Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2877/2025 16.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı «mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi» tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı «mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X10 və anası X2 mülkiyyətində olmuş Jn-270, KOD-80910018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Salyan rayonu Sarvan kəndində olan 1.28 ha pay torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli 2-V-548 qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixli 2-V-549 qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və onun hüquqi nəticəsi olaraq verilmiş bütün hüquq müəyyənedici sənədlərin ləğv edilməsi və qanun üzrə vərəsələrin hər birinin 1/6 hissədə paylarının müəyyən edilməsi, keçmiş SSRİ əmanət bankının Azərbaycan Respublikası filialında Kapital Bank ASC-dən qalan əmanət puluna görə verilmiş xx.xx.2012-ci il tarixli 2-V-631 qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və həmin əmanət pulu qanun üzrə vərəsələr arasında 1/6 hissədə payların müəyyən edilməsi, mərhum X10nun və anası X2 mülkiyyətində olmuş JN-077A, KOD-80910018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Salyan rayonu Sarvan kəndində olan 0,44 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə 1/6 hissədə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum X10 və anası X2 mülkiyyətində Salyan rayonu Sarvan kəndində olan 1.28 ha pay torpaqları (torpağa mülkiyyət hüququna dair dövlət aktı JN-270, kod-********) və 0.44 ha (torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-077A, kod-********) həyətyanı torpaq sahəsində fərdi yaşayış evi, keçmiş SSRİ əmanət bankının Azərbaycan Respublikası filialında (Kapitalbank ASC) miras əmlak qalmışdır. X10 xx.xx.2009-cu ildə və anası X5 xx.xx.2013cu ildə vəfat etmişlər. X10 ilə anası X2 6 uşağı olmuşdur. İddiaçı, Cavabdeh, Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 adlı vərəsələri var. X18 xx.xx.2012-ci ildə vəfat etmişdir. Bu barədə Salyan RİHB Sarvan KİƏDÜN-dən arayış alınması üçün müraciət sorğuya cavab verilmişdir və 5-71-19/2-309/2025 saylı xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir. xx.xx.2012-ci il tarixli 2-V-631 qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında keçmiş SSRİ əmanət bankının Azərbaycan Respublikası filialında (Kapitalbank ASC)-dən qalan əmanət pulu almaq üçün və xx.xx.2019-cu il tarixli 2-V-548 qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixli 2-V-549 qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasnında - 2D70A, KOD80910018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında X10 ilə, anası X2 Salyan rayonu Sarvan kəndində yerləşən 1.28 ha pay torpağı saxta arayış əsasında onlar vərəsələr gizlədilməklə qanunsuz öz əlinə keçirmişdir. Faktiki vəziyyətdə görünür ki cavabdeh sağ qalmış 5 vərəsəni gizlətməklə və saxta yolla mirası əlinə keçirmişdir. Buna görə də, bu 3 şəhadətnamə ləğv edilməli və miras qalan bütün əmlakda paylar müəyyən edilməlidir. İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh, maraqlı şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 qarşı miras əmlakla bağlı iddiası vardır. X1 xx.xx.2012-ci ildə vəfat etmişdir. Onun da 2 övladı vardır: X26 (xx.xx.1976, FİN: xxxxxxx, ŞV: AZE16709533, Salyan rayonu Sarvan kəndi) və Maraqlı şəxs6 qizi (xx.xx.19986, FİN: xxxxxxx, ŞV: AA2586475, Salyan rayonu Bəydili kəndi). Bu iki şəxs X11 qanun üzrə vərəsələri olduğundan üçüncü şəxs kimi mülki işə cəlb edilmişdir. Buna görə də iddia tələbi dəqiqləşdirilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən mərhum ataları X15 və anaları X2 mülkiyyətində olmuş JN-270, KOD-80910018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktina əsasən Salyan rayonu Sarvan kəndində olan 1.28 ha pay torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli 2-v- 548 qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixli 2-v-549 qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqinda şəhadətnamələr və onun hüquqi nəticəsi olaraq verilmiş bütün hüquq müəyyənedici sənədlərin ləğv edilməsi və qanun üzrə vərəsələrin hər birinin 1/7 hissədə paylarin müəyyən edilməsini, keçmiş SSRİ əmanət bankinin Azərbaycan Respublikasi filialinda Kapital Bank ASC-dən qalan əmanət puluna görə verilmiş xx.xx.2012-ci il tarixli 2-v-631 qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqinda şəhadətnamənin ləğv edilməsini və həmin əmanət pulu qanun üzrə vərəsələr arasinda 1/7 hissədə payların müəyyən edilməsini, mərhum ataları X15 və anaları X13 qizinin mülkiyyətində olmuş JN-077a, KOD-80910018 sayli torpağa mülkiyyət hüququna dair dövlət aktina əsasən Salyan rayonu Sarvan kəndində olan 0,44 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə 1/7 hissədə payların müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsində qeyd edilənləri bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, atası 1934-cü ildə anadan olmuş X25 uzun illər yerli kolxozda mexanik işləyib. Ailədə 7 övlad, 4 bacı və 3 qardaş olmuşlar. Onlardan biri - bacısı X19 vəfat etmiş, qalanları sağdırlar. 2009-cu ildə isə X10 vəfat etmişdir. Onun rəhmətə getməsindən sonra bütün bacı-qardaşları toplaşaraq valideynlərindən qalmış miras əmlakın bölünməsini müzakirə etmişlər. Bu zaman bacıları Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 və qardaşı Maraqlı şəxs4 atasından qalmış mirasda gözləri olmadığını, ata-anasının əziyyətini çəkib qulluqlarında durduğu üçün ona verdiklərini bildirmişlər. Bakıda yaşayan digər qardaşı İddiaçı isə bildirmişdir ki, atasından qalmış mirasda gözü var, yəni istəyir ki, ona pay verilsin. Ona görə də, bacıqardaşlar atasından qalmış 171 baş qoyunu saxlandığı yataq qarışıq, 1 ədəd “NİVA” markalı minik maşınını, onun özünün istifadəsində olan 4 hektar torpağı pay kimi hamının razılığı ilə Bakıda yaşayan qardaşı İddiaçı vermişdir. İddiaçı valideynləri vəfat etdikdən sonra mübahisəli mənzildə yaşamamış, Bakı şəhərinə köçərək orada daimi yaşayışını qurmuşdur. Ona görə də, ata və anasından miras qalmış əmlakı o özü qəbul etmiş və yaşamışdır. Odur ki, iddia əsasız olduğu üçün rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs6 izahatında bildirmişdir ki, iş üzrə iddiaçı və cavabdeh onun dayısıdır. X8 və nənəsi X5 vəfat etdikdən sonra onlardan qalan Salyan rayonu Sarvan kəndində olan 0,44 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi faktiki olaraq dayısı Cavabdeh tərəfindən qəbul edilmişdir. Belə ki, mərhumların daimi yaşayış yeri Salyan rayonu Sarvan kəndi olmuş, onlar ölənədək dayısı Cavabdeh onlarla birlikdə yaşamış və hazırda da həmin evdə yaşamaqdadır. İddiaçı valideynləri vəfat etdikdən sonra mübahisəli mənzildə yaşamamış, Bakı şəhərinə köçərək orada daimi yaşayışını qurmuşdur. X6 xx.xx.2012-ci ildə vəfat etmişdir. Miras əmlakdan ona çatası payın dayısı Ceyhuna verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X27 bacısı Maraqlı şəxs6 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında iştirak edən Maraqlı şəxs4 izahatında bildirmişdir ki, iş üzrə iddiaçı və cavabdeh onun qardaşlarıdır. X10 və anası X5 vəfat etdikdən sonra onlardan qalan Salyan rayonu Sarvan kəndində olan 0,44 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi faktiki olaraq qardaşı Cavabdeh tərəfindən qəbul edilmişdir. Belə ki, İddiaçı valideynləri vəfat etdikdən sonra mübahisəli mənzildə yaşamamış, o, 1973-cü ildən Bakı şəhərinə köçərək orada daimi yaşayışını qurmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında iştirak edən maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qardaşları Maraqlı şəxs4 izahatı ilə eyni məzmunlu izahat vermişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X7 15 iyul 1954-cü ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Səmədova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1956-cı ildə Salyan rayonu Sarvan kəndində anadan olmuş, X10, anası X3r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs4 xx xxxxxx 1956-cı ildə Salyan rayonu Sarvan kəndində anadan olmuş, X10, anası X3r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxxx 1962-ci ildə Salyan rayonu Sarvan kəndində anadan olmuş, X10, anası X3r. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X23 06 iyun 1988-ci ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Mehdiyeva soyadı verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 077A KOD 80910018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 26 iyun 1998-ci il tarixli, 08 saylı qərarı ilə Salyan rayonu, Sarvan kəndində 0,44 hektar torpaq sahəsi X25 və X2 mülkiyyətinə verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 04 may 2009-cu il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 16 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11 noyabr 2013-cü il tarixdə vəfat etmişdir. Salyan rayon İcra Hakimiyyətinin Başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06 sentyabr 2012-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh X10 xx.xx.2009-cu il tarixdə vəfat etmiş, mərhumun daimi yaşayış yeri Salyan rayonu Sarvan kəndi olmuş və onun aşağıdakı vərəsələri qalmışdır: X5 və Cavabdeh. Digər vərəsəsi yoxdur. Qanun üzrə vərəsəlik hüququ haqqında 11 sentyabr 2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X15 vərəsəsi oğlu Cavabdehdur və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Salyan rayon İcra Hakimiyyətinin Başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 25 noyabr 2019-cu il tarixli arayışın surətindən görünür ki, Cavabdeh X10 xx.xx.2009-cu il və anası X5 xx.xx.2013-cü il tarixdə Salyan rayonu Sarvan kəndində vəfat etmişlər və aşağıda adı göstərilən vərəsəsi qalmışdır: Cavabdeh. Qanun üzrə vərəsəlik hüququ haqqında 27 noyabr 2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə ölmüş X15 vərəsəsi oğlu Cavabdehdur və o, miras əmlakdan 1/1 pay almalıdır. Salyan rayon İcra Hakimiyyəti Başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 19 may 2025-ci il tarixli məktubdan görünür ki, X25 və mərhum X4 məxsus 1.28 ha pay torpaqları, 0,44 ha həyatyanı torpaq sahəsində fərdi yaşayış evi miras qalmışdır. Salyan rayon İcra Hakimiyyəti Başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 22 may 2025-ci il tarixli 30 saylı çıxarışdan görünür ki, çıxarış verilir Salyan rayon Sarvan kənd sakini Cavabdeh ondan ötəri ki, həqiqətən onun mərhum X10na məxsus Salyan rayon Sarvan kəndində 1966-ci ildə inşa olunmuş divarları mişar daşından 1(bir) mərtəbəli 3 (üç) yaşayış otağından ibarət, ümumi sahəsi 120.0 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi və mülkiyyətində olan 0.44 ha (1N-077A, kod- ********) həyətyanı torpaq sahəsi Sarvan İnzibatı Ərazi nümayəndəliyinin 02 saylı təsərrüfatbaşına kitabının 113 saylı səhifəsində 147 saylı şəxsi hesabında qeydə alınmışdır. Salyan rayon İcra Hakimiyyəti Başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 22 may 2025-ci il tarixli arayışdan görünür ki, Salyan rayonu Sarvan kənd sakini Cavabdeh xx.xx.2009-cu il və anası X5 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Salyan rayonu Sarvan kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır: Cavabdeh. X9 və X2 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları aşağıdakılardır: oğlu Maraqlı şəxs4, oğlu İddiaçı, qızı Maraqlı şəxs1, qızı Maraqlı şəxs2, qızı X24 və qızı X22 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əmlakın olub-olmaması haqqında məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, X25 və X2 adına 1. JN-077A, KOD ********** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Salyan rayonu Sarvan kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyət üzrə 0.44 ha torpaq sahəsi, 2. JN-270, KOD 80910018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Salyan rayonu, Sarvan kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyət üzrə 1.2827 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Məlumat üçün bildirilmişdir ki, Salyan rayonu, Sarvan kəndi ərazisində yerləşən 1.2827 ha torpaq sahəsi, Salyan rayon 2 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 2V-548 və 2V-549 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********79 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” la Cavabdeh adına qeydiyyata alınmışdır. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, X25 ilə X5 15 iyul 1954-cü ildə nikaha daxil olmuşlar. X25 ilə X2 birgə nikahlarından İddiaçı, Cavabdeh, Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və X18 adlı uşaqları olmuşdur. Salyan rayon Aqrar İslahat Komissiyasının 26 iyun 1998-ci il tarixli, 08 saylı qərarı ilə Salyan rayonu, Sarvan kəndində 0,44 hektar torpaq sahəsi X25 və X2 mülkiyyətinə verilmişdir. X25 04 may 2009-cu il tarixdə, X5 isə 11 noyabr 2013-cü il tarixdə vəfat etmişdir. Mərhumların daimi yaşayış yeri Salyan rayonu Sarvan kəndi olmuş, Cavabdeh ata və anası ölənədək onlarla birlikdə yaşamış və hazırda həmin evdə yaşamaqdadır. X9 və X2 digər övladları, yəni Maraqlı şəxs4, İddiaçı, Maraqlı şəxs1, Maraqlı şəxs2, X24 və X22 ailə tərkibindən qeydiyyatdan çıxıb getmiş, X18 xx.xx.2012-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 21 iyun 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Nəzərə alınmalıdır ki, qanun üzrə vərəsəlik məcburilik əlamətinə malik olmadığından miras qoyan vəsiyyətnamə vasitəsi ilə qanun üzrə vərəsələrini (birinci növbə vərəsələr istisna olmaqla) vərəsəlikdən tam və ya qismən kənarlaşdırmaq səlahiyyətinə malikdir. Mülki Məcəllənin 1176.1-ci maddəsinə görə isə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Lakin qeyd olunmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq xarakter daşımır və mülkiyyət hüququ kimi sosial ədalət baxımından qanunvericiliklə müəyyən edilən hədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən vəsiyyət etmək azadlığı mirasda məcburi pay institutu ilə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin mirasda məcburi payın anlayışını müəyyən edən 1193-cü maddəsinə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 19 fevral tarixli Qərar). “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində qeyd edilir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində qeyd edilir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Hazırki iş üzrə İddiaçı mərhum valideynlərindən miras qalan əmlaka pay hüququnun tanınmasını tələb etməsinə baxmayaraq, işdən görünür ki, iddiaçının X10 xx.xx.2009-cu ildə, anası X5 isə xx.xx.2013-cü ildə vəfat etmişdir. Mülki Məcəllənin 1272ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya ondan imtina edilməsi ilə bağlı mübahisə maraqlı şəxs tərəfindən miras açıldıqdan sonra 2 ay ərzində qaldırılmalı olduğu halda, iddiaçı bu müddətdə mirası qəbul etmək hüququndan istifadə etməmiş və qanunla müəyyən edilmiş kəsici müddəti ötürmüşdür. Belə olan halda, iddiaçı miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbini irəli sürə bilərdi ki, bu hal da məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı və maraqlı şəxslərin izahatları ilə məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı valideynləri vəfat etdikdən sonra mübahisəli mənzildə yaşamamış, Bakı şəhərinə köçərək orada daimi yaşayışını qurmuş, miras əmlaka faktiki sahiblik və ya idarəetmə əlamətləri nümayiş etdirməmişdir. Belə olan halda, iddiaçı tərəfindən həmin miras əmlakın faktiki qəbul edilməsindən söhbət gedə bilməz. Cavabdeh isə miras açıldıqdan sonra həmin yaşayış sahəsində faktiki olaraq məskunlaşmış və hazırda da orada yaşamaqdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-2877/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2877/2025
16.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver