Məhkəmə qərarları › İş №e-2(057)-3513/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-3513/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-3513/2025 07.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan Rayon Məhkəməsinin hakimi Kələntərov Şahəddin Əhməd oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələrə dair sadələşdirilmiş icraat qaydasında kiçik iddianı və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələrə dair sadələşdirilmiş icraat qaydasında kiçik iddia ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə EMİS vasitəsilə ərizə ünvanlayaraq mülki iş üzrə işin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. İş materiallarını araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikasının MPM-də kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılan mülki işlərin baxılmamış saxlanılması məsələsi nəzərdə tutulmasa da ona oxşar olan münasibətləri-yəni məhkəmə iclasında baxılan mülki işlərin baxılmamış saxlanılması məsələsini tənzimləyən MPM-nin 259-cu maddəsi qanunun analogiyası üzrə hazırkı hala tətbiq olunmalı, iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması və mülki işin baxılmamış saxlanması barədə ərizə verildiyindən həmin mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Beləliklə, iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən həmin mülki iş baxılmamış saxlanmalı və və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalı, həmçinin "xxxx" MMC tərəfindən mülki iş üzrə ödənilmiş 30 (otuz manat) məbləğində dövlət rüsumu büdcədən "xxxx" MMC-yə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Məhkəmə hesab edir ki, qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 10-1, 259, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələrə dair sadələşdirilmiş icraat qaydasında mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsi tərəfindən İddiaçı "xxxx" MMC-yə qaytarılsın Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar