Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2747/2025 20.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, WİNDOWS 11, VİPER kompüter çantası, LENOVO İDEAPAD 1 kompüter, MİCROSOFT OFFİCE üçün 1034.94 manat ödənilməmiş hissə, 103.49 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********80950 İPHONE 16 PRO, CASE , HD GLASS, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti üçün 4568.4 manat ödənilməmiş hissə, 456.84 manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, LG ev kinoteatrı, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün , 602.46 manat ödənilməmiş hissə, 60.25 manat dəbbə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 3 ədəd TAVAMORELLİ, APPLE USB, MOUSE üçün 39.38 manat ödənilməmiş hissə, 3.94 manat dəbbə, ümumilikdə 6869.70 manat borc, 88.70 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı0ş7.11.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, HOFFMANN musiqi mərkəzi, WİNDOWS 11, VİPER kompüter çantası, LENOVO İDEAPAD 1 kompüter, MİCROSOFT OFFİCE, İmei kod **********80950 İPHONE 16 PRO, CASE , HD GLASS,PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, LG ev kinoteatrı, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, 3 ədəd TAVA MORELLİ, APPLE USB, MOUSE almış və nəticədə 6869.70 (altı min səkkiz yüz altmış doqquz manat, 70 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1706.94 (bi rmin yeddi yüz altı manat, 94 qəpik) manat (18 ay x 94.83 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 2 İLxidməti, HOFFMANN musiqi mərkəzi, WİNDOWS 11, VİPER kompüter çantası, LENOVO İDEAPAD 1 kompüter, MİCROSOFT OFFİCE üçün ümumilikdə 1138.43 manat olmaqla ondan, 1034.94 manat ödənilməmiş hissə, güzəşt olunaraq 103.49 manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4818.9 manat (18 ay x 261.05 manat + 120 manat ilkin ödəniş) olan İmei kod **********80950 İPHONE 16 PRO, CASE , HD GLASS, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidmətüiçün ümumilikdə, 5025.24 manat olmaqla ondan, 4568.4 manat ödənilməmiş hissə, güzəşt olunaraq 456.84 manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 831.96 (səkkiz yüz otuz bir manat, 96 qəpik) manat (12 ay x 69.33 manat + 0 manat ilkin ödəniş) olan LG ev kinoteatrı, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməütiçün ümumilikdə, 662.71 (altı yüz altmış iki manat, 71 qəpik) manat olmaqla ondan, 602.46 (altı yüz iki manat, 46 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 60.25 (altmış manat, 25 qəpik) manat dəbbə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 140.88 (yüz qırx manat, 88 qəpik) manat (6 ay x 23.48 manat + 0 manat ilkin ödəniş) olan 3 ədəd TAVA MORELLİ, APPLE USB, MOUSüEçün ümumilikdə, 43.32 (qırx üç manat, 32 qəpik) manat olmaqla ondan, 39.38 (otuz doqquz manat, 38 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 3.94 (üç manat, 94 qəpik) manat dəbbə pulu borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-ci il tarixində HOFFMANN musiqi mərkəzindən imtina etmiş və məhsul 486 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 186 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 486 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 581.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.Tələblərinin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə “Elekteron Məhkəmə” sisteminə ərizə yerləşdirərək məhkəmə iclasında üzrlü səbəbdən iştirakı etməsinin mümkün olmamasını, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbini müdafiə etdiklərini, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan müqavilələrdən görünür ki, cavabdeh iddiaçıdan xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, WİNDOWS 11, VİPER kompüter çantası, LENOVO İDEAPAD 1 kompüter, MİCROSOFT OFFİCE ; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********80950 İPHONE 16 PRO, CASE , HD GLASS, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, LG ev kinoteatrı, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti ; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 3 ədəd TAVAMORELLİ, APPLE USB, MOUSE almışdır. İş materiallarında olan İddiaçının maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, WİNDOWS 11, VİPER kompüter çantası, LENOVO İDEAPAD 1 kompüter, MİCROSOFT OFFİCE üçün 1034.94 manat ödənilməmiş hissə, 103.49 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********80950 İPHONE 16 PRO, CASE , HD GLASS, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti üçün 4568.4 manat ödənilməmiş hissə, 456.84 manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, LG ev kinoteatrı, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün , 602.46 manat ödənilməmiş hissə, 60.25 manat dəbbə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 3 ədəd TAVAMORELLİ, APPLE USB, MOUSE üçün 39.38 manat ödənilməmiş hissə, 3.94 manat dəbbə, ümumilikdə 6869.70 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 88,70 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 103,49 manat cərimə borcu kredit borcuna mütənasib olmadığından 50 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 456,84 manat cərimə borcu kredit borcuna mütənasib olmadığından 130 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 60,25 manat cərimə borcu kredit borcuna mütənasib olmadığından 20 manat məbləğinə azaldılması məqsədə uyğundur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1034.94 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 4568.4 manat ödənilməmiş hissə, 130 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 602.46 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 39.38 manat ödənilməmiş hissə, 3.94 manat dəbbə pulu, ümumilikdə 6379,12 manat borc və iddianın təmin edilmiş hissəsinə mütənasib 85 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1034.94 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 4568.4 manat ödənilməmiş hissə, 130 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 602.46 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 39.38 manat ödənilməmiş hissə, 3.94 manat dəbbə pulu, ümumilikdə 6379,12 manat borc və iddianın təmin edilmiş hissəsinə mütənasib 85 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №e-2(057)-2747/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2747/2025
20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver