Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2663/2025 25.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və zamini Cavabdeh3 tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 490 (dörd yüz doxsan) manat əsas borc, Cavabdeh3 və zaminləri Cavabdeh2, Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 1673 manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 41.63 (qırx bir manat altmış üç) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Salyan rayonu H.Z.Tağıyev küçəsi ev 99A - da yerləşən ” Elektro Center” mağazasında sahibkar fəaliyyəti ilə məşğul olur. 12 iyul 2024 - ci il tarixdə Salyan rayonu Şorsulu kənd sakini Cavabdeh2 1 nəfər ona zaminlik edən Salyan rayonu Şorsulu kənd sakini Cavabdeh3 ilə birlikdə işlədiyi mağazaya gəlmiş, kreditə dəyər qiyməti 650 manat olan 1 ədəd Samsung A24 (6/128) markalı telefonu zamini vasitəsilə alqı-satqı müqaviləsi bağladıqdan sonra 12 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mağazadan götürdüyü telefona görə mağazanın xəzinəsinə 60 manat ilkin ödəniş etməli və hər ay 50 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 60 manat ilkin ödəniş etmiş, 1 il 2 ay müddət ərzində 100 manat əsas borcdan ödəmiş və 1 il 2 ay müddət ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 100 manat ödəniş etmişdir. Bununlada Cavabdeh2 hal-hazırda mağazanın xəzinəsinə 490 manat əsas borcu yaranmışdır. Növbəti dəfə 15 noyabr 2024 - ci il tarixdə Salyan rayonu Şorsulu kənd sakini Cavabdeh3 2 nəfər ona zaminlik edən Salyan rayonu Şorsulu kənd sakini Cavabdeh2 və Cavabdeh1 ilə birlikdə işlədiyi mağazaya gəlmiş, kreditə dəyər qiyməti 1773 manat olan 1 ədəd Hisense 024 markalı kondisioneri zaminləri vasitəsilə alqı-satqı müqaviləsi bağladıqdan sonra 15 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 mağazadan götürdüyü kondisionerə görə mağazanın xəzinəsinə 100 manat ilkin ödəniş etməli və hər ay 112 manat ödəniş etməli idi. Lakin cavabdeh mağazanın xəzinəsinə 100 manat ilkin ödəniş etmiş , 10 ay müddət ərzində mağazanın xəzinəsinə heç bir ödəniş etməmişdir. Bununlada Cavabdeh3 hal-hazırda mağazanın xəzinəsinə 1673 manat əsas borcu yaranmışdır. Müqavilənin icrasından irəli gələn mübahisələri danışıq yolları ilə həll etmək mümkün olmadığı üçün iddiaçı tərəfindən Salyan rayonu Şorsulu kənd ünvanında yaşayan Cavabdeh2, Salyan rayonu Şorsulu kənd ünvanında yaşayan Cavabdeh3 və Salyan rayonu Şorsulu kənd ünvanında yaşayan Cavabdeh1 ünvanına məktublar göndərərək mağazaya vurduğu ziyanı ödəməsini tələb etmişdir. Lakin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 bundan qəsdən imtina etmiş və mübahisənin danışıq yolu ilə nizama salınmasını istəməmiş və bizimlə heç bir əlaqə saxlamamışlar. Odur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilə aramızda bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərini pozduğu üçün məhkəmə qarşısında iddia tələbi təmin edilməlidir. İş materiallarında olan notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh2 İddiaçı dəyəri 650 manat olan 1 ədəd SAMSUNG A24 (6/128) markalı telefonu ilkin ödəniş 60 manat olmaqla,12 ay müddətinə aylıq 50 manat odəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan notarial qaydada bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh3 İddiaçı dəyəri 1773 manat olan 1 ədəd HİSENSE 024 markalı kondisoneri ilkin ödəniş 100 manat olmaqla,15 ay müddətinə aylıq 112 manat odəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsinin təmin edilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 2536 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh2 650 manat dəyərində SAMSUNG A24(6/128) markalı telefon satılmış, borcun təminatı olaraq Cavabdeh3 ilə İddiaçı xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 3325 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh3 1773 manat dəyərində HİSENSE 024 markalı kondisoner satılmış, borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 470, 567 və 600-cü maddələri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsinə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq satıcı ilə Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin Cavabdeh3 ilə bağlanmış kredit müqaviləsinin təminatı olaraq satıcı ilə Cavabdeh2 Mirə oğlu və Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nisyə alqı-satqı borcu üzrə satıcı olan iddiaçı qarşısında öz öhdəliklərini icra etmədiyindən məhkəmə qətnaməsinə əsasən borcun cavabdehlərdən, yəni borclu və zaminlərdən müştərək qaydada tutulması qət edilməlidir. Beləliklə, hazırki mübahisənin faktiki və hüquqi əsasları ilə Mülki Məcəllənin 470, 472 və 475-ci maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Dövlət aparatının hissəsi olaraq məhkəmələr hüquqtətbiqetmə fəaliyyəti ilə mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi intizamlanması, qanunçuluq prinsipinə əməl etmələrinin təmin edilməsi məqsədilə hüquqi müəyyən, qüvvədə olan hüquq normalarının tətbiqini şərtsiz olaraq təmin etməlidirlər. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hazırki iddia tələbi üzrə öhdəliyinin icrasının təmin edilməsinin sübut edilməsi yükü cavabdehin üzərindədir. Mülki proses iştirakçıları (xüsusilə cavabdeh) prosessual aktivlik nümayiş etdirməklə iddia tələbinin təkzib edilməsi ilə bağlı sübutetmə fəaliyyətini təşkil etməlidir. Məhkəmənin işdəki tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı və zaminlik müqavilələrinin etibarsızlığı əsasları hazırda müəyyən edilmir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunması xüsusatı nəzərə alınmaqla dövlət rüsumu olaraq ödənilmiş 60 (altmış) manat məhkəmə xərci cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 490 (dörd yüz doxsan) manat əsas borc, Cavabdeh3 və zamini Cavabdeh2, Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 1673 manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 41.63 (qırx bir manat altmış üç) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2,Cavabdeh3, Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 490 (dörd yüz doxsan) manat əsas borcun, bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qayda da 1673 manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 41.63 (qırx bir manat altmış üç qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №e-2(057)-2663/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2663/2025
25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver