4436,28 (dörd min dörd yüz otuz altı manat iyirmi səkkiz qəpik) manat iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4162,25 (dörd min altı yüz altmış iki manat iyirmi beş qəpik) manat ödənilməmiş hissə, 208 (iki yüz səkkiz) manat cərimə və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 66,03 (altmış altı manat üç qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 4436,28 (dörd min dörd yüz otuz altı manat iyirmi səkkiz qəpik) manat iddiaçının xeyrinə tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar