Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-3233/2025 27.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı iddiaçı "xxxx" MMCnin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ Kod İMEİ Kod **********05094 OPPO RENO 12F, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, ENERGY SİSTEM qulaqlıq, KİESLECT ACTOR WATCH, KİESLECT KS3 CALLİNG WATCH, QİZİL ZƏMANƏTULTRA3 İL xidməti, HUAWEİ FREEBUDS SE almış və nəticədə 1639.77 (min altı yüz otuz doqquz manat, 77 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1050.12(min əlli manat 12 qəpik) manat (18 ay x 58.34 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod İMEİ Kod **********05094 OPPO RENO 12F, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün 960.43(doqquz yüz aıltmış manat, 43 qəpik) manat olmaqla ondan, 873.12 (səkkiz yüz yetmiş üç manat, 12 qəpik) manat ödənilməmiş hissə, 87.31 (səksən yeddi manat, 31 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 338.04 (üç yüz otuz səkkiz manat 4 qəpik) manat (18 ay x 18.78 manat + 0 manat ilkin ödəniş) olan ENERGY SİSTEM qulaqlıq, KİESLECT ACTOR WATCH üçün 371.84 (üç yüz yetmiş bir manat, 84 qəpik) manat olmaqla ondan, 338.04 (üç yüz otuz səkkiz manat 4 qəpik) manat ödənilməmiş hissə, 33.80 (otuz üç manat, 80 qəpik) manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 202.5 (iki yüz iki manat, 50 qəpik) manat (18 ay x 11.25 manat + 0 manat ilkin ödəniş) olan KİESLECT KS3 CALLİNG WATCH, QİZİL ZƏMANƏT ULTRA 3 xİLidməti üçün 222.75 (iki yüz iyirmi iki manat 75 qəpik) manat olmaqla ondan 202.5 (iki yüz iki manat, 50 qəpik)manat ödənilməmiş hissə, 20.25 (iyirmi manat, 25 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 77.04 (yetmiş yeddi manat, 4 qəpik) manat (18 ay x 4.28 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ FREEBUDS SE üçün 84.74 (səksən dörd manat 74 qəpik) manat olmaqla ondan 77.04 (yetmiş yeddi manat, 4 qəpik) manat ödənilməmiş hissə, 7.70 (yeddi manat, 70 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 177 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kod İMEİ Kod **********05094 OPPO RENO 12F, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün , 873.12 manat ödənilməmiş hissə, 87.31 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, ENERGY SİSTEM qulaqlıq, KİESLECT ACTOR WATCH üçün , 338.04 manat ödənilməmiş hissə, 33.80 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, KİESLECT KS3 CALLİNG WATCH, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 202.5 manat ödənilməmiş hissə, 20.25 manat cərimə pulu; xx.xx.2025cü il tarixli müqaviləyə əsasən, HUAWEİ FREEBUDS SE üçün 77.04 manat ödənilməmiş hissə, 7.70 manat cərimə ümumilikdə 1639.77 manat borc və 36.40 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İMEİ Kod **********84925 POCO M6, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidməti, 2 ədəd FASHİON HOME YATAQ DƏSTİ, LAURAGRAND YATAQ DƏSTİ alıcıya satılmışdır. Maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya əsas borca görə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********84925 POCO M6, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET L xidməti üçün 400.49 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 40.05 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd FASHİON HOME YATAQ DƏSTİ, LAURA GRAND YATAQ DƏSTİ üçün 176.64 manat ödənilməmiş hissə, 17.66 manat cərimə borcu vardır. "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xəbərdarlığın surətindən görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 36,40 manat dövlət rüsümu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ Kod İMEİ Kod **********05094 OPPO RENO 12F, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, ENERGY SİSTEM qulaqlıq, KİESLECT ACTOR WATCH, KİESLECT KS3 CALLİNG WATCH, QİZİL ZƏMANƏTULTRA3 İL xidməti, HUAWEİ FREEBUDS SE almış və nəticədə 1639.77 (min altı yüz otuz doqquz manat, 77 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1050.12(min əlli manat 12 qəpik) manat (18 ay x 58.34 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod İMEİ Kod **********05094 OPPO RENO 12F, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün 960.43(doqquz yüz aıltmış manat, 43 qəpik) manat olmaqla ondan, 873.12 (səkkiz yüz yetmiş üç manat, 12 qəpik) manat ödənilməmiş hissə, 87.31 (səksən yeddi manat, 31 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 338.04 (üç yüz otuz səkkiz manat 4 qəpik) manat (18 ay x 18.78 manat + 0 manat ilkin ödəniş) olan ENERGY SİSTEM qulaqlıq, KİESLECT ACTOR WATCH üçün 371.84 (üç yüz yetmiş bir manat, 84 qəpik) manat olmaqla ondan, 338.04 (üç yüz otuz səkkiz manat 4 qəpik) manat ödənilməmiş hissə, 33.80 (otuz üç manat, 80 qəpik) manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 202.5 (iki yüz iki manat, 50 qəpik) manat (18 ay x 11.25 manat + 0 manat ilkin ödəniş) olan KİESLECT KS3 CALLİNG WATCH, QİZİL ZƏMANƏT ULTRA 3 xİLidməti üçün 222.75 (iki yüz iyirmi iki manat 75 qəpik) manat olmaqla ondan 202.5 (iki yüz iki manat, 50 qəpik)manat ödənilməmiş hissə, 20.25 (iyirmi manat, 25 qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 77.04 (yetmiş yeddi manat, 4 qəpik) manat (18 ay x 4.28 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ FREEBUDS SE üçün 84.74 (səksən dörd manat 74 qəpik) manat olmaqla ondan 77.04 (yetmiş yeddi manat, 4 qəpik) manat ödənilməmiş hissə, 7.70 (yeddi manat, 70 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 177 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, lakin həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 36,40 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod İMEİ Kod **********05094 OPPO RENO 12F, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün, 873.12 manat ödənilməmiş hissə, 87.31 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, ENERGY SİSTEM qulaqlıq, KİESLECT ACTOR WATCH üçün , 338.04 manat ödənilməmiş hissə, 33.80 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, KİESLECT KS3 CALLİNG WATCH, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 202.5 manat ödənilməmiş hissə, 20.25 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, HUAWEİ FREEBUDS SE üçün 77.04 manat ödənilməmiş hissə, 7.70 manat cərimə ümumilikdə 1639.77 manat borc və 36.40 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kod İMEİ Kod **********05094 OPPO RENO 12F, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün, 873.12 manat ödənilməmiş hissə, 87.31 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, ENERGY SİSTEM qulaqlıq, KİESLECT ACTOR WATCH üçün , 338.04 manat ödənilməmiş hissə, 33.80 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, KİESLECT KS3 CALLİNG WATCH, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 202.5 manat ödənilməmiş hissə, 20.25 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, HUAWEİ FREEBUDS SE üçün 77.04 manat ödənilməmiş hissə, 7.70 manat cərimə ümumilikdə 1639.77 manat borc və 36.40 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-3233/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-3233/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver