Məhkəmə qərarları › İş №e-2(057)-2859/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2859/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2859/2025 22.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - "xxxx" MMC və ya iddiaçı) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün 946.76 manat ödənilməmiş hissə, 94.68 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********52227 BLACKVİEWA100, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET XL xidmətiüçün 315.15 manat ödənilməmiş hissə, 31.52 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd DÖŞƏK – TEKSTİL üçün 290 manat ödənilməmiş hissə, 29 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 6 ədəd HAVLU – TEKSTİL üçün 114.84 manat ödənilməmiş hissə, 11.48 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd YASTİQ – TEKSTİL üçün 94.18 manat ödənilməmiş hissə, 9.42 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, VENTİLYATOR HOFFMANN, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün 55.33 manat ödənilməmiş hissə, 5.53 manat cərimə ümumilikdə 1997.89 manat borc və 39.98 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı1ş9.04.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-ci il tarixlərindəki müqavilələrə əsasən, PALTARYUYAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, İmei kod **********52227 BLACKVİEWA100, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET XL xidməti, 2 ədəd DÖŞƏK – TEKSTİL, 6 ədəd HAVLU – TEKSTİL, 2 ədəd YASTİQ – TEKSTİL, VENTİLYATOR HOFFMANN, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti almış və nəticədə 1997.89 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1706.76 (bir min yeddi yü zaltı manat, 76 qəpik) manat (18 ay x 94.82 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti üçün 1041.44 (bir min qırx bir manat, 44 qəpik) manat olmaqla ondan, 946.76 (doqquz yüz qırx alıt manat, 76 qəpik) manat ödənilməmiş hissə, 94.68 (doxsan dör dmanat, 68 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 576.36 (beş yüz yetmiş alıt manat, 36 qəpik) manat (18 ay x 30.022 manat + 36 manat ilkin ödəniş) olan İmei kod **********52227 BLACKVİEWA100, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET XL xidməti üçün 346.67 (üç yü zqırx altı manat 67 qəpik) manat olmaqla ondan 315.15 (üç yüzon beş manat, 15 qəpik) manat ödənilməmiş hissə, 31.52 (otuz birmanat, 52 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat (18 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd DÖŞƏK – TEKSTİL üçün 319 manat olmaqla ondan 290 (iki yüz doxsan) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 129.24 manat (18 ay x 7.18 manat + 0 manat ilkin ödəniş) olan 6 ədəd HAVLU – TEKSTİL üçün 126.32 manat olmaqla ondan 114.84 (yüz on dörd manat, 84 qəpik) manat ödənilməmiş hissə, 11.48 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 119.88 (yüz on doqquz manat, 88 qəpik) manat (18 ay x 6.66 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd YASTİQ – TEKSTİL üçün 103.60 (yüz üç manat, 60 qəpik) manat olmaqla ondan 94.18 (doxsan dörd manat, 18 qəpik) manat ödənilməmiş hissə, 9.42 (doqquz manat, 42 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 125.04 (yüz iyirmi beş manat, 4 qəpik) manat (18 ay x 5.28 manat + 30 manat ilkin ödəniş) olan VENTİLYATOR HOFFMANN, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməütçiün 60.86 (altmış manat, 86 qəpik ) manat olmaqla ondan 55.33 (əlli beş manat 33 qəpik) manat ödənilməmiş hissə, 5.53 (beş manat, 53 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1201.02 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan müqavilələrdən görünür ki, cavabdeh iddiaçıdan xx.xx.2024ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********52227 BLACKVİEWA100, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET XL xidməti; xx.xx.2024ci il tarixli müqaviləyə əsasən, 2 ədəd DÖŞƏK – TEKSTİL üçün; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 6 ədəd HAVLU – TEKSTİL; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd YASTİQ – TEKSTİL; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, VENTİLYATOR HOFFMANN, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti almışdır. İş materiallarında olan İddiaçının maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehin xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün 946.76 manat ödənilməmiş hissə, 94.68 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********52227 BLACKVİEWA100, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET XL xidmətiüçün 315.15 manat ödənilməmiş hissə, 31.52 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd DÖŞƏK – TEKSTİL üçün 290 manat ödənilməmiş hissə, 29 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 6 ədəd HAVLU – TEKSTİL üçün 114.84 manat ödənilməmiş hissə, 11.48 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd YASTİQ – TEKSTİL üçün 94.18 manat ödənilməmiş hissə, 9.42 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, VENTİLYATOR HOFFMANN, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün 55.33 manat ödənilməmiş hissə, 5.53 manat cərimə ümumilikdə 1997.89 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 39,98 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 946.76 manat ödənilməmiş hissə, 94.68 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 315.15 manat ödənilməmiş hissə, 31.52 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 290 manat ödənilməmiş hissə, 29 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 114.84 manat ödənilməmiş hissə, 11.48 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 94.18 manat ödənilməmiş hissə, 9.42 manat cərimə pulu; xx.xx.2024ci il tarixli müqaviləyə əsasən 55.33 manat ödənilməmiş hissə, 5.53 manat cərimə ümumilikdə 1997.89 manat borc və 39.98 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 946.76 manat ödənilməmiş hissə, 94.68 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 315.15 manat ödənilməmiş hissə, 31.52 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 290 manat ödənilməmiş hissə, 29 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 114.84 manat ödənilməmiş hissə, 11.48 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 94.18 manat ödənilməmiş hissə, 9.42 manat cərimə pulu; xx.xx.2024ci il tarixli müqaviləyə əsasən 55.33 manat ödənilməmiş hissə, 5.53 manat cərimə ümumilikdə 1997.89 manat borc və 39.98 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar